Volqa-Baltik su yolu

Volqa-Baltik su yolu
Volqa-Baltik su yolu
Axdığı yerlər Rusiya Federasiyasının şimal-qərbi
Uzunluğu 1100 km.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volqa-Baltik su yolu (1810-1963-cü illər - Mariin su sistemi) — Rusiya Federasiyasının şimal-qərbində Xəzər və Baltik dəniz hövzələrini birləşdirən göl, çay və kanallar sistemi. Uzunluğu 1100 km, Aşağı Şeksna və Şeksna (Çerepovetskoye) su anbarından, Kovja çayı və Ağ göl, Vıteqra çayı və suayrıcı kanaldan keçən su yolu[1].

Haqqında[redaktə | mənbəni redaktə et]

Rıbinski su anbarı, Çerepovets şəhəri, Şeksna çayı, Ağ gölü, Kovja çayı, Mariin kanalı, Vıteqra çayı, Oneqa kanalı, Oneqa gölü, Svir çayı, Ladoqa gölü və Neva çayından keçir. Mariin su sistemi 1799-1810-cu illərdə tikilib, 1890-1896-cı illərdə yenidən qurulub, 1964-cü ildə əsaslı rekonstruksiyadan sonra indiki adını almışdır. Uzunluğu təxminən 1100 km[2], gəmiçilik üçün sərbəst keçid dərinliyi 3-4 metrdən az deyil[3]. Bu da öz növbəsində 5000 tona qədər su tutumu olan gəmilərin keçidini təmin etməyə imkan verir[4]. Volqa-Baltik yolunun davamı Oneqa gölü ilə Ağ dənizi birləşdirən Ağdəniz-Baltik kanalı hesab edilir.

Volqa-Baltik kanalının qurğuları[redaktə | mənbəni redaktə et]

  • Volqa-Baltik kanalının xüsusiliyi ondadır ki, Baltik hissəsinin bütün şlyuzları Paxomov hisəsi istisna olmaqla 13, 5 metr hündürlüyə malikdir. Bu da öz növbəsində kanalın tikintisində standart konstruksiyalardan istifadə edilməsinə imkan verib. Kanalda cəmi 7 şlyuz var, onlardan yanlız biri - Paxomov şlyuzu ikitərəflidir.
  • 5 suqovşağı - Vıteqorski, Belousovski, Novinski, Paxomovski və Çerepovetski.
  • 3 Su Elektrik Stansiyası – Vıteqorski, Belousovski və Şeksna
  • 25 torpaq bənd və damba.
  • 4 təbii su anbarı – Vıteqorski, Belousovski, Novinski və Şeksna
  • Şlyuzlarda 5 körpü
  • 2 bərə keçidi
  • 11 sığınacaq.
  • 4 istismar sahəsi[1].

Yaranma tarixi[redaktə | mənbəni redaktə et]

XVIII əsrin əvvəllərində Rusiyanın Baltik dənizinə çıxışı, Peterburqun artan rolu ölkənin daxili rayonları ilə yeni paytaxt arasında əlverişli su əlaqələrinin yaradılmasını tələb edirdi. 3 su yolu yaradıldı — Vışnevolotski su sistemi (1709-cu ildə istismara verilib), Tixvinski (1811) və Mariin (1810)[1].

Mariin sistemi[redaktə | mənbəni redaktə et]

