Tomas Alva Edison

Wikipedia open wikipedia design.

Tomas Edison
ing. Thomas Alva Edison[1]
ing. Thomas Edison
Thomas Edison2.jpg
Doğum tarixi 11 fevral 1847(1847-02-11)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 18 oktyabr 1931(1931-10-18)[5][2][…] (84 yaşında)
Vəfat yeri
Vəfat səbəbi şəkərli diabet[1]
Dəfn yeri
  • Thomas Edison National Historical Park[d]
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti lighting designer[d], mühəndis, ixtiraçı, riyaziyyatçı, sahibkar, ssenarist, biznesmen[d]
Fəaliyyət illəri 1877
İmza
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar
 (ing.) A Day with Thomas Edison (1922)

Tomas Alva Edison (11 fevral 1847(1847-02-11)[2][3][…], Milan[d], Ohayo, ABŞ[1]18 oktyabr 1931(1931-10-18)[5][2][…], West Orange[d], Nyu Cersi, ABŞ[5][1]) — dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar.

Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır.

Həyatı[redaktə | əsas redaktə]

Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".

Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır.

Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.

Heç bir insan həyatında Edison qədər patent almamışdır.

85 yaşında axır saatlarında o öz həyat yoldaşına demişdi: "Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım..."

Edisonun Menlo Park laboratoriyası Dearbornda Henri Ford Muzeyində nümayış etdirilir

Şəxsi keyfiyyətləri[redaktə | əsas redaktə]

Edison zəhmətkeşliyi və məqsədyönlülüyü ilə fərqlənirdi. Elektrik lampası üçün daxili xətti material axtararkən o, 6 min materialı sınaqdan keçirmişdir. Lampanın kömür zəncirinin xarakteristikasını tərtib edərkən o 45 saat laboratoriyada fasiləsiz işləmişdi. Ömrünün axır günlərinə qədər o gündə 15-16 saat işləyirdi.[6]

Edisonun birinci elektrik lampası Menlo Parkda nümayiş etdirilir (1879, dekabr)

Nikola Tesla məşhur Amerika ixtiraçısı onun haqqında deyirdi:

Əgər Edison ot tayasında iynə itirsəydi mütləq iynəni tapana qədər samanları tək-tək götürüb kənara qoyacaqdı[7]

.

Edisonun məşhur deyimləri[redaktə | əsas redaktə]

  • Dahi – bir faiz ilham, 99 faiz isə alın təridir.
  • Narahatçılıq — razı qalmamaqdır. Razı qalmamaq isə tərəqqinin birinci şərtidir. Mənə tam razı qalan adam göstərin və mən isbat edim ki, o uğursuz adamdır.
  • Sivilizasiyanın birinci vəzifəsi insanı düşünməyi öyrətməkdir.
  • Mən vegeterianam və içki içmirəm, ona görə də ağlımı işlətməyin yolunu tapıram.
  • Mən məğlubiyyəti sevmirəm.
Tomas Edison fonoqrafın ilk variantı ilə

Tomas Edisonun İxtiraları[redaktə | əsas redaktə]

Mənbə[redaktə | əsas redaktə]

  1. 1 2 3 4 5 6 7 https://www.biography.com/people/thomas-edison-9284349
  2. 1 2 3 4 BnF identifikatoru: açıq data platforma — 2011.
  3. 1 2 3 4 SNAC — 2010.
  4. 1 2 Find a Grave — 1995. — ed. size: 165000000
  5. 1 2 3 4 Цверава Г. К. Эдисон Томас Алва // Большая советская энциклопедия: [в 30 т.] / под ред. А. М. Прохорова — 3-е изд. — М.: Советская энциклопедия, 1978. — Т. 29 : Чаган — Экс-ле-Бен. — С. 566–567.
  6. Tomas Alva Edison
  7. Tomas Alva Edison, Məşhurların psixologiyası, Vladimor Qakov

Xarici keçidlər[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]

Vikianbarda Tomas Alva Edison ilə əlaqəli mediafayllar var.

Vikisitatda Tomas Alva Edison ilə əlaqəli məlumatlar var.



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek