Vəsilə Hacıyeva

Vəsilə Hacıyeva
Vəsilə Cümşüd qızı Hacıyeva
Doğum tarixi (54 yaş)
Doğum yeri Bakı şəhəri
Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan
Atası Cümşüd Hacıyev (Türkel)
Anası Şövqiyyə Hacıyeva
Elm sahəsi Siyasi elmlər
Elmi dərəcələri Siyasi elmlər üzrə elmlər doktoru, Dövlət İdarəçilik Akademiyası
Elmi adı Professor
Təhsili Mühəndis-sistemotexnik, Azərbaycan Texniki Universiteti
Elmi rəhbəri Prof. Cəmil Əhmədli

Vəsilə Hacıyeva (Vəsilə Cümşüd qızı Hacıyeva; 12 aprel 1969, Bakı) — siyasi elmlər üzrə elmlər doktoru, professor.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Vəsilə Hacıyeva 12 aprel 1969-cu ildə Bakı şəhərində müəllim ailəsində doğulmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Atası - Cümşüd Hüseyn oğlu Hacıyev (Türkel) 1936-cı ildə Borçalı mahalının Sarvan (Gürcüstan Respublikasının Marneuli) bölgəsində Hüseyn Məhəmməd ağa oğlu Hacıoğlu və Məşədi Şahval Seyyid Əskər ağa qızı Hacıseyyidlinin (Şahvalın anası Məşədi Faxransa Tiflisin Topçiyevlər nəslindən olmuş və bu nəslin nümayəndələri həm də Topçubaşov soyadını daşımışlar) övladı olaraq dünyaya gəlmiş, 1950-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya Fakültəsində tələbə olarkən tələbə dissident hərəkatının, 1980-ci illərin sonu və 90-cı illərin əvvəlində Milli Azadlıq Hərəkatının fəal iştirakçısı, öncə Birlik Partiyasının ideoloqu və qurucusu, daha sonra isə Türk Dünyası Birliyi Partiyasının qurucusu və lideri olmuşdur. 11 noyabr 2004-cü ildə vəfat etmişdir.

Anası - Şövqiyyə Məhyəddin qızı Hacıyeva 1943-cü ildə Ağdaş şəhərində müəllim ailəsində, 1920-ci illərdə bolşevik hakimiyyəti tərəfindən repressiya və təqibə məruz qalaraq Zərdab rayonundan qaçıb "səsikəsiklər" (qolçomaq) ünvanı qazanmış Məhyəddin Zakir ağa oğlu Kərimov və Yaxşıxanım Alı qızı İsmayılovanın ailəsində anadan olmuşdur, riyaziyyat müəllimidir.

Təhsili[redaktə | mənbəni redaktə et]

Orta təhsilinə Bakı şəhərindəki 260 saylı orta məktəbdə başlamış və 1986-cı ildə 171 saylı orta məktəbi bitirmişdir.

1991-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və Hesablama Texnikası Fakültəsini "Elektron Hesablama Maşınları" ixtisası üzrə bitirərək mühəndis-sistemotexnik ixtisasına yiyələnmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1997-2001-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı olmuşdur.
  • 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dissertasiya Şurasında "Siyasət və onun informasiya təminatı" mövzusunda namizədlik dissertasiyasını (elmi rəhbər - prof. Cəmil Əhmədli) müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.[2]
  • 2007-2009-cu illərdə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) doktorant olmuşdur.
  • 2011 -ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dissertasiya Şurasında "Siyasət institutunun kompleks-sistemli tədqiqi" mövzusunda doktorluq dissertasiyasını (elmi məsləhətçi - prof. Cəmil Əhmədli) müdafiə edərək siyasi elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.[3]
  • 1991-ci ildə Bakı Kompüter Litseyində başlayan pedaqoji fəaliyyətini daha sonra Azərbaycan Universitetində müəllim, baş müəllim, dosent, Bakı Dövlət Universitetində (saathesabı), Qərb Universitetində dosent, professor vəzifələrində davam etdirmiş, həmçinin Azərbaycan Müəllimlər İnstitutunda Beynəlxalq Əlaqələr Kabinetinin müdiri, Qərb Universitetində Xarici Əlaqələr Şöbəsinin müdiri, Elmi İşlər üzrə Prorektor və "Politologiya və beynəlxalq münasibətlər" kafedrasının müdiri vəzifələrində çalışmışdır. Hazırda Xəzər Universitetində professor [17] vəzifəsində çalışır.
  • Harvard Universitetində (ABŞ) və Karl-Franzens Graz Universitetində (Avstriya) dəvətli alim olaraq elmi araşdırmalar aparmışdır.
  • Mötəbər beynəlxalq elmi qurum və cəmiyyətlərin üzvü kimi bu təşkilatların Potsdam, Afina, Toronto, Montreal, Porto, Barselona, Nyu-Jersi, Nyu-York, Zürix, Monterey şəhərlərində təşkil etdikləri beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir.
  • İki monoqrafiya və 50-yə yaxın elmi məqalənin müəllifidir.
  • Azərbaycanda ilk siyasi konsaltinq firması olan "Vəsilə Hacıyeva Konsaltinq" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir.[4][5]

Beynəlxalq təcrübəsi[redaktə | mənbəni redaktə et]

Tədqiqat təcrübəsi[redaktə | mənbəni redaktə et]

  • Yanvar 2017 - İyun 2017. Dəvətli alim. Harvard Universiteti, Rusiya və Avrasiya Tədqiqatları üzrə Devis Mərkəzi. ABŞ.[6],[7]
  • Noyabr 2014 - May 2015. Dəvətli alim. Karl-Franzens-Universität Graz. Rusiya, Şərqi Avropa və Avrasiya Mərkəzi. Avstriya.[8] [9]
  • Həmçinin Kolumbiya Universitetindən [10] (ABŞ, Nyu York şəhəri), Vorvik Universitetindən [11], [12] (İngiltərə), Salerno Universitetindən [13] (İtaliya) dəvətlər almış, lakin onlardan faydalanmamışdır.

Akademik təcrübə[redaktə | mənbəni redaktə et]

1-15 may, 2019. Akdeniz Universiteti, Antalya. Türkiyə. İqtisadi və idarəetmə elmləri fakültəsində “Siyasət nəzəriyyəsi II”, “Regional siyasət” və “Post-Sovet idarəçiliyi transformasiyası” fənləri üzrə mühazirələr, həmçinin universitetin müəllim və tədqiqatçıları üçün “Liberal demokratiyanın tətbiqi problemlərinə çoxmüstəvili baxış” mövzusunda elmi seminar.

Mübadilə proqramları[redaktə | mənbəni redaktə et]

Lokal koordinator. Erasmus Mundus 2013. Partnership title: “Education Force: Driving Mobility for EU - East Europe cooperation”.[14]

Redaksiya fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • Beynəlxalq redaksiya heyətinin üzvü. New Horizons. Research Journal. Faculty of Social Sciences. Greenwich University. Karachi Pakistan.
  • Redaksiya heyətinin üzvü. Metafizika. Beynəlxalq Fəlsəfi və Fənlərarası Araşdırmalar Jurnalı. ISSN 2616-6879. Bakı. Azərbaycan.[15]

Təşkilati təcrübə[redaktə | mənbəni redaktə et]

1-5 iyun 2015. Viana do Castelo Politexnik İnstitutu. Viana do Castelo. Portuqaliya. Avropa İttifaqına üzv ölkələrin ali təhsil müəssisələrinin beynəlxalq həftəsi.

Əsərləri[redaktə | mənbəni redaktə et]

Monoqrafiyalar[redaktə | mənbəni redaktə et]

  • To a Perfect Society through Intellectual Liberalism / İntellektual liberalism ilə kamil cəmiyyətə. 2023. Bakı: “Qanun nəşriyyatı”. 224 p.[18]
  • Siyasi orqanizm: elementlər, əlaqələr, proseslər. Bakı: “Elm”. 2008. 336 s. [19], [20],[16]
  • Siyasət institutuna kompleks baxış. Bakı: “Azərbaycan Universiteti”. 2003. 186 s. [21]

Məqalələr[redaktə | mənbəni redaktə et]

  • Intellectual liberalism: a theoretical way based on the legacy of Turkic thought. 2022. ISJ Theoretical & Applied Science, 05 (109), 38-49. Philadelphia, USA [22],[17]
  • Political scene and political culture in the clash of generations: analysis of early parliamentary elections on February 9, 2020 in Azerbaijan. 2020. ISJ Theoretical & Applied Science, 11 (91), 227-239. Philadelphia, USA [23],[18]
  • To Oligarchy through Democracy or to Disorder through Order. 2018. ISJ Theoretical & Applied Science, 10(66): 235-247. Philadelphia, USA [24]
  • EU’s Policy for Azerbaijan: Challenges, Errors and Opportunities. Akademik Bakış Dergisi. SayıI 52. 2015. Kasım - Aralık. Uluslararası Hakemli Sosyal Bilimler E-Dergisi. İktisat ve Girişimçilik Üniversitesi, Türk Dünyası. [25] Arxivləşdirilib 2016-01-27 at the Wayback Machine
  • Türkiyə və yeni dünya sistemi. Geostrategiya. Aylıq ictimai-siyasi, elmi-populyar jurnal. N 02(14). Aprel-May 2013, Bakı.
  • Qərbdən Şərqə keçən güc və Türkiyə. Strategiya. 2012. Bakı.
  • Глобальный кризис: причины, направления и пути преодоления. Век глобализации. V.1, 2010. Москва. [26]; [27]
  • Azerbaijanizm and Turkizm in the National Ideological System. The Philosopher’s Index. An International Index to Philosophical Periodicals and Books. V.44, N 4, 4-th quarter, P.383, 2010. “Philosopher’s Information Center”, USA; 2009.
  • Azərbaycançılıq və Türkçülük milli ideologiya sistemində. “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2009, V. 3 (27). Bakı.
  • Müasir dövrdə qlobal nizam və qaydasızlığın iki əsas tərəfi – demokratikləşmə və münaqişələr. Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, V. 4(28), 2010. Bakı. Azərbaycan.
  • Yerel, bölgesel ve küresel güvenliye doğru yaklaşım. “2023” Dergisi, onbeş şubat 2bin9, sayı 94, 2009. Ankara, Türkiye.
  • К вопросу о соотношении политики и права. Мир человека. Философский и общественно-гуманитарный журнал. №2(40), 2009. Казахыстан, Алма-Ата.
  • Optimal geosiyasi fəaliyyətin şərtləri. Bakı Dövlət Universitetinin xəbərləri. Humanitar elmlər seriyası, №1. 2009. Bakı.
  • Siyasət və iqtisadiyyatın koordinasion əlaqələri. AMEA-nın xəbərləri. İqtisadiyyat elmləri seriyası. N 2. 2008. Bakı.
  • Siyasət və fəlsəfə əlaqələri ideoloji müstəvidə. “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, N 4(22), 2008.
  • İdeologiya siyasətin subyektiv məzmununun göstəricisi kimi. Bakı SlavyanUniversiteti, Elmi əsərlər, İctimai- siyasi elmlər seriyası, №2. 2008. Bakı.
  • Siyasətin əxlaqi kriteriyası. Pedaqoji Universitetin xəbərləri. N 3. 2008. Bakı.
  • Milli mentalitet və siyasət nisbəti. BDU. Tarix və onun problemləri. Nəzəri, elmi, metodik jurnal, №3. 2008. Bakı.
  • Siyasi sistemin daxili və xarici əlaqələr şəbəkəsi. “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, N 4. 2007. Bakı.
  • Siyasətin tədqiqinə sistemli yanaşma. “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, №1-2. 2007.
  • Siyasətin elmiliyi problemi. Dünyaya baxış. Elmi nəzəri praktik jurnal, №3. 2007. Bakı.
  • Siyasətin informasiya mənbələri. Azərbaycan Dillər Universiteti. Elmi xəbərlər, V.4. 2008.
  • Yeni dövrə qədər olan siyasi elmin inkişaf istiqamətləri. Azərbaycan Dillər Universiteti. Elmi xəbərlər, №6. 2008. Bakı.
  • Siyasi proseslərin şəraiti və imkanları problemi. Dünyaya baxış. Elmi-nəzəri praktik jurnal, V.4. 2008. Bakı.
  • Müasir konsepsiyalarda «Siyasət nədir?» sualına cavab axtarışı. Dirçəliş - XXİ əsr, 126-127/2008. Bakı.
  • Siyasi proseslərin lider amili. “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, N 2(20), s. 97-105. 2008. Bakı.
  • İctimai rəy siyasət institutunun elementi kimi. AMEA-nın xəbərləri, Humanitar və ictimai elmlər seriyası, №9. 2005. Bakı.
  • Yeni və müasir dövrdə siyasi elmin istiqamətləri. Dünyaya baxış. Elmi nəzəri praktik jurnal, №2. 2008. Bakı.
  • Siyasi elm tarixinə baxış. Pedaqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, №6. 2004. Bakı.
  • Dövlətin siyasi sistemi tənzimləmə və formalaşdırma funksiyaları. Pedaqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, №5. 2003. Bakı.
  • Dövlətin optimallıq göstəriciləri. Sosial-siyasi problemlər (elmi-nəzəri jurnal), №1. 2003.
  • Siyasətin obyektiv göstəriciləri problemi. Sosial- siyasi problemlər (elmi-nəzəri jurnal), №2-3. 2003. Bakı.
  • Siyasi partiya müasir siyasi sistemin elementi kimi. AMEA-nın xəbərləri, Humanitar və ictimai elmlər seriyası. 2002. Bakı.

Tədris-metodiki vəsaitlər[redaktə | mənbəni redaktə et]

  • Siyasətin əsas elementləri. Dərs vəsaiti. Bakı, 2016.
  • Hakimiyyət nəzəriyyəsi. Proqram. Bakı, 2016.
  • Siyasi fikrin təkamül yolu. Dərs vəsaiti. Bakı, 2014.
  • Siyasət nəzəriyyəsi. Metodik vəsait. Bakı, 2014.

Elmi tədqiqat sahəsi[redaktə | mənbəni redaktə et]

Siyasət nəzəriyyəsi, kompleks sistemlər, siyasi hakimiyyət nəzəriyyəsi, demokratiya nəzəriyyəsi, beynəlxalq münasibətlər və dünya siyasəti

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisinə 09 fevral 2020-ci il tarixinə təyin olunmuş növbədənkənar parlament seçkilərinə yaşadığı 34 saylı Xətai ikinci dairəsindən müstəqil namizədliyi MSK tərəfindən təsdiqləndi. [28] Arxivləşdirilib 2020-02-29 at the Wayback Machine Həmin dairədən hakim partiya YAP altı çağırış deputat olmuş Mixail Zabelini namizədi kimi irəli sürdü. Vəsilə Hacıyeva ictimaiyyət tərəfindən Mixail Zabelinin əsas rəqibi kimi qəbul olundu. [29], [30], [31]

10 fevral 2020-ci il tarixində Vəsilə Hacıyeva seçki günü seçicilərin seçki hüququnu pozmaqla total saxtakarlıqlar aparılaraq Mixail Zabelinin qalib edilməsi ilə bağlı faktlarla ictimaiyyətə müraciət etdi. [32], [33] 12 fevral 2020-ci il tarixində 34 saylı Xətai ikinci dairəsinin ləğvi tələbi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) şikayətini təqdim etdi. MSK 17 fevral 2020-ci il tarixində keçirdiyi iclasda sadəcə 7 məntəqənin (1, 2, 3, 4, 18, 30, 35) nəticələrinin ləğvi qərarı ilə dairənin ləğvinin qarşısını aldı. [34], [35]; [36] Vəsilə Hacıyeva 20 fevral 2020-ci il tarixində MSK-nın qərarından şikayəti ehtiva edən iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi. Bakı Apelyasiya Məhkəməsi 22 fevral 2020-ci il tarixli iclasının qərarı ilə mübahisəni MSK-nın xeyrinə həll edərək iddianı təmin etmədi.[37]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hajiyeva, Vasila. The academic title of Professor by the Supreme Attestation Commission. [1] (PDF)
  2. Hacıyeva, Vəsilə Cümşüd qızı. Siyasət və onun informasiya təminatı [Mətn] : siyasi e. n. a. dər. al. üçün təq. ol. dis.: 23.00.02 /V. C. Hacıyeva ; Azərb. Resp. Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası. Bakı. 2004. 143 səh. [2]
  3. Hacıyeva, Vəsilə Cümşüd qızı. Siyasət institutunun kompleks-sistemli tədqiqi [Mətn] : siyasi e. d-ru a. dər. al. üçün təq. ol. dis.: 23.00.02 /V. C. Hacıyeva ; AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İn-tu. Bakı. 2011. [3]
  4. ""VH Konsaltinq" ilə Azərbaycanda yeni biznes sektorunun əsası qoyulur". 2020-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-10.
  5. ""VH Konsaltinq" ilə Azərbaycanda yeni biznes sektorunun əsası qoyulur". 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-15.
  6. Fellows and Visiting Scholars Arrive for the 2016–2017 Academic Year. [4] Arxivləşdirilib 2017-09-26 at the Wayback Machine
  7. Harvard certificate of Vasila Hajiyeva. [5] (PDF)
  8. Eramus Mundus ABC Freitag, 14. November 2014 Karl-Franzens-Universität Graz, Austria. [6] Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine
  9. Invitation from Graz University. [7] Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine (PDF)
  10. Invitation from Columbia University. [8] Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine (PDF)
  11. Invitation from the Warwick University. [9] Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine (PDF)
  12. Invitation from Warvik University-2. [10] Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine (PDF)
  13. Invitation from the Salerno University. [11] Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine (PDF)
  14. Education Force: Driving Mobility for EU - East Europe cooperation [12][ölü keçid]
  15. “METAFİZİKA” Beynəlxalq Fəlsəfi və Fənlərarası Araşdırmalar Jurnalının REDAKSİYA HEYƏTİ [13][ölü keçid]
  16. Vəsilə Hacıyeva. Siyasi orqanizm: elementlər, əlaqələr, proseslər (monoqrafiya). [14] (PDF)
  17. Intellectual liberalism: a theoretical way based on the legacy of Turkic thought. [15] Arxivləşdirilib 2022-05-07 at the Wayback Machine (PDF)
  18. Political scene and political culture in the clash of generations: analysis of early parliamentary elections on February 9, 2020 in Azerbaijan. [16] Arxivləşdirilib 2022-05-07 at the Wayback Machine (PDF)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1. Correlation between Philosophy and Politics: Complex Systems Approach to the Question. DASH at Harvard, [38]
  2. Problem of Globalizing of Democracy in the Context of Correlation of Local, Regional and Global Conditions. DASH at Harvard, [39]
  3. On Correlation between Politics and Law. DASH at Harvard, [40]
  4. On Stability and Sustainability of Political System. DASH at Harvard, [41]
  5. EU's Policy for Azerbaijan: challenges, errors and opportunities, [42] Arxivləşdirilib 2016-01-27 at the Wayback Machine
  6. New Horizons. Research Journal. Faculty of Social Sciences. Greenwich University Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine,[43] Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine, [44] Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine