Vağudi

Vağudi
Вагуди
39°30′19″ şm. e. 46°07′05″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 40,82 km²
Mərkəzin hündürlüyü 1.575 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 593 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Vağudi xəritədə
Vağudi
Vağudi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vağudi və ya Vaqudi[2][3]Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 9 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində, Ağudi kəndindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4]. Vağudi adlı 3 kənd olmuşdur: I Vağudi, II Vağudi, III Vağudi[5]. Vağudi kəndi həmin 3 Vağudi adlı kəndlərinin birləşməsindən yaranmışdır.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Kəndin adı Ağudi toponiminin əvvəlinə "v" samitinin artırılması əsasında yaranmışdır. Voxçu (Oxçu toponimindən) toponimi, varsaq (arsaq etnonimindən) etnonimi həmin konstruksiya əsasında yaranmışdır. Ağudi toponimi ilə Vağudi toponimi eyni semantik xüsusiyyətə malikdir[6].

1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Lor, Axlatyan, Bukunis kəndlərindən ermənilər oraya köçürülmüşdür[7] Sonra əhali qarışıq olmuşdur. 1988-ci ildə kəndin azərbaycanlılardan ibarət hissəsi Azərbaycana qovulmuşdur. Digər adı Böyükdüz olmuşdur ki, bu da Səlcuq oğuzlarının Bükdüz tayfasının adını əks etdirir. 1468-ci ilə aid mənbədə Vaqadi kimidir[8][9] [134, 167]. Orta əsrlərdə Albaniyanın qədim Tatev monastrına mənsub kənd olmuşdur. Ehtimal ki, İran dillərində baqa "od allahı" və deh "kənd" sözlərindən ibarət olmaqla "Odpərəst-lər kəndi" mənasındadır.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənddə 1831-ci ildə 44 nəfər, 1873-cü ildə 653 nəfər, 1886-cı ildə 926 nəfər, 1897-ci ildə 1286 nəfər, 1908-ci ildə 1395 nəfər azərbaycanlı yaşamışdır[10]. 1914-cü ildən başlayaraq azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 226 nəfər, 1931-ci ildə 336 nəfər[10], 1987-ci ildə 700 nəfər[11] azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında azərbaycanlılar qırğınlarla Ermənistan dövləti tərəfindən qovulmuşlar. Indi yalnız ermənilər yaşayır.[12]

Əhali qırğınları[redaktə | mənbəni redaktə et]

Vagudi – 1918-ci il. 1330 nəfər əhalisi olmuşdur. Kənd əhalisinə böyük zülm edilmiş, 15 gözəl qız təhqir edilərək öldürülmüşdür. Kənd dagılarkən sıgınacaq axtaran 400 müsəlman məscidə doldurulmuş, əvvəlcə pəncərədən əldəqayırma bomba atılmış, sonra isə məscidə od vurulub bütün adamlar yandırılmışdır. Qadınların döşünü kəsmiş, xəstələri yataqda doğramışlar.[13]

Görkəmli şəxsiyyətləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Абрамян Г.С., Мурзаев Э.М. Армянская географическая терминология. "Вопросы ономастики". Свердловск, 1982.
  3. . Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.47
  5. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.76
  6. Bax: Ağudi
  7. Геюшев Р.Б. О Хотаванском храме и его надписях. Изв. АН Азерб. ССР. Серия истории, филосифии и права. 1972, № 3.
  8. Kirzioglu F. 1593 ylde Osmanli vilaget tahrir defterlerinde Gence-Karabag sancak lari; "ulus" ve "oymakleri". Sevic matbaasi. Ankara, 1979
  9. . Папазян А.Д. Персидские документы Метанадарана. I (XV–XVI вв.). Ереван, 1956.
  10. 1 2 Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.76–77, 146–147
  11. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. ISBN 5-8020-0852-0 s. 182–183
  12. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  13. Eldar İsmayıl, "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]