Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 14 nömrəli pavilyonu

Wikipedia open wikipedia design.

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 14 nömrəli “Azərbaycan SSR” pavilyonu
rus. Павильон № 14 «Азербайджанская ССР» на ВДНХ
Павильон "Азербайджанская ССР".jpg
Pavilyon hazırki görünüşü. 2018-ci il
Ümumi informasiya
Növümədəniyyət mərkəzi
Memarlıq üslubuStalinist memarlıq
ÜnvanSülh prospekti 119
ŞəhərMoskva
ÖlkəSSRİ SSRİRusiya Rusiya
Şərəfinə adlandırılıbAzərbaycan SSR
Təntənəli açılış tarixi1939-cu il
Texniki detallar
Materialkərpic, beton, mərmər, keramika
Torpaq1967,1 m²
Dizayn və konstruksiya
MemarSadıq Dadaşov, Mikayıl Hüseynov
14 nömrəli “Azərbaycan SSR” pavilyonu (Moskva)
Parthenon politiek icoon.png
14 nömrəli “Azərbaycan SSR” pavilyonu

"Azərbaycan" pavilyonuMoskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 1939-cu ildə tikilən 14 nömrəli pavilyonudur. Pavilyon 1964-cü ildən sonra "Hesablama texnikası" adlanırdı. Pavilyonun memarlıq dizaynı üçün arxitektorlar Sadıq DadaşovMikayıl Useynov II dərəcə Stalin mükafatına layiq görülüblər.

Pavilyon 1939-cu ildə memarlar Sadıq DadaşovMikayıl Useynov tərəfindən inşa edilmişdi. Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə Stalinist memarlıqı üslubunda tərtib edilib. Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Binanın baş fasadı 16 metrlik iki sütunlu portal ilə ifadə olunub. Fasad azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə bəzədilib. Portikanın frizində AzərbaycanRus dillərində "Azərbaycan SSR" yazısı var idi. Fasadın memarlıq kompozisiyasının əsas elementərindən biri rəngli şüşələrlə doldurulmuş, çərçivələrin xırda həndəsi şəkilli vitraj-şəbəkələri daxil edilən pəncərələrdi. Pavilyonun ekspozisiyası Azərbaycan SSR-nin sənaye sahəsindəki (xüsusilə də neft hasilatı), heyvandarlıq, ipəkçilik, bitkiçilik, kənd təsərrüfatı, mədəniyyət, sənət və həyat sahələrindəki nailiyyətlərinə həsr edilmişdir.[1]

1959-cü ildə pavilyon rekonstruksiya olunub.[2]

1964-cü ildə pavilyonun ekspozisiyası dəyişildi və pavilyonda "Hesablama texnikası" sərgisi yerləşdirilmişdi. Bu ekspozisiyada Sovet dövründə yaranmış elektron texnikalar və hesablama maşınların nümayiş etdirilmişdi.

1967-ci ildə pavilyon memar L.I. Marinovskinin layihəsinə əsasən yenidən qurulub, onun görünüşünü tamamilə dəyişdi. Binanın baş fasadı metal qutu ilə bağlanıb. Yeni fasadda «ВТ» (rus. «Вычислительная техника») hərfləri quraşdırılmışdı. Eyni zamanda, köhnə eksteryer yenidənqurma zamanı zədələnməmiş və içəridə qalmışdır.

1990-cu ildə ekspozisiya ləğv edildi və pavilyon ticarət məqsədləri üçün istifadə olunurdu. 2013-cü ilə qədər pavilyonda mum heykəllər muzeyi yerləşdirilmişdi. 2014-cü ildə pavilyon bərpa edildi və 1967-ci ilin görünüşü qaytarıldı.[3]

2016-cı ildə pavilyonun orijinal görünüşü qaytarıldı və rəsmi olaraq Azərbaycana icarəyə verildi. 2019-cu il noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılışı olub.[4]

Qalereya[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Павильон №14 «Азербайджан»
  2. "Павильон «Азербайджан» («Вычислительная техника», «Азербайджанская ССР»)". ВДНХ. İstifadə tarixi: 2018-02-28.
  3. İrina Trubetskaya (2014-04-22). "ВСХВ против ВДНХ". İstifadə tarixi: 2018-02-28.
  4. ""Azərbaycan" pavilyonu yeni görkəmdə". www.realtv.az. www.realtv.az. İstifadə tarixi: 24 noyabr 2019.

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek