Advertising Enquiries

Tamara Gözəlova

Wikipedia open wikipedia design.

Tamara Gözəlova
Tamara Gözəlova.jpg
Digər adı Tamara Gözəlova-Ağamirova
Doğum tarixi 14 fevral 1940(1940-02-14)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 8 may 2020(2020-05-08) (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Əhmədli qəbiristanlığı
Uşağı 1
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Peşələri aktrisa, diktor
Təhsili Azərbaycan Dövlət Universiteti
Fəaliyyət illəri 1956-cı ildən

Tamara Gözəlova (Tamara Gözəlova-Ağamirova[1]; 14 fevral 1940(1940-02-14), Bakı8 may 2020(2020-05-08), Bakı) — Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi.

Həyatı[redaktə | əsas redaktə]

Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 1956–1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.

Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında "Məşədi İbad" adıyla məşhurlaşan "O olmasın, bu olsun" filmində məşhur Gülnaz rolunu canlandırıb.[2] Bir övladı olan Tamara Gözəlova 2020-ci il 8 may tarixində[3] xərçəng xəstəliyindən vəfat edib. Əhmədli kənd qəbiristanlığındə dəfn edilib.

Filmoqrafiya[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Nizamiqızı, H. Kinomuzun Gülnazı, televiziyamızın siması, kitablarımızın dostu...:[75 yaşlı Tamara Gözəlova-Ağamirovanın xatirələri] //Mədəniyyət.- 2015.- 13 fevral.- S.12.
  2. Gözəlova, T. "Məşədi İbad"dakı maraqlı yerlərin çoxu kəsildi: ["O olmasın, bu olsun" filmində Gülnaz rolunu canlandıran Tamara Gözəlova ilə söhbət] //Azadlıq.- 2011.- 1 fevral.- S.13.
  3. APA TV (08.05.2020). ""O olmasın, bu olsun"un Gülnazı vəfat etdi" (azərb.). Youtube.com. İstifadə tarixi: 2020-05-09.


This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek