Tunc

Wikipedia open wikipedia design.

Tuncdan olan Azadlıq heykəli

Tunc - misin qalay, alüminium, berillium və digər kimyəvi elementlərlə ərintisi. Tuncda sink ya tamamilə olmur, ya da onda əsas legirləyici element kimi işlədilir. Misin sinklə ərintisinə bürünc deyilir. Qalaylı (əsas legirləyici elementi qalay olan) və qalaysız (xüsusi) tunclar var. Qalaysız tunclar ikili (alüminiumlu, berilliumlu, kadmiumlu və s.) və çox komponentli olur. Deformasiya edilən və tökmə tunclara ayrılır. Yüksək antikorroziya və antifriksion xassələri, plastikliyi, möhkəmliyini çox olması və bərkliyi ilə seçilir. Qalaylı tuncdan buxar-su armaturu, podşipnik (yataq), oymaq, bədii məmulat və s., qalaysız tuncdan isə kimyəvi aktiv mühitdə, yüksək temperaturda və s. şəraitdə işlədilən məmulatlar hazırlanır.

Vikianbarda Tunc ilə əlaqəli mediafayllar var.



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek