Zülqərneyn

Zülqərneyn
ərəb. ذو القرنين
Fəaliyyəti hərbi lider[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zülqərneyn (ərəb. ذو القرنين‎) — İslamın müqəddəs kitabı Qurani Kərimin Kəhf surəsində adı keçən saleh insan. Lakin, bəzi alimlər onu Allahın peyğəmbəri hesab edirlər. Bəzi mənbələrə görə onun əsl adı İskəndər olmuşdur. Hansı dövrdə yaşadığı bilinmir. Yəcuc və Məcuc qövmlərinin qarşısına sədd tikmişdir.

Kimliyi[redaktə | mənbəni redaktə et]

Bəziləri onu Makedoniyalı İsgəndər, bəziləri II Kir, bəziləri I İmrul-Qays bəziləri I İrakli, bəziləri I Dara, bəziləri Gilqameş, bəziləri Bilgə kağan, digərləri isə Qara Xanın oğlu Oğuz Xan sayır.

Adının mənası[redaktə | mənbəni redaktə et]

"Zülqərneyn" adı ərəbcədir (ذو القرنين) və ərəbcə "Zül-qarnəyn" kimi oxunur. Mənası "İki buynuz sahibi" deməkdir.Bəziləri bu adı belə yozurlar ki, Zülqərneynə o ləqəb ona görə verilmişdir ki, onun dəbilqəsində iki buynuz var idi. Digərləri isə bu adı belə yozurlar ki, Zülqərneynin ləqəbi ona görə belə idi ki, onun dövləti Şərqi də,Qərbi də əhatə etmişdi.