Zərbəli Səmədov

Zərbəli Səmədov
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1968
"Lenin" ordeni — 1968 "Şərəf nişanı" ordeni — 1949 "Şərəf nişanı" ordeni — 1966 "Əmək igidliyinə görə" medalı "Əmək igidliyinə görə" medalı
"Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1960
İmza

Zərbəli Mirzağa oğlu Səmədov (1 yanvar 1908, Bakı4 oktyabr 1979, Bakı) — Azərbaycan SSR əməkdar müəllimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1968).

Həyatı[redaktə | mənbəni redaktə et]

Zərbəli Mirzağa oğlu Səmədov 1 yanvar 1908-ci ildə Bakı şəhərində doğulmuşdur[1].

Bakıda pedaqoji məktəbi (1927) və V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini (1941) bitirmişdir. 1929 ildən Bakı məktəblərində (1945-ci ildən ömrünün sonunadək Qırmızı Əmək Bayrağı ordenli 190 nömrəli orta məktəbdə) Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. Rus məktəblərinin 9-cu sinifləri üçün "Azərbaycan dili" dərsliyinin (1958 – 1978), "Rusca – azərbaycanca danışıq kitabı"nın (1964, 1969), "8-ci sinifdə ədəbiyyat dərsləri" metodik vəsaitinin (1971) müəlliflərindən biridir.

Lenin ordeni, 2 "Şərəf nişanı" ordeni və medallarda təltif olunmuşdur.

Zərbəli Mirzağa oğlu Səmədov 4 oktyabr 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "SƏMƏDOV ZƏRBƏLİ MİRZAĞA OĞLU". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.