Xıdır məscidi

Xıdır məscidi
Xəritə
40°21′54″ şm. e. 49°50′02″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər, Maqomayev küçəsi, 24
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi 1301
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.84
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xıdır məscidi — İçərişəhərdə yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Tarixi[redaktə | mənbəni redaktə et]

Xıdır məscidi 1301-ci ildə İçərişəhərdə indiki M.Maqomayev küçəsi 24 ünvanında tikilib.[1][2] İki mərtəbəlidir lakin mərtəbələr arasında əlaqə yoxdur.[3]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[4] Xıdır məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.

1988-ci ildə dаş qübbənin аşаğı mərtəbəsində arxeoloji qazıntılar və pоrtаlda bərpа işləri aparılıb. Bundan sonra məlum olub ki, məscid atəşpərəst məbədi üzərində inşa olunub.[5]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6][7]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Леонид Семенович Бретаницкий. Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока / Главная редакция восточной литературы. — Наука, 1966.. — С. 400. — 556 с.
  2. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. 48. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  3. Fərhadoğlu, Kamil. İçərişəhər (az.). Bakı: Ş-Q və Çinar-çap. 2006. 132. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
  4. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  5. "Içərişəhər :: Ölkə Əhəmiyyətli Abidələr". web.archive.org. 2015-06-18. Archived from the original on 2015-06-18. İstifadə tarixi: 2024-01-30.
  6. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  7. İbrahimov, Ramid. "İçəri Şəhərdəki sirli Dördbucaqlı qala haqqında nə bilirik?". www.anl.az. 2014-02-22. səh. 13. 2014-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.