Tofiq İbrahimov

Bu məqalə icra başçısı haqqındadır. əsgər üçün Tofik İbrahimov səhifəsinə baxın.
Tofiq İbrahimov
bayraq
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
14 aprel 2012-ci ildən
ƏvvəlkiRafiq Niftəliyev
bayraq
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı
bayraq2
10 mart 2010 – 14 aprel 2012
ƏvvəlkiSüleyman Mikayılov
SonrakıTaleh Qaraşov
bayraq
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
26 mart 2004 – 4 mart 2010
ƏvvəlkiƏlibala Məmmədov
SonrakıSəbuhi Abdullayev
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1954(1954-01-01) (70 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Tofiq İbrahimov (tam adı: Tofiq Hüseyn oğlu İbrahimov; 1 yanvar 1954, Qutqaşen) — Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Tofiq İbrahimov 1954-cü il yanvarın 1-də Azərbaycan Respublikasının Qəbələ şəhərində anadan olmuşdur. 1970-ci ildə Qəbələ şəhər 1 saylı orta məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət Universitetini (Bakı Dövlət Universitetini), sonra ikinci təhsil kimi Təfəkkür Universitetinin hüquq fakultəsini bitirmişdir.

Ailəlidir, üç övladı var.

Siyasi fəalliyəti[redaktə | mənbəni redaktə et]

Tofiq İbrahimov 2004-cü ilin mart ayının 26-da Azərbaycan Prezidentinin sərəncamı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[1] O, Azərbaycan Prezidentinin 4 mart 2010-cu il tarixli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.[2]

4 mart 2010-cu ildən 14 aprel 2012-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.
  2. "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.