Zemfira Səfərova

Zemfira Səfərova
Doğum tarixi 10 iyun 1937(1937-06-10) (86 yaş)
Doğum yeri
Uşağı
Atası Yusif Səfərov (neftçi)
Təhsili
Fəaliyyəti musiqişünas, universitet müəllimi[d]
Elmi dərəcəsi
Elmi adı
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1989"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2006
"Şöhrət" ordeni — 2022

Zemfira Yusif qızı Səfərova (10 iyun 1937, Kislovodsk, Stavropol diyarı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (2017)[1], sənətşünaslıq elmləri doktoru (1996), professor (1998), AMEA-nın həqiqi üzvü (2017)

Həyatı[redaktə | mənbəni redaktə et]

Zemfira Yusif qızı Səfərova 1937-ci il iyun ayının 10–da Kislovodskda ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəzəriyyə fakültəsini bitirmişdir.

Zemfira Səfərova AMEA –da kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmiş və 1980-ci ildən bu günədək "Azərbaycan musiqisinin tarixi və nəzəriyyəsi" şöbəsinə rəhbərlik edir.

Musiqişünas 20 – dən çox kitab, 150 – dən artıq elmi əsərin müəllifidir. O, qədim və orta əsr Azərbaycan musiqi tarixini tədqiq etmiş, "Azərbaycan musiqi elmi (XII – XX əsrlər)" adlı fundamental monoqrafiyasını yazmışdır.

Zemfira Səfərova hazırda Bəstəkarlar İttifaqının "Musiqişünaslıq və tənqid" bölməsinin rəhbəri, "Musiqi dünyası" jurnallarının redaksiya heyətinin, elmi şuranın üzvüdür.

Musiqişünas 1989-cu ildə Əməkdar incəsənət xadimi, 1996-cı ildə sənətşünaslıq doktoru, 1998-ci ildə isə professor adı almışdır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Əməkdar incəsənət xadimi(1989)
  • Əməkdar elm xadimi(2006)
  • "Humay" mükafatı laureatı
  • AMEA-nın fəxri fərmanı
  • Şöhrət ordeni(2022)

Əsərləri[redaktə | mənbəni redaktə et]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • "Azərbaycanın musiqi elmi" (XIII–XX əsrlər). Bakı: "Elm", 1998.
  • "Музыкально-эстетические взгляды Узеира Гаджибекова". Moskva, 1973.
  • "Üzeyir Hacıbəyov yaradıcılığında nəzəri və estetik problemlər".
  • "Kapa Kapaeв. Научно публисистическое наследие". Bakı: "Elm", 1988.
  • M. M. Nəvvabın "Vüzuhul-ərqam" risaləsi. Bakı: "Elm", 1989.
  • Səfiyəddin Urməvi.
  • Əbdül Qadir Marağayi.
  • Qədim musiqi terminləri lüğəti.
  • Ölməzlik.
  • Şərq musiqisinin peyğəmbəri[2].
  • Azərbaycan musiqi tarixi: I cild. Bakı: "Şərq-Qərb", 2012.

Məqalələri[redaktə | mənbəni redaktə et]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2017-ci ildə Azərbaycan televiziyasında istehsal edilmiş Akademik Zemfira Səfərova adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Akademik AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine
  2. "Azərbaycan Milli Elmlər Akademiyası – Zemfira Yusif qızı Səfərova". 2014-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]