Mariin su sistemi Rıbinski, Şeksna, Ağ göl, Kovja, Mariin kanalını (1886-cı ildən onu Novo-Mariin kanalı əvəz etdi), Xəzər və Baltik dənizi hövzələri arasında uzanan suayrıcında isə Vıteqra, Oneqa gölü, Svir, Ladoqa gölü və Neva çayını (təxminən 1054 verst) birləşdirirdi. Mariin sistemi Volqadan Oneqa gölünə qədər uzanan yolun bir hissəsini təşkil edirdi. 1829-cu ildə Şimali-Dvin kanalı açıldı. Bu kanal Şeksna ilə Kubenski gölünün birləşdirirdi. Kanal Suxon və Şimali Dvindən Ağ dənizə olan sistemi birləşdirirdi. Çox da böyük olmayan gəmilərin daha təhlükəsiz üzməsi üçün Ağ, Oneqa və Ladoqa göllərində alternativ yollar — Ağ göl, Oneqa, Novo-Svir, Novo-Syas və Novo-Ladoqa yolları vardı. Öz dövrü üçün Mariin sistemi möhtəşəm hidrotexniki qurğu idi və böyük iqtisadi əhəmiyyətə malik idi, lakin 1890-1896-cı illərdə kanalda yenidənqurma işlərinin aparılmasına[5][6] baxmayaraq bu sistem artıq ölkənin nəqliyyat tələbatını təmin edə bilmirdi.

Mariin sistemi 1917-1953-cü illərdə.[redaktə | mənbəni redaktə et]

  • 1922-ci ildə — Çerepovetski suqovşağı açıldı (şlyuz № 40)
  • 1926-cı ildə — Çerepanovski suqovşağı açıldı (şlyuz № 41)
  • 1930-cu ildə — Yaqorbski suqovşağı açıldı (şlyuz № 42)
  • 1933-cü ildə — Nijne-Svirski suqovşağı açıldı.
  • 24 sentyabr 1940-cı ildə  — Ümumrusiya Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsi və SSRİ XKS-i Volqa-Baltanın tikintisi barədə qərar qəbul etdilər.
  • 1941-ci ilin yazında  — Rıbinski su anbarının tamamlanması işi başladı.
  • Volqa-Baltik su yolu
    Volqa-Baltik su yolu
    1947-ci ildə — Böyük Vətən Müharibəsindən sonra quruculuq işləri davam etdi. SSRİ DİN-i nəzdində "Volqa-Baltik su yolunun tikintisi üzrə baş düşərgə idarəçiliyi" idarəsi yaradıldı.
  • 1952-1953-ü illərdə  — Qurğuların memarlıq baxımdan quruculuğu L.M.Polyakovun rəhbərliyi altında "Hidro layihə"nin Leninqrad şöbəsinin əməkdaşları tərəfindən işlənmişdir; həmmüəlliflər: L.M.Banşikov, A.İ.Qoritski, A.V.İkonnikov, R.P.Kostılev, L.T.Lipatov, K.M. Mitrofanov, Q.S.Nikulin, Q.F.Perestoronina, V.A.Petrov, Z.F.Semenova, M.V.Smagina, Q.A.Şarovarov, P.R.Yasenski.
  • 1948-1953-ü illərdə — Oneqa gölündən Vıteqra şəhərinədək aşağı axarda çaya doğru istiqamətlənən kanal qazmaq.
  • 27 aprel 1952-ci ildə — Yuxarı Svir suqovşağı və şlyuzunun istismarına başlamaq. Svirin, yuxarı axarında, Oneqa gölündə və kanalında, Vıteqra çayının aşağı axarında (dəniz səviyyəsində 32,60 m qeydə alınana kimi səviyyənin qaldırılması).
  • 1956-1964-cü illərdə — İ.V.Stalinin ölümündən sonra tikinti dayandırıldı. Kanal fərqli layihə ilə tikilməyə başlandı.

Su altında qalan kəndlər[redaktə | mənbəni redaktə et]

Svirdə[redaktə | mənbəni redaktə et]

Kovjada[redaktə | mənbəni redaktə et]

  • Qryaznı Omut
  • Kovja çayı mənsəbində Kovja kəndi.

Şeksnada[redaktə | mənbəni redaktə et]

Şeksna çayı
Şeksna çayı

Karpunino kəndi (Rıbinskdən 4 verst), Balşoy (Böyük) Kastovets kəndi (7 v.), Nijniy (Aşağı) Kastovets kəndi (7 v.), Kremlevo kəndi (7 v.), Çeqskaya kəndi, yaxud Çevskaya kəndi (9 v.), Popovskaya kəndi (10 v.), Başarova kəndi (11 v.), Mixaila Arxanqela kəndi (15 v.), Serqeyevskaya kəndi (16 v.), Odnodvorets kəndi (17 v.), Qeykina kəndi (20 v.), Sosnyaqi kəndi (22 v.), İstok kəndi (23 v.), d. Nyankovo kəndi (25 v.), Çornaya (Qara) (Nijniy Vraq) (27 v.), Balşoye Sırnevo kəndi (28 v.), Maloye (Kiçik) Sırnevo kəndi (29 v.), Poqost kəndi (30 v.), Voli çayının mənsəbində Volski Poqost (30 v.), Berezovo kəndi (38 v.), Juravleva kərpic zavodu (52 v.), Odnodvorok ferması (53 v.), Vsesvyatskoe kəndi (55 v.), Seliha kəndi (56 v.), Pokrovskoe kəndi (67 v.), Vlasyevka kəndi, yaxud Krutaya (69 v.), Baranovka kəndi (70 v.), Matyukova kəndi (71 v.), Borok kəndi, yaxud Bor (72 v.), Knyajiç-Qorodok kəndi (75 v.), Novinka kəndi (76 v.), Vasilisova kəndi, yaxud Vasilyevski (77 v.), Andreyevka kəndi (78 v.), Voyatitsa kəndi (81 v.), Berezovka kəndi (85 v.), Kerşino qəbristanlığı (92 v.), Krasnoye kəndi (96 v.), Myaqra kəndi (102 v.), Nijnı Paduy kəndi (106 v.), Verxniy Paduy kəndi (108 v.), köhnə kərpic zavodları (110 v.), Pelnevo kəndi (127 v.) Kolmovo kəndi (137 v.), Nikolskaya ferması (138 v.), Petrovskoye kəndi (144 v.), Kozmodemyanskoye kəndi (147 v.), Dosefeyeva Pustın kəndi (161 v.), Borki-Şubatskiye kəndi, Leuşinski monastırının ərazisi (162 v.), Borki-Vlasova kəndi (164 v.), Borki-Braçina/Bragina kəndi (165 v.),Оlxovo (169 v.), Çerepanova kəndi (176 v.), Vasilyevskoye kəndi (179 v.), Viçalova kəndi (184 v., sol), Pertova kəndi (184 v., sağ), Pexteyeva kəndi (198 v.), Vaxnovski dəmirqayırma zavodu (200 в.), Vaxnovo kəndi (201 v.), Sontseva kəndi (204 v.), Lukovets kəndi (208 v., sağ), Uspenski Slobodası (208 v., sol), Koşta çayının mənsəbində Davıdova kəndi (212 v.), Dorki kəndi (217 v.), Frolovka kəndi (218 v.), Rojdestvenskoye kəndi (219 v.), Yaqorba kəndi, Lyubets kəndi, Sudbitsa, Yazovişşe, Kovja, Qorodetski poqost (qəbristanlığı), Nikitski poqost (qəbristanlığı).

Dağılmış məbədlər[redaktə | mənbəni redaktə et]

Su altında qalmış Kroxinski kilsəsi
Su altında qalmış Kroxinskidə Milad kilsəsi
  • Kovja çayı mənsəbində Kovja kəndində məbəd (1800-cü ilə aid).
  • Kroxinskidə Milad kilsəsi.
  • Anximovoda Vıteqorski məbədləri.
  • Zapoqostye kəndində Məryəmin müjdələnməsi (1802-ci il; 2013-cü ilin iyulunda zəng qülləsi çökdü) məbədi.
  • Müxtəlif məlumatlara görə, kanalın tikintisi vaxtı 700 kənd, 65 şəhər, 140 kilsə, 3 monastır, 294 sakin, 10 minlərlə işçi sulara qərq olmuşdur[7]. Bu məlumat bir qədər mübaliğəli görünsə də real olan kanalın tikintisi zamanı dəyən ziyanın kifayət qədər böyük olması idi.

Vəziyyəti və inkişaf perspektivləri[redaktə | mənbəni redaktə et]

XX əsrin 90-cı illərdə inkişaf yolu dayandı, lakin kanalın tikintisinə mümkün dəstəyin yanlız 1/3-i ayrılırdı. 2007-ci ildə Rusiya investisiya fondunun hesabına rekonstruksiya layihəsinin maliyyələşdirilməsi barədə qərar qəbul edildi. Bütövlükdə layihənin qiyməti 8 milyard rubldan çox dəyərləndirilirdi ki, onun da 460 milyon rublu 2008-ci ildə işin başlanması üçün ayrılmalıydı. Gəmilərin sıx sərbəst keçidinə və şyuzlarda yığılıb qalmasına baxmayaraq Volqa-Baltik yolu ilə yük daşınması daima artırdı. 2007-ci il naviqasiya fəslində yük daşınmasının həcmi 11% təşkil etmişdir[8].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Vıteqorski dairəsinin kommunikasiya yollarının ümumi məlumat kitabçası. Mariin və Tixvin su yolları. 1916-cı il. Vıteqra. 1916-cı il (rusca)
  • Kublitskaya R.N., Kublitski Q.İ. Volqaya doğru! Volqa, Kama, Oka, Don, Volqa-Balt üzrə bələdçi. Moskva: Reçnoy transport, 1962, s. 51 - 70.  400 s — 30 000 nüsxə. (rusca)
  • Şimal-qərb su yolları üzrə. Bələdçi. Q.Y.Yevenyev (Paşşenko). L.: Reçnoy transport, 1958 (rusca)
  • Ginzburq N.S. Volqa-Baltik su yolunun rekonstruksiyası. Ümumittifaq Coğrafiya Cəmiyyətinin xəbərləri, 1962, 3-cü buraxılış. (rusca)
  • Malkov V.M. Volqa-Balta üzrə. Voloqda. 1966 (rusca)
  • Volqa-Balt. Volqadan Baltikə. Albom. Tərtib edən: V.V.Lapin, A.N.Çistikov. Sankt-Peternurq: Liki Rossii. 2004 (rusca)
  • Sokolova Y.N. Volqa-Balt: Təbii və mədəni irs.//Vıteqra:Diyarşünaslıq almanaxı / Y.A.Skupinova. Voloqda:Rus, 2005, Bur. 3, s.336.
  • Mariin sus sitemi. Dünyanın ən məşhur hidro-texniki tikilisi. Tərtib edən-müəllif: Çistikov A.N. Sankt-Peterburq: Liki Rossii, 2011

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 "Volqa-Baltik kanalı (Volqa-Balt) xəritə və təsvirlər, şyuzlar, bəndlər, xarakteristika və tikilmə tarixi". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
  2. "Мариинская - Волго-Балтийская водная система, c.7" (PDF). 2022-05-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-21.
  3. Волго-Балт/ Редактор-составитель В. М. Малков. — Вологда: СЗКИ, 1965 Arxivləşdirilib 2022-01-17 at the Wayback Machine, с. 250
  4. Волго-Балт/ Редактор-составитель В. М. Малков. — Вологда: СЗКИ, 1965 Arxivləşdirilib 2022-01-17 at the Wayback Machine, с. 150
  5. "Мариинская - Волго-Балтийская водная система, c.4" (PDF). 2022-05-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-08-21.
  6. Волго- Балт: от Волги до Балтики: [альбом] / [ авт.-сост.: В. В. Лапин, А. Н. Чистяков. - СПб. : Лики России, 2004. - с.31
  7. "АНОР, ХРАНИТЕЛЬНИЦА ХРАМА". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
  8. "История развития Волго-Балтийской системы". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.