Veyl Kornell Tibb Kolleci (Qətər)

Veyl Kornell Tibb Kolleci
Xəritə
25°19′04″ şm. e. 51°26′20″ ş. u.
Əsası qoyulub 2001
Ölkə
Sayt qatar-weill.cornell.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kollecin binası

Veyl Kornel Tibb Kolleci (ing. Weill Cornell Medical College in QatarWCMC-Q) — Kornel Universitetinin Qətərdəki təhsil şəhərciyində.[1]

Kollec 2004-cü ilin sentyabrında açılmışdır.[1] Qətər dövləti ilə Kornel Universitetinin birgə layihəsi olan bu kollec ABŞ hüdudlarından kənarda açılmış ABŞ-yə bağlı olan ilk tibb məktəbidir.[1] Bu layihə Qətərdə akademik proqramların və tibbi xidmətlərin yüksəldilməsi üçün həyata keçirilir.[1]

Kollec Qətər dövləti tərəfindən maliyyələşir və Qətər Fondu məktəbin tikintisinə 750 milyon dollar vəsait ayırmışdır.[1] Kollec memar Arat İsodzaki tərəfindən inşa edilən ikimərtəbəli böyük binada yerləşir.[1]

2004-cü ildən Qətər Fondu Veyl Tibb Kollecinin yerləşdiyi ərazidə xəstəxana tikintisinə başlamışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Lamiyə Əliyeva, Dünya universitetləri: Kornel Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 11.12.2009, № 48.  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]