Təvəkkül Hüseynov

Təvəkkül Hüseynov
bayraq
Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini
bayraq2
3 dekabr 1978 – 1982
NazirƏnvər Məlikov
Şəxsi məlumatlar
Doğum tarixi 25 mart 1938(1938-03-25)
Doğum yeri
Vəfat tarixi 16 may 1995(1995-05-16) (57 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Xırdalan qəbiristanlığı[d]
Təhsili
  • Daşkənd kənd orta məktəbi[d],
  • Daşkənd Dövlət Texniki Universiteti[d] (–1962)
İxtisası toxuculuq
Fəaliyyəti alim
Atası İslam Gülməmməd oğlu (1903-1994)
Anası Qızyetər Məmməd qızı (1913-1983)
Həyat yoldaşı Məmləkət Səfiyar qızı (1943)
Uşaqları Mahir (1964),
Pərviz (1970),
İmadəddin (1973),
Aynur (1977)
Dini islam
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təvəkkül İslam oğlu Hüseynov (25 mart 1938, Daşkənd, Basarkeçər rayonu16 may 1995, Bakı) — Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini (1978–1982), texnika elmləri namizədi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Təvəkkül İslam oğlu Hüseynov 25 mart 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur.[1][2] Orta təhsilini doğma Daşkənd kənd orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə Yüngül Sənaye Texnikumuna qəbul olmuşdur. 1957-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirərək elə həmin il Özbəkistanda Daşkənd Politexnik İnstitutuna daxil olmuşdur. 1962-ci ildə ali təhsilini başa vuran Təvəkkül Hüseynov təyinatla Mingəçevir Toxuculuq Kombinatına göndərilir və burada ilk əmək fəaliyyətinə başlayır.

1962-ci ildən 1973-cü ilə qədər həmin kombinatda sıravi mühəndislikdən başlayaraq müxtəlif vəzifələrdə işləmiş və 1973–1975-ci illərdə isə Mingəçevir Toxuculuq Kombinatının baş direktoru vəzifəsində çalışmışdır.

Yüksək biliyə, geniş dünyagörüşə, bacarıqlı və səriştəli təşkilatçılıq qabiliyyətinə malik olan Təvəkkül Hüseynovun təqdirəlayiq təşkilatçılığı nəzərə alınaraq nazirliyin təqdimatı ilə 1975-ci ildə Azərbaycan KP MK onu V. İ. Lenin adına (indiki H. Z. Tağıyev) Bakı Toxuculuq Kombinatına baş direktor təyin edir. Həmin dövrdə çətin iqtisadi durumda olan kombinat qısa müddət ərzində rentabelli istehsalat müəssisəsinə çevrilir.

Respublika Yüngül Sənaye Nazirliyinin Kollegiyasının üzvü olan Təvəkkül Hüseynov 1975–1978-ci illərdə Bakı Şəhər Sovetinin Deputatı seçilmişdir. Onun gərgin və əzmkar fəaliyyəti həmin dövrdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.

Heydər Əliyev və Təvəkkül Hüseynov Yevlaxda Yunun İlkin Emalı Zavodunun açılış mərasimində. 1979-cu il.

1978-ci ildə Təvəkkül Hüseynov Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini vəzifəsinə təyin olunur. Yeni yüngül sənaye müəssisələri açılır, İttifaq respublikaları ilə geniş iqtisadi əlaqələr yaradılır. 1979-cu ildə Yevlaxda Yunun İlkin Emalı Zavodunun açılış mərasimində iştirak edən Ulu Öndər, Azərbaycan SSR KP MK-nın birinci katibi Heydər Əliyev Təvəkkül Hüseynovun fəaliyyətini tərəfindən yüksək qiymətləndirir, dəyərli fikir və mülahizələrini bildirir.[3]

1980-ci ildə Təvəkkül Hüseynov SSRİ Xalq Təsərrüfatı Akademiyasının məzunu olmuşdur. O, həmçinin texniki elmlər namizədi idi.

1982-ci ilə qədər yüngül sənaye nazirinin birinci müavini vəzifəsində çalışan Təvəkkül Hüseynov 1987-ci ildə Bakı Zərif Mahud Kombinatına direktor təyin olunur.

1989–1993-cü illərdə Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsinin Yunun İlkin Emalı və Tədarükü Baş İdarəsinin rəisi işləmişdir.

Bir çox orden və medallarla təltif olunan Təvəkkül Hüseynov 16 may 1995-ci ildə Bakı şəhərində vəfat etmiş və Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.[4]

Şəcərəsi[redaktə | mənbəni redaktə et]

  • Zeynal
    • Alı
      • Hüseyn
        • Gülməmməd (1880–1950)
          • İslam (1903–1994)
            • Təvəkkül (1938–1995)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Xasay Zeynalov. "Vətən həsrətində, el firqətində", Bakı, "Hərbi Nəşriyyat", 2009. səh.210–211.
  2. Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. "Başı dumanlı Göyçə", Bakı, "Е. L.", 2007. səh.112.
  3. Araz Yaquboğlu. Görkəmli dövlət xadimi // Respublika (qəzet). № 112 (4401). 23.05.2012.
  4. Ziyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz", Bakı, "Çaşıoğlu", 2001. səh.33–36.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]