Xanəndə

Wikipedia open wikipedia design.

Xanəndəmüğənni, muğam ifa edən musiqiçi.

Xanəndələr klassik musiqi sərvətlərinin - muğamların yaradıcıları və qoruyucularıdır. Xanəndəlik sənəti bu gün də yaşayır və fəal inkişaf edir.[1]

Xanəndəlik[redaktə | əsas redaktə]

Xanəndəlik xalqın mənəvi aləminin ifadəçisi olan xalq musiqisini və muğam sənətini təbliğ etmək, yaşatmaq və qoruyub saxlamaq sənətidir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında bir çox görkəmli xanəndələrin adları dərin iz salmışdır. Bu xanəndələr musiqi sənətinin bir çox janrlarının inkişafında aparıcı qüvvə olmuşdur. Şifahi ənənəli musiqi mədəniyyəti xəzinəsini öz yaratdıqları nadir sənət inciləri ilə zənginləşdirən xanəndələrin, eyni zamanda, Azərbaycan operasının yaranmasında və bəstəkar yaradıcılığının genişlənməsində böyük xidmətləri olmuşdur.[2]

Azərbaycan xanəndələri[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek