Uzuntala (Zaqatala)

Uzuntala
41°36′56″ şm. e. 46°27′06″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 6,22 km²
Mərkəzin hündürlüyü 221 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 657 nəf.
Xəritəni göstər/gizlə
Uzuntala xəritədə
Uzuntala
Uzuntala

UzuntalaAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən 26 km cənubda, Katex çayının sağ sahilində yerləşir.[1] Şimaldan Balakən rayonunun Qamış Tala, qərb tərəfdən Balakən rayonunun Püştətala, Qaracıl, Kortala, cənubdan və şərqdən Katex çayı ilə həmsərhəddir.[1]

Kəndin ərazisi 622 hektardır.[1]

Əhalisi[redaktə | mənbəni redaktə et]

1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 657 nəfərdir, milli tərkibcə əsasən avarlardan ibarətdir.[1] Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub.[1]

Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Uzuntala Bələdiyyəsi tərəfindən idarə olunur.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq və maldarlıqdır.[1]

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə 1 orta məktəb, feldşer-mama məntəqəsi, klub, məscid, futbol meydançası, poçt, ATS vardır.[1]

Tarixi abidələri[redaktə | mənbəni redaktə et]

Kənd XIX əsrdə tikilmiş məscid vardır.[1]

Din[redaktə | mənbəni redaktə et]

Kənddə Uzuntala kənd məscidi dini icması fəaliyyət göstərir[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 Zaqatala Rayon İcra Hakimiyyəti: İcra hakimiyyəti—>Bələdiyyələr—>Uzuntala bələdiyyəsi [ölü keçid]
  2. MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)