Zemfira Nəcəfova

Zemfira Nəcəfova
Zemfira Musabala qızı Nəcəfova
Doğum tarixi (74 yaş)
Doğum yeri Bakı şəhəri, Azərbaycan SSR
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyət illəri 1975-ci ildən bu günə kimi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Zemfira Musabala qızı Nəcəfova — Azərbaycanın teatr və kino aktrisası,N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aparıcı aktrisası Azərbaycanın Respublikasının Əməkdar artisti(2015)

Həyatı[redaktə | mənbəni redaktə et]

1950-ci il 1 apreldə Bakı şəhərində anadan olub.1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrın da aktrisa vəzifəsində çalışır.30 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

Oynadığı tamaşalardan rollar:[redaktə | mənbəni redaktə et]

  • 1. Sənbə - («Uca dağ başında», V.Səmədoğlu)
  • 2. Küpəgirən qarı- («Kaloğlanın sərgüzəştləri»,A.Babayev)
  • 3. Ulduzə - («İlğım», F.Mustafayev)
  • 4. Sənəm qarı - («Ana laylası», İ.Çoşqun)
  • 5. Zivər - («Vicdan hökmü», H.Mirələmov)
  • 6. Fatma - («Ləyaqət», H.Mirələmov)
  • 7. Dilənçi - («Varlı qadın», Ə.Əmirli)
  • 8. Qəşəm - («Onun iki qabırğası», Ə.Əmirli)
  • 9. Tükəzban - («Oğru», Ə.Orucoğlu)
  • 10. Sənəm nənə – («Zəncirlənmiş toy busat», A.Zeynalov)
  • 11. Savka xala – («Nazirin xanımı», B.Nuşiç)
  • 12. Haray xanım – («Məni qınamayın», Hidayət)
  • 13. Tükəz – («Nəsrəddin»,Y.Əzimzadə)
  • 14. Gəlməqarı – («Mamoy kişinin yuxuları», V.Səmədoğlu)
  • 15. Liza– («Şah və əks-səda» S.H.Latıpovlar)
  • 16. Küpəgirən qarı («Qırmızıpapaq» Ş.Pero)
  • 17. Bədircahan («Ağa Kərim xan Ərdəbili» N.B.Vəzirov)

və sair rolları ilə tamaşaçıların yaddaşında qalmışdır.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Günəşim ol (serial, 2016)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.