Tazə həyat (qəzet)

Tazə həyat
Növ gündəlik ictimai-siyasi, iqtisadi, ədəbi qəzet
Sahibi "Kaspi" mətbəəsi
Redaktor Haşım bəy Vəzirov
Yaranma tarixi 1 aprel 1907
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 7 oktyabr 1908
Ünvan Bakı

"Tazə həyat" qəzeti — gündəlik ictimai-siyasi, iqtisadi, ədəbi qəzet.

Tarixi[redaktə | mənbəni redaktə et]

İlk sayı 1907-ci il aprelin 1-də, sonuncusu 1908-ci il oktyabrın 7-də çıxmışdır (cəmi 439 nömrə). Bakıda "Kaspi" mətbəəsində çap edilirdi. Redaktoru dramaturq və publisist Haşım bəy Vəzirov, naşiri Hacı Zeynalabdin Tağıyev idi.

Mövzusu[redaktə | mənbəni redaktə et]

"Tazə həyat" milli burjuaziyanın mənafeyini müdafiə etmiş, fəhlələrin istismarını pərdələməyə çalışmış, qadın azadlığına qarşı çıxmışdır. "Tazə həyat"-ın ideya istiqaməti, xüsusilə, Sultan Əbdülhəmidə mədhiyələr deməsi, varlılara yarınması Cəlil Məmmədquluzadə tərəfindən kəskin surətdə tənqid olunmuşdur. Bununla da, Cəlil Məmmədquluzadə, mollanəsrəddinçilər və ümumiyyətlə, "Molla Nəsrəddin" jurnalı əleyhinə arasıkəsilməz kampaniya başlanmışdır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: Şərq-Qərb, 2008, səh. 281". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-08.