UEFA Avropa Liqası 2

Wikipedia open wikipedia design.

UEFA Avropa Liqası 2
Açılış ili 2021
Komandaların sayı 32 (qrup mərhələsi)
176 (ümumi)

UEFA Avropa Liqası 2 (ing. UEFA Europa League 2) — UEFA-nın təşkil etdiyi üçüncü klub turniri.[1]

Turnirin formatı[redaktə | əsas redaktə]

UEL2 adlanan yeni turnir Çempionlar LiqasıUEFA Avropa Liqasındakı sxemlə keçiriləcək.[2]

Qrup mərhələsində 32 komanda mübarizə aparacaq.[2] Onlar hər birində 4 komanda olmaqla, 8 qrupa bölünəcəklər. Daha sonra 1/8 final, 1/4 final, yarımfinal və final olacaq.[2] 1/8 final öncəsi əlavə pley-off matçları keçiriləcək.[2] Həmin oyunlarda UEL2 qruplarında 2-ci yeri tutmuş klublarla Avropa Liqası qruplarının 3-cü yer sahibləri qarşılaşacaqlar.[2]

Yeni turnir Avropa Liqasındakı kimi, 15 oyun günü ərzində 141 qarşılaşmanı nəzərdə tutur.[2] UEL2-nin qalibi növbəti mövsümün Avropa Liqasına vəsiqə qazanacaq. Oyunlar həftənin 4-cü günləri keçiriləcək. Beləliklə, Çempionlar Liqasının görüşləri 2-3-cü, Avropa Liqası və yeni turnirin matçları 4-cü günlərə təsadüf edəcək.[2] Bütün klub turnirlərinin final oyunları eyni həftədə - çərşənbə (yeni turnir), cümə axşamı (Avropa Liqası) və şənbə (Çempionlar Liqası) günləri keçiriləcək.[2]

Yeni turnir qrup mərhələsində azı 34 (hazırda minimum 26-dır) milli assosiasiyanın avrokuboklarda təmsil olunmasını təmin edəcək və bütün ölkələrin klublarına açıq olacaq.[2] Bütün assosiasiyalar indiki say kvotalarını saxlayacaqlar.[2]

2021 - 2024 tsiklində Avropa Liqası formatı yeni turnirin formatına uyğunlaşdırılacaq. 1/8 final öncəsi əlavə pley-off raundu tətbiq olunacaq.[2] Burada Avropa Liqası qruplarının ikinci yer sahibləri ilə Çempionlar Liqası qruplarının üçüncüləri qarşılaşacaqlar. Çempionlar Liqası formatı və seçim sxemi dəyişikliyə məruz qalmayacaq.[2]

İstinadlar[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek