Ziqmund Yen

Wikipedia open wikipedia design.

Ziqmund Yen
alm. Sigmund Jähn
Sigmund Jahn cropped.jpg
Doğum tarixi 13 fevral 1937(1937-02-13)[1][2][3]
Doğum yeri
Vəfat tarixi 21 sentyabr 2019(2019-09-21)[4] (82 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
  • Frans Merinq Hərbi Akademiyası[d]
  • Otto Liliental Hərbi Akademiyası[d]
  • Qaqarin Hərbi Hava Qüvvələri Akademiyası[d]
  • Mərkəzi Yer Fizikası İnstitutu[d]
Fəaliyyəti kosmonavt, qırıcı təyyarə pilotu, çapçı[d], pioner dostluq lideri[d], pilot
Mükafatları Hero of the Soviet Union medal.png
"Lenin" ordeni
İmza
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Ziqmund Yen (alm. Sigmund Werner Paul Jähn‎; 13 fevral 1937(1937-02-13)[1][2][3], Morqenröte-Rautenkrants[d], Saksoniya, Alman Reyxi[d][5]21 sentyabr 2019(2019-09-21)[4], Ştrausberq[d], Brandenburq, Almaniya) — Almaniya Demokratik Respublikasının ilk və yeganə pilot-kosmonavtı, ADR-in qəhrəmanı, Sovet İttifaqı qəhrəmanı, ehtiyatda olan aviasiya general-mayoru.

Həyatı[redaktə | əsas redaktə]

1937-ci ildə Morqenqröte-Rautenqranç qəsəbəsində taxta kəsən zavodunda çalışan fəhlənin ailəsində anadan olmuşdur. 1943-1951-ci illərdə yerli məktəbdə təhsil almış, 8-ci sinifdən Klingentalda yerləşən "Falkenşteyn Mətbəə"sində çapçı ixtisası üzrə çalışmağa başlamışdır.

1955-ci ildə ADR Milli xalq ordusunun sıralarına daxil olmuş, oradan isə onu Frans Merinq adına ali hava qüvvələri hərbi məktəbinə kursant kimi götürmüşdülər.[6] 1958-ci ildə məktəbi bitirdikdən sonra Hərbi Hava Qüvvələri sıralarına daxil olmuşdur.

1966-1970-ci illərdə Yuri Qaqarin adına hərbi-hava akademiyasında təhsil almışdır. 1976-cı ilin dekabrında üçmərhələli seçimdən sonra polkovnik-leytenant olan Ziqmund Yen "İnterkosmos" proqrammı üzrə kosmik uçuşlar hazırlığına daxil olmuşdur.

26 avqust 1978-ci ildə sovet kosmik gəmisi "Soyuz-31"-in tədqiqatçı-kosmonavtı kimi Valeri Bıkovski ilə birlikdə Salyut-6 orbit stansiyasına enmə ekspedisiyasını yerinə yetirmişdirş Enmə "Soyuz-29" kosmik gəmisində yerinə yetirilmişdir. Uçuş 7 sutka 20 saat 49 dəqiqə 4 saniyə müddətində davam etmişdir.

1983-cü ildə Potsdamda yerləşən Yerin fizikası Mərkəzi İnstitutunda elmlər doktoru dərəcəsini almışdır.

1984-cü ildə polkovnik rütbəsini almış, 1986-cı ildə isə ADR Hərbi Hava Qüvvələrinin general-mayoru rütbəsinə yüksəlmişdir.Almaniyanın birləşdirilməsinə az müddət qalmış ADR Milli xalq ordusu sıralarından ehtiyata buraxılmışdır.

Almaniyanın birləşdirilməsindən sonra 1990-1993-cü illərdə Moskvada yerləşən DLR alman kosmik agentliyinin və Avropa Kosmik agentliyinin nümayəndəsi kimi çalışmışdır. Sonralar Avropa Kosmik agentliyində kosmonavtların hazırlanması mərkəzində nümayəndə kimi çalışmışdır.

Mükafatları[redaktə | əsas redaktə]

Ziqmund Yen ADR poçt markasında

Sitatları[redaktə | əsas redaktə]

"Almaniya Demokratik Respublikasında yaşayan əziz tamaşaçılar. Mən insanın kosmosa ayaq basmasında ilk alman olmaq imkanı əldə etdiyimə görə çox şadam." ( Uçuş zamanı bu sözləri demişdir)

".... mənim gördüklərimin hamısı xoşbəxtlik idi: açıq mavi rəngdə parlayan bizim Yer kürəsi yuxudakı kimi idi.... (1998-ci ildə "SUPERillu" jurnalına verdiyi müsahibədə bu sözləri bildirmişdir."

Maraqlı faktlar[redaktə | əsas redaktə]

"17737 Ziqmundiya" asteroidi 2001-ci ildə Ziqmund Yenin şərəfinə adlandırılmışdır.

"Qud bay, Lenin!" filmində Ziqmund Yenin personajı yer almışdır. Lakin filmdə, birləşmiş kapitalist Almaniyasında Yenin taksi sürücüsü işləməsi faktının həqiqət olub-olmaması dəqiqləşdirilmir. Ziqmund Yen özü onun obrazının filmdə istifadə olunmasına razılıq vermişdir.

Almaniyanın pop-qrupu "Die Prinzen" 1999-cu ildə "Wer ist Sigmund Jähn?" ("Ziqmund Yen kimdir") mahnısını yazmışdır.

İstinadlar[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek