UEFA Avro 1996

UEFA Avro 1996
51°33′02″ şm. e. 0°16′28″ q. u.
Yarış məlumatları
Ev sahibi İngiltərə İngiltərə
Tarix 8-30 iyun 1992
Başlama tarixi 8 iyun 1996
Bitmə tarixi 30 iyun 1996
Komanda sayı 16
Stadion sayı Uembli (London), Old Trafford (Mançester), Enfild (Liverpul), Villa Park (Birminhem), Elland Roud (Lids), Hillsboro (Şeffild), Sent-Ceyms Park (Nyukasl), Siti Qraund (Nottingem)
Yekun nəticəsi
Çempion  Almaniya
İkinci  Çexiya
Üçüncü yer  İngiltərə
 Fransa
Yarış statistikası
Oyun sayı 31
Qol sayı 64 (matç başına: 2.06)
Tamaşaçı sayı 1275857 matç başına: 41157
Mükafat sahibləri
Bombardir(lər) İngiltərə Alan Şirer (5 qol)
Ən yaxşı oyunçu Almaniya Matias Zammer
1992
2000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbol üzrə 10-cu Avropa çempionatı (ing. 1996 UEFA European Football Championship) — final turniri 1996-cı il 8-30 iyun tarixində İngiltərənin səkkis şəhərində keçirilən futbol yarışı.

İlk dəfə 10-cu Avropa çempionatının final mərhələsində 16 komanda iştirak etmişdir. Komandalar qələbəyə görə 2 yox, 3 xal qazanmışlar. Həmçinin ilk dəfə "qızıl qol" qaydası tətbiq edilməyə başlanmışdır.

Oyunların sayının artması azarkeşlərinin sayına da təsir etmişdir. Bu çempionat azarkeş sayına görə bu gün də 3-cü yerdə durur (1 milyon 275 min azarkeş). İlk iki yeri isə 2016-cı il və 2012-ci ilin çempionatları tutur.

Çempionatın qalibi finalda Çexiyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Almaniya yığması olmuşdur. Avropa çempionatları tarixində ilk "qızıl qol"u Oliver Birhoff vurmuşdur. Bu, Almaniya yığmasının Avropa çempionatları tarixində üçüncü uğuru idi.

Çempionatın rəsmi himni Simple Red qrupunun "We're in This Together" mahnısı olmuşdur. We're in This TogetherYouTube

Qısa xülasə[redaktə | mənbəni redaktə et]

  • A qrupunda çempionatın açılış oyununda İngiltərə İsveçrə ilə 1 : 1 hesabı ilə heç-heçə oynadı.[1] Növbəti turda Şotlandiya və Niderlandı məğlub edən ingilislər qrupda birinci yeri tutdu.[2] İngiltərə ilə oyunda oyunun sonlarında Partik Klyuvertin vurduğu qol top fərqinə görə Niderlandı ikinci yerin sahibi etdi. Şotlandiya və İsveçrə turnirlə vidalaşmalı oldu.[3]
  • B qrupunda Fransa və İspaniya ilk iki yeri bölüşdü.[4][5] Baxmarayaraq ki, qrupda son Dünya çempionatının yarımfinalçısı Bolqarıstan da var idi. Xristo Stoiçkovun hər 3 görüşdə fərqlənməsi komandasına kömək olmadı.[6]
  • C qrupunda gözlənilmədən son Dünya çempionatının finalçısı İtaliya yığması[7] Çexiyaya uduzdu və qrupun son matçında Almaniya ilə heç-heçə oynayaraq çempionatla vidalaşdı.[8][9] Almaniya qrupda birinci, Rusiya isə sonuncu yeri tutdu.
  • D qrupunda son Avropa çempionu Danimarka Xorvatiya və Portuqaliya ilə mübarizədə 3-cü oldu və çempionatı tərk etdi.[10] Türkiyə yığması isə Avropa çempionatlarında qrup sistemi tətbiq olunandan bəri qol vurmayan ilk komanda kimi tarixə düşdü.
  • Play-off mərhələsi daha çox müdafiəmeyilli oyunlarla yadda qaldı. Bunun nəticəsi kimi 7 oyunda cəmi 9 qol vuruldu və oyunlardan 4-nün qalibi oyunsonrası penaltilərlə müəyyən edildi. Birinci yarımfinalda ev sahibi İngiltərə İspaniya ilə qarşılaşdı. Oyun ərzində iki qolu sayılmayan İspaniya oyunsonrası penaltilərdə 2 : 4 hesabı ilə uduzdu.[11] Fransa-Niderland oyunu da 0 : 0 hasabı ilə bitdi, penaltilərdə fransızlar 5 : 4 üstün oldular. Almaniya Xorvatiyanı 2 : 1 hesabı ilə məğlub etdi. Çexiya isə Portuqaliyanın "qızıl nəsli"ni 1 : 0 hesabı ilə məğlub edərək evə əliboş yola saldı.[12]
  • İlk yarımfinalda yenə də 0 : 0 hesabı qeydə alındı. Bu dəfə Fransa və Çexiya yığmaları güclünü penaltilərlə təyin etdilər. Reynald Pedrosun pentaltini qaçırması ilə Çexiya 6 : 5 hesabı ilə qalib gələrək finala vəsiqə qazandı. İkinci yarımfinalda 1990 Dünya çempionatında da bu mərhələdə qarşılaşan Almaniya və İngiltərə üz-üzə gəldi. Şirer və Kuntzun qolları ilə oyun penaltilərə qədər uzandı. Qaret Sautgeytin zərbəsini Köpke dəf etdi, Möller isə dəqiq oldu.
  • Finalda Çexiya və Almaniya milliləri üz-üzə gəldi. Çexiya millisi 1976-cı ilin Avropa çempionatındakı kimi qalib gəlməyi düşünürdü. Hesabı da onlar açdılar. Berger 59-cu dəqiqədə komandasını irəli çıxardı. Lakin Oliver Birhoff həm hesabı bərabərləşdirdi, həm də əlavə vaxtda "qızıl qol" vuraraq komandasına kuboku qazandırdı.

Seçmə mərhələsi oyunları[redaktə | mənbəni redaktə et]

30 noyabr 1992-ci ildə UEFA növbəti Avropa çempionatında 8 yox, 16 komanda iştirak edəcəyinə qərar verdi.[13] Buna təsir edən əsas səbəblərdən biri Avropanın xəritəsində SSRİ və Yuqoslaviyanın parçalanması nəticəsində yeni dövlətlərin yaranması idi. 47 yığma 15 yer uğrunda mübarizəyə qoşulacaqdı.

Seçmə mərhələnin püşkatması 22 yanvar 1994-cü ildə Mançester şəhərində keçirildi.[14] Komandalar 5-6 komanda olmaqla 8 qrupa bölüşdürüldü. Oyunlar 1994-cü ilin aprelində başlandı və 1995-ci ilin dekabrında yekunlaşdı.[15] Qrupa ilk yeri tutanlar və 2-ci yeri tutmuş 6 komanda final mərhələsinə birbaşa vəsiqə qazanırdı. İkinci yeri tutmuş aşağı reytinqli iki komanda isə pley-off oyunları oynamalı idi.

1-ci qrup 2-ci qrup 3-cü qrup 4-cü qrup
5-ci qrup 6-cı qrup 7-ci qrup 8-ci qrup

Püşkatma[redaktə | mənbəni redaktə et]

Final mərhələsinin püşkatması 17 dekabr 1995-ci ildə Birminhemin Beynəlxalq Sərgi Mərkəzində keçirilmişdir.[16][17] Yalnız 4 komanda 1-ci səbət olaraq təyin edilmişdi: ev sahibi İngiltərə, kubokun son qalibi Danimarka, Almaniya və İspaniya. Digər komandalar səbətə bölünməmişdilər, istənilən qrupa düşə bilərdilər.

