Tofiq Cavadov

Tofiq Cavadov
Tofiq Cavadov.1925-1963.jpg
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Moskva, RSFSR, SSRİ
Vəfat səbəbi dəmiryolu hadisəsi
Fəaliyyəti rəssam
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Janrı peyzaj, natürmort, portret

Tofiq Mirhaşım oğlu Cavadov (Mircavadov) (7 fevral 1925(1925-02-07), Bakı20 avqust 1963(1963-08-20), Moskva) — Azərbaycanlı rəssam.

Həyatı[redaktə | əsas redaktə]

Tofiq Cavadov 7 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] 1945–1948-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub. 1948–1952-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsində təhsil almışdır. Əyyub Məmmədov, Əbdül Xalıq, Əyyub HüseynovBaba Əliyev kimi Azərbaycan rəssamlarından dərs alıb.[2]

T. Cavadov 20 avqust 1963-cü ildə Moskva–Serpuxov elektrik qatarının Çepelyova stansiyasında hadisə zamanı dünyasını dəyişmişdir.[3] Cavad Mircavadovun qardaşıdır.

Yaradıcılığı[redaktə | əsas redaktə]

1950-ci illərin ikinci yarısından etibarən Tofiq Cavadov yeni mərhələyə — neorealizm dövrünə başlayır. Neorealizm mərhələsi neft və ağır sənayeyə həsr olunmuş tabloların və fəhlə obrazlarının timsalında özünü büruzə verir. "Neftçilər", "Sənaye mənzərəsi", "Operator qız", "Neftçi", "Poladəridən sexdə", "Poladəridənin portreti" kimi əsərləri bu dövrün məhsuludur.[3]

1955–1956-ci illərdən Tofiq Cavadovun yaradıcılığında "Buzovna" dövrü başlayır. Bu dövrdə rəssam özünün "Buzovnada küçə", "Kənd mənzərəsi", "Buzovna aşırımı" və bu silsilədən olan digər Abşeron mənzərələrini yaradır. 1959–1961-ci illərdə "Avtoportret" əsərini yaradır. 1963-cü ildə Rasim BabayevFazil Nəcəfovla birlikdə "Göyərçin" uşaq jurnalının bədii tərtibatını edir. Sonuncu böyük əsəri olan "Külək" tablosunu 1963-cü ildə yaradır.[2]

Filmoqrafiya[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. "Tofiq Cavadov". nar-gallery.com (azərb.). İstifadə tarixi: 18 mart 2021.
  2. 1 2 "Küləklə yoğrulmuş palitra". www.anl.az (azərb.). 20 fevral 2009. İstifadə tarixi: 18 mart 2021.
  3. 1 2 "Rəssam Tofiq Cavadovun sirli dünyası". medeniyyet.az (azərb.). 8 mart 2019. İstifadə tarixi: 18 mart 2021.