Tatyana Lioznova

Tatyana Lioznova
rus. Татьяна Лиознова
Vladimir Putin və Tatyana Lioznova
Vladimir Putin və Tatyana Lioznova
Doğum adı Tatyana Moiseyevna Lioznova
Doğum tarixi
Doğum yeri SSRİ SSRİ, Moskva
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Rusiya Rusiya, Moskva
Vəfat səbəbi uzun sürən xəstəlik
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİRusiya Rusiya
Fəaliyyəti kino rejissoru, pedaqoq
Fəaliyyət illəri 1949-1986
Təhsili
Üzvlüyü
Mükafatları "SSRİ xalq artisti" fəxri adı "RSFSR xalq artisti" fəxri adı RSFSR əməkdar incəsənət xadimi Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatı
"Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Oktyabr inqilabı" ordeni "Şərəf" ordeni (Rusiya)
IMDb ID0513400
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tatyana Mixaylovna Lioznova (rus. Татьяна Михайловна Лиознова; 20 iyul 1924[1][2][…], Moskva[1]29 sentyabr 2011[3], Moskva) — Sovet kino rejissoru, SSRİ xalq artisti (1984).

Həyatı[redaktə | mənbəni redaktə et]

20 iyul 1924-cü ildə Moskvada Moisey (Mixail) Aleksandroviç və İda İzrailevna Lizonovların ailəsində anadan olmuşdur.

Tatyana Lioznovanın atası iqtisadçı-mühəndis idi. Müharibə başlananda o, xalq yığma ordusuna yazıldı və 1941-ci ildə vəfat etdi.

Məktəbdən sonra Tatyana Lioznova Moskva Aviasiya İnstitutuna daxil olur. Lakin orada cəmi bir yarımillik oxuyur. 1943-cü ildə isə ÜDKİ-də Sergey Gerasimov və Tamara Makarovanın kursuna daxil olur. Sınaq yarımilliyinin sonunda pedaqoqlar onu çıxarmaq istəyirdilər. Onlar belə düşünürdülər ki, 19 yaşlı bir qızın rejissor sənəti üçün həyat təcrübəsi kifayət qədər deyil. Buna baxmayaraq, Tatyana Lioznova tədris işlərini göstərməklə onları razı salır.

ÜDKİ-də Lioznova kurs işi kimi Prosper Merimenin novellası əsasında "Karmen" tamaşasını qoyur. Tamaşaya baxan Aleksandr Fadeyev orada baş rolu ifa edən İnna Makarovanı görür və Gerasimova deyir: "Bu da sizin Lyubka Şevsova". Nəticədə Lioznovanın tamaşada quruluş verdiyi Karmenin rəqsi, sonradan Sergey Gerasimovun çəkdiyi "Gənc qvardiya" filminə Lyubkanın rəqsi kimi daxil oldu.

Hələ üçüncü kursda oxuyanda Kinoaktyor Teatrında o, Fadeyevin romanı əsasında olan tamaşanın quruluşunda Gerasimovun köməkçisi olmuşdu. Bundan sonra filmin çəkilişlərində də o, təcrübəçi rejissor kimi aktyorlarla işi öyrəndi.

1949-cu ildə Lioznova ÜDKİ-nin rejissorluq fakültəsini bitirdi və fərqlənmə diplomu aldı. Onu Maksim Qorki adına kinostudiyaya göndərdilər, amma tezliklə oradan qovdular. Lioznova müəllimi Gerasimovun, Boris Buneyevin assistenti işlədi və Stanislav Rostoskinin "Torpaq və insanlar" (1955) debüt filmində ikinci rejissor oldu.

O, 1952-ci ildə Vaxtanqov adına teatrda Sergey GerasimovSamson Samsonovla birlikdə He Çzen-Ji və Dina Ninin pyesi əsasında "Saçı ağarmış qız" tamaşasını hazırlayırlar. Uzaq Şərq mədəniyyətindən valeh olmuş Lioznova, ÇinKoreya xalq nağıllarının motivləri əsasında Vladimir Belyayevlə birlikdə iki pyes yazdı. "Mavi ulduz" pyesi Moskva Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyuldu. Tamaşada o vaxtlar az tanınan Rolan Bıkov oynamışdı.

Tatyana Lioznova 1958-ci ildə Sergey GerasimovTatyana Makarovanın ssenarisi əsasında "Ürək yaddaşı" adlı özünün ilk filmini çəkdi. Makarova orada baş rolu da ifa edirdi. 1961-ci ildə "Yevdokiya" filmini çəkir.

1965-ci ildə o, "Səhər tezdən" filmini çəkir. O vaxtdan Lioznovanın quruluşçu operator Pyotr Katayevlə uzunmüddətli əməkdaşlığı başlandı. 1967-ci ildə onun "Plüşşixada üç qovaq" lirik filmi ekranlara çıxır. Bir ildən sonra bu film Argentinada keçirilən beynəlxalq festivalda "insan həyatının real əks etdirilməsinə və izdivac düzgünlüyünə görə" birinci mükafatı qazanır.

1973-cü ildə Lioznova 12 seriyalı "Baharın on yeddi anı" filmi üzərində, demək olar ki, üç illik işini bitirir. Tamaşaçıların yüksək fikrinə baxmayaraq, film SSRİ Dövlət Mükafatına layiq görülmədi. Mükafat nə Lioznovaya, nə də Semyonova verildi. Ştirlis rolunun ifaçısı Vyaçeslav Tixonov isə artıq Dövlət mükafatını əvvəllər almışdı. Beləliklə, filmin əsl mükafatı çoxillik tamaşaçı sevgisi oldu.

"Baharın on yeddi anı"ndan sonra Lioznova 6 il heç bir film çəkmədi və pedaqoji fəaliyyətlə məşğul oldu. Əvvəllər o, ÜDKİ-də Gerasimov və Makarovanın emalatxanasında tələbələrə dərs deyirdi. 1975-ci ildən 1980-ci ilə qədər isə Lev Kulicanovla birlikdə yeni rejissor-aktyor emalatxanasına rəhbərlik etmişdir.

1980-ci ildə Lioznova, Aleksandr Gelmanın eyniadlı pyesi əsasında "Biz, qol çəkənlərik" ikiseriyalı televiziya filmini çəkir. Pyes bir neçə teatrda uğurla tamaşaya qoyulsa da, bu Lioznovanı dayandırmadı.

1981-ci ildə isə onun yaradıcılığında kəskin dönüş baş verir. O, dram elementləri olan "Karnaval" musiqili melodramını çəkir. Filmin bəstəkarı Maksim Dunayevski idi.

Bundan sonra Lioznova 5 il film çəkmədi və çoxları elə düşündü ki, onun yaradıcılığı artıq gözlənilməz vaxtda burada bitdi. Lakin o, 1986-cı ildə özünün son filmini çəkdi. Bu, üç seriyalı "Son müşavirə ilə bitən dünyanın sonu" televiziya filmi idi. Film Amerika dramaturqu Artur Kopitin pyesi əsasında çəkilmişdi. Filmin çəkilişləri vaxtı 15 avqust 1986-cı ildə quruluşçu operator Pyotr Katayev vəfat edir. Quruluşçu operator işini Mixail Yakoviç davam etdirdi. Həmin filmdə Oleq Tabakov, Yevgeni Vesnik, Oleq Basilaşvili, Dmitri Pevsov kimi aktyorlar çəkilirdi.

Tatyana Lioznova SSRİ Kinematoqrafçılar İttifaqının üzvü idi. 2008-ci ildə "Əsrin avtoqrafı" kitabının buraxılışında iştirak etmişdir.

Şəxsi həyatında Tatyana Lioznova ailəli olmamışdır. Onun yalnız götürüb saxladığı bir qızlığı var idi.

Tatyana Mixaylovna Lioznova 29 sentyabr 2011-ci ildə uzun sürən xəstəlikdən sonra 87 yaşında Moskvada vəfat etmişdir[4].

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Ürək yaddaşı (1958) / rus. Память сердца
  2. Yevdokiya (1961) / rus. Евдокия
  3. Səhər tezdən (1965) / rus. Рано утром
  4. Plüşşixada üç qovaq (1967) / rus. Три тополя на Плющихе
  5. Baharın on yeddi anı (film, 1973) / rus. Семнадцать мгновений весны
  6. Biz, qol çəkənlərik (1980) / rus. Мы, нижеподписавшиеся
  7. Karnaval (1981) / rus. Карнавал
  8. Son müşavirə ilə bitən dünyanın sonu (1986) / rus. Конец света с последующим симпозиумом

Mükafatları[redaktə | mənbəni redaktə et]

SSRİ Qırmızı Əmək Bayrağı ordeni
SSRİ "Xalqlar dostluğu" ordeni
RSFSR əməkdar incəsənət xadimi (1969)
RSFSR xalq artisti (1974)
SSRİ "Oktyabr inqilabı" ordeni (1982)
SSRİ SSRİ xalq artisti (1984)[5]
Rusiya "Şərəf" ordeni (Rusiya) (9 mart 1996)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Deutsche Nationalbibliothek Record #131930354 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Tatyana Lioznova // SNAC (ing.). 2010.
  3. http://www.kommersant.ru/news/1784073/rubric/8.
  4. "Lenta.ru: Кино: Умерла режиссёр Татьяна Лиознова". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.
  5. "КИНО-ТЕАТР. Биография Татьяны Лиозновой". 2008-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-13.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 237.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]