Talışxanovlar

Talışxanovlar, Talışinski, Talışlı və Xansuvarov
Titul Xan
Əcdadı Cəmaləddin Əli Xan (Qaraxan)
Qohum soylar

Yadigarovlar, Mehmandarovlar, Bakıxanovlar, Əlibəyovlar, Naxçıvanskilər, Vəzirovlar,

Vəkilovlar, Ağayevlər
Mənşəyi azərbaycanlı
Təbəəliyi Talış xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

TalışinskilərAzərbaycan xalqının zadəgan soylarından biri. Səfəvilər sülaləsinin kiçik qollarından birinə mənsubdurlar.[1]

Soyun yaranması[redaktə | mənbəni redaktə et]

Bu nəsil əsil-nəcabəti olan üç ziyalı ailə ilə yaxın qohum olub: yadigarovlar, vəkilovlar və vəzirovlar. Hər üç nəsil də xalqımızın maarif, mədəniyyət və hərb tarixinə görkəmli oğullar bəxş edib. Qaraxan Talış xanlığının əsasını qoyub. Xanlığın siyasi və iqtisadi qüdrətini möhkəmlədən Qaraxan İran təhlükəsindən qorunmaq üçün nizami qoşun təşkil edir. Müstəqil Talış xanlığı yaradır. 1786-cı ildə Qaraxan vəfat etdikdən sonra yerinə oğlu Mir Mustafa xan keçir. Bəzi tədqiqatçılar bu nəsildən dörd və daha artıq general olduğunu deyirlər. Tədqiqatçı Gülməmməd Məmmədov "Leninçi" qəzetində (2.VIII.1988) çıxış edərək, Talışxanovların dörd generalının adını çəkir.

Seyidlik şəcərəsi dördüncü imam Zeynül Abiddinə (ə.s) çatır. Bununla belə, uzun tarixi dövr ərzində birgə yaşayış və qohumluq əlaqələri səbəbilə Talışxanovlar sonradan türkləşmişlər.[2]

Nümayəndələri[redaktə | mənbəni redaktə et]

  1. Mir Mustafa xanTalış xanlığının hakimi
  2. Mir Həsən xanTalış xanlığının hakimi
  3. Mir İbrahim bəy Talışxanov — General-mayor.
  4. Mirkazım bəy Talışxanov — General-mayor.
  5. Səməd bəy Mehmandarov — General-leytenant (ana tərəfdən).
  6. Əsəd bəy TalışxanovRusiya İmperator Ordusunda general-mayor.
  7. Xəlil bəy TalışxanovRusiya İmperator Ordusunda general-mayor.
  8. Məmmədhəsən bəy TalışxanovMirkazım bəy Talışxanov qardaşı.
  9. Fuad-Xan Talışinski — hərbi xadim, polkovnik, Azərbaycan Demokratik RespublikasındaQırmızı Orduda müxtəlif hərbi vəzifələrdə çalışmış, repressiya qurbanı.
  10. Mirkazım bəy TalışxanovRusiya İmperator Ordusunda general-mayor.
  11. Liyabəyim VəkilovaMirkazım bəy Talışxanovun qızı, Faris bəy Vəkilovun həyat yoldaşı.
  12. Cahan Talışinskaya — Azərbaycan müğənnisi-xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940).
  13. Sara xanım TalışinskayaMirkazım bəy Talışxanovun qızı.
  14. Fuad Talışinskipodpolkovnik,[3] Bakı Apelyasiya Məhkəməsinin hakimi.[4]
  15. Mirhaşım Talışlı — filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1. "TALIŞİNSKİLƏRİN – TALIŞXANOVLARIN NƏSİL TARİXİ (GENEALOGİYASI)". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  2. "Arxivlənmiş surət". 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-14.
  3. [1]
  4. "Arxivlənmiş surət". 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-11.