Vitali Krasilnikov

Vitali Krasilnikov
Krasilnikov Vitali Sergeyeviç
bayraq
Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri
bayraq2
1969 – 1980
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Rusiya, SSRİ
Vəfat tarixi 1 mart 2003(2003-03-01) (82 yaşında)
Partiya
Fəaliyyəti hərbi lider[d], siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi general-leytenant

Krasilnikov Vitali Sergeyeviç (rus. Виталий Сергеевич Красильников; 30 mart 19201 mart 2003) — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1969 avqust −1980 iyun)

Həyatı[redaktə | mənbəni redaktə et]

Vitali Krasilnikov 1920-ci ildə Qorkov vilayətinin indiki Varnavinsk rayonunun Varnavino kəndində qulluqçu ailəsində anadan olmuşdur.

Milliyətcə rusdur. Ali təhsillidir.

Qorkov adına Su Nəqliyyatı Mühəndislər İnstitutunu bitirmiş, sonra Qorkov hərbi tank məktəbinin müdavimi olmuşdur.

1952–1954-cü illərdə SSRİ DTK-nın Ali Məktəbinin rəhbər heyəti hazırlıq kurslarında oxumuşdur. Kursları bitirdikdən sonra təhlükəsizlik orqanlarında xidmətini davam etdirən V. Krasilnikov 1967-ci ildə Azərbaycan SSR DTK-nın sədr müavini, 1969-cu ildə isə sədri vəzifəsinə təyin edilmişdir.

V. Krasilnikov 1980-ci il iyunun 18-də başqa işə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilmişdir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]