Tate dağı

Tate dağı
yap. 立山
Tateyama dağı və Mikuri gölü
Tateyama dağı və Mikuri gölü
Ümumi məlumatlar
Dağ sistemi Hida dağları
Mütləq hündürlüyü 3015[1]
Nisbi hündürlüyü 865 m
İlk fəthi Seaki no Ariyori
Yerləşməsi
36°34′33″ şm. e. 137°37′11″ ş. u.
Ölkə  Yaponiya
Region
Tate dağı xəritədə
Tate dağı
Tate dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tateyama dağı (立山?)Yaponiyanın Toyama prefekturasının cənub-şərqində yerləşmiş dağdır. Xida dağ silsiləsinin ən yüksək zirvələrindən biri hesab olunur. Fuci dağı və Xaku dağı ilə birlikdə "Üç Müqəddəs Dağ" (Sanreydzan) hesab olunur. Dağa qalxmalar mövsümü apreldə başlanır və noyabrda qurtarır.[2] Dağa qalxan ilk şəxs Saeki no Ariyori olmuşdur. Bu hadisə Asukanın hakimiyyəti dövründə baş vermişdir. 4 dekabr 1934-cü ildə dağ Tyubu-Sanqaku Milli parkının tərkibinə daxil edilmişdir.[3] Dağ əsasən qranitdən və qneysdən təşkil olunmuşdur.

Adı[redaktə | mənbəni redaktə et]

"Tateyama" sözü yapon adı olub, "durmaq" (立) və "dağ" (山) mənasını bildirən iki heroqlifdən ibarətdir. Toyama prefekturasının hökuməti rəsmən dağı "Tate" dağı kimi deyil, "Tateyama" dağı kimi adlandırır. Yaxınlıqda yerləşən qəsəbənin adı da Tateyama adlanır. Həmçinin Tateyama — dağdan qərbə 2 kilometrdə yerləşmiş kiçik vulkanın adıdır.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Yerləşməsi[redaktə | mənbəni redaktə et]

Tateyama dağı Toyama prefekturasının cənub-şərq hissəsində yerləşmişdir. Dağın ətəyində Tateyama qəsəbəsi yerləşdmişdir. Qatar vasitəsilə prefekturanın paytaxtı olan Toyama şəhərinə çatmaq olar.

Dağın görməli yerləri[redaktə | mənbəni redaktə et]

Dağı görmək və səyahət etmək istəyən turistlər üçün insanlar arasında məşhur olan "Tateyama Kurobe Alpine" ekskursiya marşrutu təşkil edilir. Bu ekskursiya marşrutu yalnız 3015 hündürlüyə qədər qalxa bilir.

Dağın zirvəsində Oyama məbədi yerləşmişdir. Buraya gələn ziyarətçilər keşişdən xeyir-dua və daha isti sake ala bilərlər. Həmçinin zirvədə istirahət zonası yerləşmişdir. Buraya gələn turistlər xatirə suvenirləri ala bilərlər.

Murodo platformasında ticarət rayonu və isti su mənbələri olan onsenlər yerləşmişdir.

Dağdan aydın şəkildə Semaya şəlalərini görmək olar. Yaponiyada ən yüksək şəlalələr hesab olunur. Aprel və iyun aylarında 15–20 metr hündürlükdə Yukino-tani adlı qar divarlarını görə bilərsiniz. Taybey, İnçxon və Tailanddan bir çox çarter xidməti buraya gəlirlər.

Yaxınlıqdakı dağlar[redaktə | mənbəni redaktə et]

Tateyama, Bessam və Suruqi dağları
Kasimayari dağının mənzərəsi
Şəkil Dağ Hündürlük Zirvədən məsafə və
istiqamət
Qeydlər
Suruqi dağı
剱岳
2999 m 5,3 km
şimalda
100 məşhur Yaponiya dağı siyahısına daxildir
Bessan dağı
別山
2880 m 2,4 km
şimalda
Tateyama dağı
立山
3015 m 100 məşhur Yaponiya dağı siyahısına daxildir
Toyama prefekturasındakı ən hündür dağdır
Ryuo dağı
龍王岳
2872 m 1,7 km
cənub-qərbdə
Xarinoki dağı
針ノ木岳
2820 m 7,2 km
cənub-şərqdə
200 məşhur Yaponiya dağı siyahısına daxildir
Akausi dağı
赤牛岳
2864 m 12,8 km
cənubda
200 məşhur Yaponiya dağı siyahısına daxildir
Yakusi dağı
薬師岳
2926 m 13,7 km
cənub-qərbdə
100 məşhur Yaponiya dağı siyahısına daxildir

Çaylar[redaktə | mənbəni redaktə et]

Dağın yamaclarından bir neçə çay öz başlanğıcını götürür. Buradan başlanğıc götürən çaylar sonda Yapon dənizinə tökülürlər..[4]

Tateyama dağının təsviri[redaktə | mənbəni redaktə et]

Xiqasi-İtinokosi dağının təsviri Bessan dağının təsviri Tateyama dağı və Suruqi dağı,
Dzii dağının təsviri
Tateyama dağı və Suruqi dağı,
Asaxi dağının təsviri

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Peakbagger.com". 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  2. "Map inspection service" (Japanese). Geospatial Information Authority of Japan, (高山-立山-剱岳). 2012-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  3. "Chūbu-Sangaku National Park". Министерство окружающей среды Японии. 2012-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  4. Mountain and plateau map of Mount Tsurugi and Mount Tate (Japanese). Shobunsha Publications, ISBN 978-4-398-75716-6. 2010.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]