Taxtagöl

Taxtagöl
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.300 m
Yerləşməsi
Ölkə

TaxtagölQobustan rayonu ərazisində göl.

Göl Qigil çayının (Sumqayıt çayının qolu) sağ sahilində, 1300 m. yüksəklikdə yerləşir. Şirin sulu, axarlı göldür. Hidronimin tərkibindəki taxta komponenti qədim Azərbaycan sözü olub, "yüksəklikdəki düzən", "düzəngah", "düz yer", "dərələr arasındakı suayrıcı" mənalarını bildirir. Bu komponent türkmən dilində (taqtat, taqta) də "düzən, düzəngah" mənalarını kəsb edir. Hidronim taxta sözü və göl coğrafi terminindən ibarət olub, "yüksəklikdəki düzənde göl" mənasındadır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Taxtagöl // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.