Teymur Mustafayev (xanəndə)

Teymur Mustafayev
Ümumi məlumatlar
Ləqəbi Teymur əmi
Doğum tarixi 10 aprel 1939(1939-04-10)
Doğum yeri
Vəfat tarixi 11 iyun 2020(2020-06-11) (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə
Fəaliyyət illəri 1964-2020
Janrlar muğam və təsniflər, xalq və bəstəkar mahnıları
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2005 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mustafayev Teymur Ağaxan oğlu (10 aprel 1939, Alar, Astraxanbazar rayonu11 iyun 2020, Bakı) — Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2005). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2003)

Həyatı[redaktə | mənbəni redaktə et]

Teymur Mustafayev 10 aprel 1939-cu ildə Astraxanbazar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır.

Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.

1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998-ci ildən Muğam Teatrında fəaliyyət göstərmişdir. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarət olmuşdur.

Onun ifa etdiyi muğam və təsniflər AzTR Fondunda saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, Ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olmuşdur.

T.Mustafayev Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə. 1982 ci ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına, 2005 ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

2003 cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb

Teymur Mustafayev 11 iyun 2020-ci ildə Bakı şəhərində vəfat edib.[1]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. APA TV. "Xalq artisti Teymur Mustafayev koronavirusdan vəfat etdi" (az.). Youtube.com. 11.06.2020. 2020-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]