Zevs

Wikipedia open wikipedia design.

Yunan tanrıları
Zevs
Olimpdə Zevsin heykəli, heykəlin müəllifi Fididir, Dünyanın yeddi möcüzəsindən biridir.

Olimpdə Zevsin heykəli, heykəlin müəllifi Fididir, Dünyanın yeddi möcüzəsindən biridir.
Mifologiya Yunan
Adının izahı ildırımın və şimşəyin yaradıcısı, səmanın və bütün dünyanın tanrısı
Yunanca cəmil
Latınca cəmil
Digər mədəniyyətlərdə Yupiter (Roma),
Ahur-Məzdə (İran)
Yeri Olimp
Fəaliyyəti Yerə xeyir və şər paylamaq
Atası Kron
Anası Reya
Qardaşı Aid, Poseydon
Arvadı Hera, Temis, Emil
Uşaqları Bax. Zevsin övladları
Atributları Qalxan, ikiağızlı balta (labris), bəzən qartal


Cəmil (yun. Ζεύς belə ki; Δίας, Dias, klassik ifadədə: dzeu̯s) Yunan mifologiyasında tanrı Kronos və Reyanın oğlu , baş olimp tanrısı, ildırımın və şimşəyin yaradıcısı, səmanın və bütün dünyanın tanrısı.

Zevs[redaktə | əsas redaktə]

Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçirdiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən ilahə Reya Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş, nimfa Adrasteyaİdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.

Zevsin ailəsi[redaktə | əsas redaktə]

Bəzi əfsanələrə görə Zevs Heranı Fedidaya görə boşamaq istəsə də , sonradan ondan ola biləcək oğlunun onun yerini tuta biləcəyindən ehtiyat edərək bundan vaz keçmişdir. Fedita Peleyaya ərə getmiş və onlardan Axilles dünyaya gəlmişdir.

Zevs ilan cildində Demetranın, sonra Persefonanın, öküz və quş cildində Avropanın və İonun, qartal cildində Qanimedin, qu quşu cildində Nemesidin, bildirçin cildində Feditanın, qarışqa cildində Yevrimedin, göyərçin cildində Ftiyanın, alov cildində Eginanın, qızıl yağış cildində Danayanın, satira cildində Antiopun, çoban cildində Mnemosinanın könüllərini almışdır.

O, istəklilərini əsasən insan cildində saxlasa da Kallistonu ayıya, İonu isə inəyə çevirmişdir.

Həmçinin bax[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek