Zirə FK

Zirə FK
Loqonun şəkli
Klubun tam adı Zirə futbol klubu
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) "Qartallar"
Rəng(lər) mavi
Yaranma tarixi 28 iyul 2014
Stadionu Zirə İdman Kompleksi[1]
Tutumu 1 500
Prezidenti Taleh Nəsibov
Baş məşqçisi Rəşad Sadıqov
Liqa Azərbaycan Premyer Liqası
2022-2023 5.
Rəsmi saytı

Zirə FKBakının Zirə qəsəbəsini təmsil edən futbol klubu. Klub Azərbaycan Premyer Liqasında çıxış edir. 2014-cü ildə yaradılıb. 2014/2015 mövsümünü Azərbaycan Birinci Liqasında keçirən komanda 5-ci yeri tutmasına baxmayaraq AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2015/16 mövsümündən daim Azərbaycan Premyer Liqasında iştirak edən "Zirə" bu müddətdə daim ilk 5-likdə qərarlaşıb. Komanda bu müddətdə 1 dəfə — 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.

Stadionu[redaktə | mənbəni redaktə et]

Zirə ev oyunlarını Zirə İdman Kompleksi -ndə keçirir.[1] Stadion təbii ot örtüklüdür və 1500 nəfər tamaşaçı tutumuna malikdir. Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir. Zirə idman kompleksinin tikintisinə 2011-ci ilin oktyabr ayında başlanılıb və 2012-ci ilin aprel ayında kompleksin tikintisi tamamlanıb. Kompleks Heydər Əliyev fondunun dəstəyi ilə tikilib. Ümumi ərazisi 2 ha olan kompleksdə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər inşa edilib, ətrafı abadlaşdırılıb, yollara asfalt örtüyü çəkilib. Kompleks FİFA-nın beynəlxalq standartlarına uyğun yaradılıb.

Avrokuboklarda[redaktə | mənbəni redaktə et]

"Zirə" PFK tarixi ərzində 1 dəfə avrokuboklarda iştirak edib. Komanda 2017/18 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edib. "Qartallar" ilk mərhələdə Luksemburqun "Differdanj" komandasını mübarizədən kənralaşdırsa da, 2-ci mərhələdə Rumıniyanın "Astra" komandasına iki oyunun nəticəsinə görə məğlub olub. "Zirə"nin hücumçusu Riçard Qadze isə komandanın avrokuboklarda ilk qolunun müəllifi kimi tarixə düşüb.

Klub, növbəti dəfə Avrokuboklara 2021/2022-ci il sezonunda vəsiqə qazanmışdır. Həmin mövsümdə komanda, Azərbaycan Premyer Liqasının üçüncü yerinin sahibi kimi buna nail olmuşdur. UEFA Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulan Bakının "Zirə FK"-u, bu mərhələdə İsrailin tanınmış klubu olan "Makkabi Təl-Əviv" kollektivi ilə üz-üzə gəldi. Bakıda keçirilən ilk oyunda rəqib komanda 0–3 hesabı ilə qələbə qazandı. 1 həftə sonra İsraildə keçirilən oyunda isə qapılara qol vurulmadı 0–0.

UEFA Avropa Liqası
Mərhələ Oyun
2017/18 mövsümü
I təsnifat mərhələsi Zirə PFK 2–0 Differdanj
Differdanj 1–2 Zirə PFK
II təsnifat mərhələsi Astra 3–1 Zirə PFK Zirə PFK 0–0 Astra
UEFA Konfrans Liqası
2021/22 mövsümü
II təsnifat mərhələsi Zirə PFK 0–3 Makkabi Təl — Əviv
Makkabi Təl — Əviv 0–0 Zirə PFK

Liqa və kuboklarda[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Topaz Premyer Liqası
  2. Azərbaycan Premyer Liqası
  3. Azərbaycan Kuboku
  4. UEFA Avropa Liqası
  5. UEFA Konfrans Liqası

Azərbaycan Premyer Liqasın Gümüş medal (1)2015/2016 Bürünc medal (1)2021/2022

Azərbaycan Kuboku Gümüş medal (1)2021/2022

Heyəti

10 sentyabr 2021 ci il tarixində yenilənib

İstisnad:Zirə FK haqqında

Nömrə Ölkə Mövqeyi Futbolçu
22 Azərbaycan GK Nail Alışov
1 Azərbaycan GK Mehdi Cənnətov
41 Azərbaycan GK Anar Nəzirov
5 Azərbaycan DF Moyze Adileu
98 Nigeriya DF Abbas İbrahim
44 Yunanıstan Dmitrios Çantakias
14 Fransa DF Hamidu Keyta
17 Qvineya-Bisau DF Toni Qomes Korreya
15 Azərbaycan DF Ruslan Abışov
2 Azərbaycan DF Sərtan Taşkın
9 Belçika MF Loris Broqno
47 Niderland MF Hamdaui Mohamed
26 Serbiya MF Andriya Lukoviç
11 Azərbaycan MF Rüstəm Əhmədzadə
Nömrə Ölkə Mövqeyi Futbolçu
6 Ukrayna MF Eldar Quliyev
21 Azərbaycan MF Hacıağa Hacılı
19 Ukrayna MF Vladislav Kulaç
32 Azərbaycan MF Qismət Alıyev
91 Azərbaycan MF Coşqun Diniyev
70 Niger MF İssa Cibrilla
7 Braziliya FW Paxtman Filipe
10 Azərbaycan FW Rəhim Sadıxov
18 Azərbaycan FW Slavik Alxasov
96 Haiti Donald Gerye
77 Azərbaycan FW Mirsayib Abbasov

Baş məşqçi: Rəşad Sadıqov

Statistik məlumatlar[redaktə | mənbəni redaktə et]

Ən çox oyun keçirən futbolçular
Futoblçu Keçirdiyi oyun
1 Adil Nağıyev 103
2 İlkin Muradov 96
3 Vüqar Mustafayev 89
4 Viktor İqbekoyi 88
5 Anar Nəzirov 86
6 Yovan Krneta 83
7 Təmkin Xəlilzadə 78
8 Tellur Mütəllimov 71
9 Vüsal İsgəndərli 68
10 Sadiq Quliyev 67
Ən çox qol vuran futbolçular
Futbolçu
1 Nelson Bonilla 17
2 Riçard Qadze 15
3 Xulio Sezar Rodriges 15
4 Davit Valkov 11
5 Aslan Hüseynov 10
6 Milan Duriç 9
Məşqçilər cəmi
Məşqçi Çalışdığı müddət aralığı
I divizion
Bəhram Şahquliyev 22 13 5 4 36 - 12 44 28.07.2014–05.04.2015
Premyer Liqa
Adil Şükürov 65 30 15 20 79 - 66 105 07.04.2015–27.12.2016
Ayxan Abbasov 51 22 16 13 62 - 51 82 27.12.2016–29.08.2018
Samir Abasov 37 12 10 15 41 - 47 46 29.08.2018–08.10.2019
Zaur Həşimov 16 6 4 6 24 - 28 22 09.10.2019–30.06.2020
Rəşad Sadıqov 33 11 15 7 37 - 32 48 17.07.2020 —

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Elgiz, Abbasov. "Böyük futbol Zirədə: "Məqsəd - peşəkar komanda formalaşdırmaqdır"". pfl.az. 2014-09-08. 2014-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-30.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]