Səpələnmiş Səpələnməmiş

Püşkatmanın nəticələri:

A qrupu
Sıra Komanda
A1  İngiltərə
A2   İsveçrə
A3  Niderland
A4  Şotlandiya
B qrupu
Sıra Komanda
B1  İspaniya
B2  Bolqarıstan
B3  Rumıniya
B4  Fransa
C qrupu
Sıra Komanda
C1  Almaniya
C2  Çexiya
C3  İtaliya
C4  Rusiya
D qrupu
Sıra Komanda
D1  Danimarka
D2  Portuqaliya
D3  Türkiyə
D4  Xorvatiya

Şəhərlər və stadionlar[redaktə | mənbəni redaktə et]

1990-cu ildə yayımlanan Teylorun Hesabatından (1989-cu ildə baş vermiş Hillsboro faciəsindən sonra Lord Telor tərəfindən azarkeşlərin stadionlardakı təhlükəsizliyinin qorunması haqqında hesabat) sonra İngiltərədə bütün stadionlarda ancaq oturacaları olan sistemə keçid etməyə başladı. Turnirə isə ölkənin aparıcı klublarının bu sistemə uyğunlaşdırılmış stadionları seçilmişdir.

London Mançester
Uembli Old Trafford
Tutumu: 76 567 Tutumu: 55 000
Liverpul Birminhem
Anfild Villa Park
Tutumu: 42 730 Tutumu: 40 310
Lids Şeffild Nottingem Nyukasl
Elland Roud Hillsboro Siti Qround Sent-Ceyms Park
Tutumu: 40 204 Tutumu: 39 859 Tutumu: 30 539 Tutumu: 36 649

Hakimlər[redaktə | mənbəni redaktə et]

Ölkə Hakim Yan hakimlər 4-cü hakim
Avstriya Gerd Qrabher Eqon Bereuter Manfred Zeyszer Günter Benko
Belarus Vadim Juk Yuri Dupanov Aleh Çikun Kazimir Znaydinski
Belçika Gi Götals Mark Van den Brok Stani Op de Bik Mişel Piro
Bolqarıstan Atanas Uzunov İvan Lekov Yordan Yordanov Stefan Ormandijev
Çexiya Vatslav Krondl Milan Brabets Otakar Draştik Jiri Ulrix
Danimarka Piter Mikkelsen
Kim Milton Nilsen
Yens Larsen
Karl-Yohan Kristensen Mayer
Henninq Knudsen
Torben Sirsen
Knud Erik Fisker
Lars Gerner
İngiltərə Devid Ellerey
Dermot Qallaxer
Entoni Beyts
Fil Coslin
Piter Uolton
Mark Uorren
Pol Darkin
Stiven Lodc
Fransa Mark Batta Pyer Ufrasi Jak Mas Alan Sars
Almaniya Hellmut Kruq
Bernd Heynemann
Klaus Plettenberq
Hans Volf
Eqbert Enqler
Harald Zater
Hermann Allbrext
Hartmur Ştrampe
Macarıstan Şandor Pul Laslo Hamar İmre Bozoki Şandor Piller
İtaliya Pyerluici Payretto
Pyero Çekkarini
Donato Nikoletti
Enriko Preziosi
Tulio Manfredini
Fabrisio Zanforlin
Marsello Nikki
Alfredo Trentalanj
Niderland Mario van der Ende Yan Dolstra Berend Talens Rene Temmink
Rusiya Nikolay Levnikov Sergey Fursa Sergey Fransuzov Sergey Xusainov
Şotlandiya Lesli Mottrem Robert Or Con Fleminq Hyu Dallas
İspaniya Manuel Dias Veqa
Antonio Xesus Lopes
Xoakin Olmos Qonsales
Viktoriano Giraldes Karrasko
Fernando Tresako Qrasia
Manuel Lopes Fernandes
Xoe Maria Qarsiya-Aranda
Xuan Ansuatequ Roka
İsveç Anders Frisk
Leyf Sandell
Mikael Nilsson
Kennet Petersson
Sten Samuelsson
Mikael Hansson
Karl-Erik Nilson
Morqan Norman
İsveçrə Serj Muhmenhaler Ernst Felder Martin Freyburqhaus Urs Mayer
Türkiyə Ahmet Çakar Akif Uğurdur Turgay Güdü Oğuz Sarvan

Komandaların heyətləri[redaktə | mənbəni redaktə et]

Final turniri[redaktə | mənbəni redaktə et]

A qrupu[redaktə | mənbəni redaktə et]

Komanda O Q B M Q.v Q.b Xallar
 İngiltərə 3 2 1 0 7 2 7
 Niderland 3 1 1 1 3 4 4
 Şotlandiya 3 1 1 1 1 2 4
  İsveçrə 3 0 1 2 1 4 1
08 iyun 1996
15:00 UTC+1
 İngiltərə 1 : 1
Hesabat
  İsveçrə
Alan Şirer Qol 23' Qollar Kubilay Türkyılmaz Qol 83' (pen.)
Uembli, London
Tamaşaçı: 76 567
Hakim: İspaniya Manuel Diaz Veqa

10 iyun 1996
16:30 UTC+1
 Niderland 0 : 0
Hesabat
 Şotlandiya
Villa Park, Birminhem
Tamaşaçı: 34 363
Hakim: İsveç Leyf Sandell

13 iyun 1996
19:30 UTC+1
  İsveçrə 0 : 2
Hesabat
 Niderland
Qollar Yordi Kroyff Qol 66'
Dennis Berqkamp Qol 79'
Villa Park, Birminhem
Tamaşaçı: 36 800
Hakim: Bolqarıstan Atanas Uzunov

9 iyun 1996
14:30 UTC+1
 Şotlandiya 0 : 2
Hesabat
 İngiltərə
Qollar Alan Şirer Qol 53'
Pol Qaskoyn Qol 79'
Uembli, London
Tamaşaçı: 76 864
Hakim: İtaliya Pyerluici Payretto

18 iyun 1996
19:30 UTC+1
 Şotlandiya 1 : 0
Hesabat
  İsveçrə
Alli Makkoyst Qol 36' Qollar
Villa Park, Birminhem
Tamaşaçı: 34 926
Hakim: Çexiya Vatslav Krondl

18 iyun 1996
19:30 UTC+1
 Niderland 1 : 4
Hesabat
 İngiltərə
Patrik Klüvert Qol 78' Qollar Alan Şirer Qol 78' (pen.)57'
Teddi Şerringem Qol 51'62'
Uembli, London
Tamaşaçı: 76 798
Hakim: Avstriya Gerd Qrabher

B qrupu[redaktə | mənbəni redaktə et]

Komanda O Q B M Q.v Q.b Xallar
 Fransa 3 2 1 0 5 2 7
 İspaniya 3 1 2 0 4 3 5
 Bolqarıstan 3 1 1 1 3 4 4
 Rumıniya 3 0 0 3 1 4 0
8 iyun 1996
15:00 UTC+1
 İspaniya 1 : 1
Hesabat
 Bolqarıstan
Alfonso Peres Munyos Qol 74' Qollar Xristo Stoiçkov Qol 65' (pen.)
Elland Roud, Lids
Tamaşaçı: 24 006
Hakim: İtaliya Pyero Çekkarini

10 iyun 1996
19:30 UTC+1
 Rumıniya 0 : 1
Hesabat
 Fransa
Qollar Kristof Düqarri Qol 25'
Sent-Ceyms Park, Nyukasl
Tamaşaçı: 26 323
Hakim: Almaniya Helmut Kruq

13 iyun 1996
16:30 UTC+1
 Bolqarıstan 1 : 0
Hesabat
 Rumıniya
Xristo Stoiçkov Qol 3' Qollar
Sent-Ceyms Park, Nyukasl
Tamaşaçı: 19 107
Hakim: Danimarka Peter Mikkelsen

15 iyun 1996
18:00 UTC+1
 Fransa 1 : 1
Hesabat
 İspaniya
Yuri Corkayeff Qol 48' Qollar Xose Luis Kaminero Qol 85'
Elland Roud, Lids
Tamaşaçı: 35 626
Hakim: Belarus Vadim Juk

18 iyun 1996
16:30 UTC+1
 Fransa 3 : 1
Hesabat
 Bolqarıstan
Loran Blan Qol 21'
Lüboslav Penev Qol 63' (avt.q)
Patris Loko Qol 90'
Qollar Xristo Stoiçkov Qol 69'
Sent-Ceyms Park, Nyukasl
Tamaşaçı: 26 976
Hakim: İngiltərə Dermot Qallaher

18 iyun 1996
16:30 UTC+1
 Rumıniya 1 : 2
Hesabat
 İspaniya
Florin Rodiçoyu Qol 29' Qollar Xavyer Manharin Pereda Qol 11'
Gilyerme Amor Martines Qol 84'
Elland Roud, Lids
Tamaşaçı: 32 719
Hakim: Türkiyə Ahmet Çakar

C qrupu[redaktə | mənbəni redaktə et]

Komanda O Q B M Q.v Q.b Xallar
 Almaniya 3 2 1 0 5 0 7
 Çexiya 3 1 1 1 5 6 4
 İtaliya 3 1 1 1 3 3 4
 Rusiya 3 0 1 2 4 8 1
09 iyun 1996
17:00 UTC+1
 Almaniya 2 : 0
Hesabat
 Çexiya
Kristian SigeQol 26'
Andreas Möller Qol 32'
Qollar
Old Trafford, Mançester
Tamaşaçı: 37 300
Hakim: İngiltərə Devid Ellrey

11 iyun 1996
16:30 UTC+1
 İtaliya 2 : 1
Hesabat
 Rusiya
Pyerluici KaziragiQol 2' (52) Qollar İlya Sımbalar Qol 21'
Enfild, Liverpul
Tamaşaçı: 35 120
Hakim: Şotlandiya Lesli Mottrem

14 iyun 1996
19:30 UTC+1
 Çexiya 2 : 1
Hesabat
 İtaliya
Pavel Nedved Qol 5'
Radek Beybl Qol 35'
Qollar Enriko Kyeza Qol 18'
Enfild, Liverpul
Tamaşaçı: 37 320
Hakim: İspaniya Antonio Lopes Nyeto

16 iyun 1996
15:00 UTC+1
 Rusiya 0 : 3
Hesabat
 Almaniya
Qollar Mattias Zammer Qol 56'
Yürgen Klinsmann Qol 77'90'
Old Trafford, Mançester
Tamaşaçı: 50 760
Hakim: Danimarka Kim Milton Nilsen

19 iyun 1996
19:30 UTC+1
 Rusiya 3 : 3
Hesabat
 Çexiya
Aleksandr Mostovoy Qol 49'
Omari Tetradze Qol 54'
Vladimir BesçastnıxQol 85'
Qollar Yan Suxoparek Qol 5'
Pavel Kuka Qol 19'
Vladimir SmitserQol 88'
Enfild, Liverpul
Tamaşaçı: 21 128
Hakim: İsveç Anders Frisk

19 iyun 1996
19:30 UTC+1
 İtaliya 0 : 0
Hesabat
 Almaniya
Old Trafford, Mançester
Tamaşaçı: 53 740
Hakim: Belçika Gi Götals

D qrupu[redaktə | mənbəni redaktə et]

Komanda O Q B M Q.v Q.b Xallar
 Portuqaliya 3 2 1 0 5 1 7
 Xorvatiya 3 2 0 4 3 6 6
 Danimarka 3 1 1 1 4 4 4
 Türkiyə 3 0 0 3 0 5 0
9 iyun 1996
19:30 UTC+1
 Danimarka 1 : 1
Hesabat
 Portuqaliya
Brayan Laudrup Qol 22' Qollar Rikardu Sa Pintu Qol 53'
Hillsboro, Şeffild
Tamaşaçı: 34 993
Hakim: Niderland Mario van der Ende

11 iyun 1996
19:30 UTC+1
 Türkiyə 0 : 1
Hesabat
 Xorvatiya
Qollar Qoran Vlaoviç Qol 86'
Siti Qraund, Nottingem
Tamaşaçı: 22 460
Hakim: İsveçrə Serj Mumenthaler

14 iyun 1996
16:30 UTC+1
 Portuqaliya 1 : 0
Hesabat
 Türkiyə
Fernandu Koutu Qol 66' Qollar
Siti Qraund, Nottingem
Tamaşaçı: 22 670
Hakim: Macarıstan Şandor Pul

16 iyun 1996
18:00 UTC+1
 Xorvatiya 3 : 0
Hesabat
 Danimarka
Davor Şuker Qol 54' (pen.)90'
Zvonimir Boban Qol 81'
Qollar Qol 83' (pen.)
Hillsboro, Şeffild
Tamaşaçı: 33 671
Hakim: Fransa Mark Batta

19 iyun 1996
16:30 UTC+1
 Xorvatiya 0 : 3
Hesabat
 Portuqaliya
Qollar Luiş Fiqu Qol 54'
Juan V.Pintu Qol 33'
Dominquş Pasiyensa Qol 82'
Siti Qraund, Nottingem
Tamaşaçı: 20 484
Hakim: Almaniya Bernd Haynemann

19 iyun 1996
16:30 UTC+1
 Türkiyə 0 : 3
Hesabat
 Danimarka
Qollar Brayan Laudrup Qol 50'84'
Allan Nilsen Qol 69'
Hillsboro, Şeffild
Tamaşaçı: 28 951
Hakim: Rusiya Nikolay Levnikov

Pley-off mərhələsi[redaktə | mənbəni redaktə et]

 
1/4 final1/2 finalFinal
 
          
 
22 iyun – Liverpul
 
 
 Fransa (pen.)0 (5)
 
26 iyun – Mançester
 
 Niderland0 (4)
 
 Fransa (pen.)0 (5)
 
23 iyun – Birminhem
 
 Çexiya0 (6)
 
 Çexiya1
 
30 İyun – London
 
 Portuqaliya0
 
 Çexiya 1
 
23 iyun – Mançester
 
 Almaniya2(ə.v.)
 
 Almaniya2
 
26 iyun – London
 
 Xorvatiya1
 
 Almaniya (pen.)0 (6)
 
22 iyun – London
 
 İngiltərə0 (5)
 
 İspaniya (pen.)0 (2)
 
 
 İngiltərə0 (4)
 

1/4 final[redaktə | mənbəni redaktə et]

22 iyun 1996
15:00 UTC+1
İngiltərə  0 : 0
ə.v., 11 m. 4 : 2
Hesabat
 İspaniya
Şirer Vurulub
Platt Vurulub
Pirs Vurulub
Qaskoyn Vurulub
11 metrlik cərimə zərbələri Qaçan penalti Yerro
Vurulub Amor
Vurulub Belsue
Qaçan penalti Nadal
Uembli, London
Tamaşaçı: 75 440
Hakim: Fransa Mark Batta

22 iyun 1996
18:30 UTC+1
Niderland  0 : 0
ə.v., 11 m. 4 : 5
Hesabat
 Fransa
De Kok Vurulub
De Bur Vurulub
Klüyvert Vurulub
Zeedorf Qaçan penalti
Blind Vurulub
11 metrlik cərimə zərbələri Vurulub Zidan
Vurulub Corkayeff
Vurulub Lizarazyu
Vurulub Geren
Vurulub Blan
Enfild, Liverpul
Tamaşaçı: 37 465
Hakim: İspaniya Antonio Lopes Nyeto

23 iyun 1996
15:00 UTC+1
Almaniya  2 : 1 (1 : 0)
Hesabat
 Xorvatiya
Klinsmann Qol 20' (pen.)
Zammer Qol 59'
Qollar Qol 51' Şuker
Old Trafford, Mançester
Tamaşaçı: 43 412
Hakim: İsveç Leyf Sandell

23 iyun 1996
18:30 UTC+1
 Çexiya 1 : 0 (0 : 0)
Hesabat
 Portuqaliya
Poborski Qol 53' Qollar
Villa Park, Birminhem
Tamaşaçı: 26 832
Hakim: Almaniya Helmut Kruq

1/2 final[redaktə | mənbəni redaktə et]

26 iyun 1996
16:00 UTC+1
Fransa  0 : 0
ə.v., 11 m. 5 : 6
Hesabat
 Çexiya
Zidan Vurulub
Corkayeff Vurulub
Lizarazyu Vurulub
Geren Vurulub
Blan Vurulub
Pedros Qaçan penalti
11 metrlik cərimə zərbələri Vurulub Kubik
Vurulub Nedved
Vurulub Berger
Vurulub Poborski
Vurulub Rada
Vurulub Kadlets
Old Trafford, Mançester
Tamaşaçı: 43 877
Hakim: Şotlandiya Lesli Mottrem

26 iyun 1996
19:30 UTC+1
İngiltərə  1 : 1 (1 : 1, 1 : 1)
ə.v., 11 m. 5:6
Hesabat
 Almaniya
Şirer Qol 3' Qollar Kunts Qol 16'
Şirer Vurulub
Platt Vurulub
Pirs Vurulub
Qaskoyn Vurulub
Şeringem Vurulub
Sautgeyt Qaçan penalti
11 metrlik cərimə zərbələri Vurulub Hessler
Vurulub Ştruns
Vurulub Röyter
Vurulub Siqe
Vurulub Kunts
Vurulub Möller
Uembli, London
Tamaşaçı: 75 862
Hakim: Macarıstan Şandor Pul

Final[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: UEFA Avro 1996 finalı
30 iyun 1996
19:00 UTC+1
Almaniya  2 : 1 (0 : 0, 1 : 1)
ə.v.
Hesabat
 Çexiya
Birhoff Qol 73' Qızıl qol: dəqiqə 95 95' Qollar Berger Qol 59' (pen.)
Uembli, London
Tamaşaçı: 73 611 [18]
Hakim: İtaliya Pyerluici Payretto
Çexiya
Almaniya
GK 1 Petr Kouba
SW 5 Miroslav Kadleç (k)
CB 15 Mixal Hornak Booked in the 47-ci minute 47'
CB 3 Yan Suxoparek
CM 4 Pavel Nedved
CM 13 Radek Beybl
CM 19 Karel Rada
RW 8 Karel Poborski 88-ci dəqiqədə əvəz olunub 88'
AM 14 Patrik Berger
LW 7 Jiri Nemeç
CF 9 Pavel Kuka
Əvəzetmələr:
FW 17 Vladimir Smiçer 88-ci dəqiqədə əvəzetmədən daxil olub 88'
Baş məşqçi:
Duşan Uhrin
GK 1 Andreas Köpke
SW 6 Matias Zammer Booked in the 69-cu minute 69'
CB 14 Markus Babbel
CB 5 Tomas Helmer Booked in the 63-cü minute 63'
RWB 19 Tomas Strunz
LWB 17 Kristian Zige Booked in the 91-ci minute 91'
DM 21 Diter Eilts 46-cı dəqiqədə əvəz olunub 46'
CM 8 Mehmet Şöll 69-cu dəqiqədə əvəz olunub 69'
CM 10 Tomas Hasler
CF 18 Yürgen Klinsmann (c)
CF 11 Stefan Kuntz
Əvəzetmələr:
MF 3 Marko Bode 46-cı dəqiqədə əvəzetmədən daxil olub 46'
FW 20 Oliver Birhoff 69-cu dəqiqədə əvəzetmədən daxil olub 69'
Baş məşqçi:
Berti Foqts
Avropa çempionu
1996
 Almaniya
Üçüncü titul

Bombardirlər[redaktə | mənbəni redaktə et]

5 top

3 top

2 top

Statistika[redaktə | mənbəni redaktə et]

Simvolik yığma komanda[redaktə | mənbəni redaktə et]

  • Q İngiltərə Devid Simen
  • Q Almaniya Andreas Köpke
  • M Çexiya Radoslav Latal
  • M Fransa Loran Blan
  • M Fransa Marsel Desai
  • M Almaniya Matias Zammer
  • M İtaliya Paolo Maldini
  • Ym Çexiya Karel Poborski
  • Ym İngiltərə Pol Qaskoyn
  • Ym İngiltərə Stiv MakManaman
  • Ym Fransa Didye Deşam
  • Ym Almaniya Diter Aylts
  • Ym Portuqaliya Rui Koşta
  • H Bolqarıstan Xristo Stoiçkov
  • H Xorvatiya Davor Şuker
  • H Çexiya Pavel Kuka
  • H İngiltərə Alan Şirer
  • H Fransa Yuri Corkayeff

Qızıl Buts sahibi[redaktə | mənbəni redaktə et]

Turnirin oyunçusu[redaktə | mənbəni redaktə et]

Terror hadisəsi[redaktə | mənbəni redaktə et]

Old Trafford-da keçiriləcək C qrupunun Almaniya - Rusiya oyunundan bir gün əvvəl, yəni 15 iyunda Mançesterin mərkəzində bomba olan maşın partladıldı.[20] Hadisə nəticəsində ölən olmasa da, 212 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, sığortacıların hesablamalarına görə 700 milyon funt strelinqli zərər əmələ gəlmişdir.

Hadisədən 5 gün sonra Müvəqqəti İrlandiya Respublikası Ordusu (IRA) hadisənin onlar tərəfindən hazırlandığını, mülki şəxslərin xəsarət almasına görə üzüldüklərini bildirdilər.[21]

UEFA Avro 1996 Azərbaycan markalarında[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ridley, Ian. "Shearer bliss, sheer agony". The Independent. Independent Print. 9 iyun 1996. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
  2. Moore, Glenn. "England's night of rapture". The Independent. Independent Print. 19 iyun 1996. 2020-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
  3. "Kluivert's late strike sinks Scotland". The Independent. Independent Print. 19 iyun 1996. 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
  4. Hodgson, Guy. "Dugarry makes the difference". The Independent. Independent Print. 11 iyun 1996. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
  5. Hodgson, Guy. "Euro '96: Clemente short of firepower". The Independent. Independent Print. 17 iyun 1996. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
  6. Culley, Jon. "Spanish eyes are smiling for Amor". The Independent. Independent Print. 19 iyun 1996. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
  7. Moore, Glenn. "Passion play not enough to save Italy". The Independent. Independent Print. 20 iyun 1996. 2019-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
  8. Hodgson, Guy. "Italians left on the brink of disaster". The Independent. Independent Print. 15 iyun 1996. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
  9. Shaw, Phil. "Smicer strike takes Czechs through". The Independent. Independent Print. 20 iyun 1996. 2017-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
  10. Shaw, Phil. "Euro '96: Suker sinks Denmark". The Independent. Independent Print. 17 iyun 1996. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
  11. Brewin, John. "Euro '96". ESPNSoccernet. 1 may 2008. 16 October 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2012.
  12. Metcalf, Rupert. "Poborsky rides Euro express". The Independent. Independent Print. 25 iyun 1996. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2012.
  13. Jones, Stuart. "UEFA has change of heart". The Times. London. 1 dekabr 1992.
  14. Hughes, Rob. "Manchester's grief puts draw under cloud". The Times. London. 22 yanvar 1994.
  15. Hughes, Rob. "Comfort for England in playing host to Europe". The Times. London. 24 yanvar 1994.
  16. "Big names thrown in deep end". New Straits Times. 14 dekabr 1999. səh. 44. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2013.
  17. "EURO 2000™ final tournament draw". UEFA.com. Union of European Football Associations. 29 fevral 2000 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2016.
  18. Jones, Ken. "Vogts' triumph over adversity". The Independent. Independent Print. 1 iyul 1996. 2019-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyun 2012.
  19. 19,0 19,1 "UEFA Euro 2008 Information" (PDF). UEFA. səh. 88. 18 October 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 June 2008.
  20. "IRA's message in blood". The Independent. London. 16 June 1996. 10 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2020.
  21. "IRA apologises to bomb victims". The Independent. London. 20 June 1996. 1 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 May 2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]