Təkamül

Təkamül — bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik.[1][2] Canlıların təkamülü fikri qədim dövrdən irəli sürülürdü, ancaq məhz Çarlz Darvinin əsərləri təkamülü biologiyanın əsas konsepsiyasına çevirir. Baxmayaraq ki, vahid və ümumi qəbul olunmuş bioloji təkamül nəzəriyyəsi indiyə qədər yaradılmayıb, təkamülü təsdiq edən çoxlu sayda elmi dəlillər və nəzəriyyələr mövcud olduğu üçün təkamül faktı elmi ictimaiyyətdə şübhə doğurmur.

Qazıntı sübutları[redaktə | mənbəni redaktə et]

Bitki və heyvan öləndən sonra onların qalıqları ətraf mühitdə səpələnmiş halda olur. Bəzən onlar torpağa çökə bilər. Vaxt keçdikcə onlar qaya süxurlarına çevrilir. Tədrici kimyəvi proseslər nəticəsində kalsiya skeletlə və yaxud cəsədin digər bərk hissələri ətraf mühitdəki mineral maddələrlə qarışır (nadir hallarda yumşaq strukturlar, məsələn dəri və ya lələklər də qalır). Ən axırda bu proses qayalarda ideal iz-şəkil qoymaqla daşlaşmış qalığa çevrilir. Bütün aşkar olunmuş daşlaşmış qalıqlar qazıntı sübutları adlanırlar.

Avstraliya qayalarında aşkar olunan qədim çöküntülərdə canlı izlərinin yaşı təxminən 3.5 milyard ilə bərabərdir. Bunlar indi Yer kürəsində müxtəlif cür canlı formalarının tədriclə mürəkkəbləşərək, sadə canlılardan yarandığı tarixi göstərir. Əksər qədim canlı həyat sadə bir hüceyrəlilərdən ibarət olub. Təxminən 800 milyon il qabaq çoxhüceyrəli həyat formaları yaranıb. Onların bədəni yumşaq oldugu üçün onlardan demək olar ki, iz qalmayıb, lakin son onilliklərdə alimlər tapılmış çöküntü qalıqlarındakı izlər əsasında onların bu dövrdə yaşadığını gördülər. Təxminən 550 milyon il qabaq bərk örtüklər və skeletlər meydana cıxdı, bu vaxtdan başlayaraq əsl qazıntı qalıqları tapıldı. İlk onurğalı canlılar — balıqlar 300 milyon il qabaq yarandı, dinozavrlar 65 milyon il qabaq ölməyə başladılar və 4 milyon il qabaq Afrikada insan qalıqları tapıldı. Bu hadisələr barədə qazıntı qalıqları yazılarında oxumaq olar.

Biokimyəvi sübutlar[redaktə | mənbəni redaktə et]

Yerdəki bütün canlı orqanizmlərdə eyni genetik kod var biz hamımız universal DNT dilində yazılmış müxtəlif informasiya toplusundan ibarətik. Əgər həyat yuxarıda göstərilmiş ssenari əsasında inkişaf edibsə, onda müasir canlı orqanizmlərdə DNT-nin üst-üstə düşməsi ardıcıllığı ümumi əcdadın nə qədər əvvəl yaşamasından asılı müxtəlifliyə malik olmalıdır. Məsələn, insanşimpanzedəki eyni DNT ardıcıllığı insan və balıq arasındakından daha çox olmalıdır, çünki insan və şimpanze əcdadları 6 milyon il qabaq, balıq və insan əcdadları isə 100 milyon il qabaq yaşamışdır. Həqiqətən də canlı orqanizmlərin DNT-sini təhlil etməklə bu gümanın təsdiqini görürük. İki orqanizmdə təkamül ağacı nə qədər uzaqdadırsa DNT-də o qədər də az oxşarlıq tapılır. Bu ona görə təmamilə aydındır ki, çox vaxt keçdikcə daha cox fərq toplanıb. DNT-nin analizindən istifadə etməklə molekulyar saat adlanan metod bizim gözümüzü təkamülün kecmişinə doğru açır. İnsanın DNT-sinin şimpanzeninkinə yaxın olması təkamül nəzəriyyəsinin inandırıcı sübutu sayıla bilər.

Lakin bu fikirlərin heç biri tam sübuta yetirilməyib. Heyvanlara , İnsanlara aid fosil qalıqlar tapılsa da keçid varlıqlar haqqında heç bir qalıq tapılmayıb.

Təkamül relikti[redaktə | mənbəni redaktə et]

Təkamül relikti-keçmiş geoloji dövrlər üçün səciyyəvi olan yaxın növlərin böyük hissəsi məhv olduqdan sonra qalan olduqca qədim forması (növ və ya sistematik vahid), o cümlədən "canlı qazıntı", məsələn, latımeriya, qatteriya və b. Təkamül relikti bəzən geniş areala malik olur, məsələn, Talışda şabalıdyarpaq palıd, dəmirağac meşələri; buzlaq təkamül relikti — cırtdan tozağacı (tundrada).

Təkamülün arasıkəsilən və kəsilməyən pirinspi[redaktə | mənbəni redaktə et]

Təkamülün arasıkəsilən və kəsilməyən pirinspi — orqanizmlərin təkamül dəyişməsi prosesi keçid formaları (paleontoloji) olmadan qanunauyğun qızğın sürətli inkişaf və məhvolma fazaları ilə (arası) kəsilir. Fasilələr sistemlərə edilən xarici qüvvənin və daxili inkişaf faktorlarının təsiri ilə yaranan fəlakətli təkan (zərbə) prinsipi təsirinin gücü ilə baş verir. Bu prinsipi uzaq keçmişdə təbiətə ehtimal olunan antropogen təsirin təhlili zamanı nəzərə almaq lazımdır.

Təkamülün biogenetik qanunu[redaktə | mənbəni redaktə et]

Təkamülün biogenetik qanunu-orqanizm fərdi inkişafında özünün mənsub olduğu sistematik qrupun tarixi inkişafının əsas mərhələlərini qısa şəkildə təkrar edir. Yaşlı orqanizmdə baş verən mutasiyalar onun ontogenez prosesini dəyişir. Ona görə də yaşlı fərdlərin təbii seçməsi ontogenez prosesinin təkamülünə, ontogenetik korrelyasiyaya gətirib çıxarır. Hərəkətverici seçmənin təsiri ilə ontogenetik korrelyasiya sisteminin dəyişilməsi — fılembriogenezin dəyişilməsinə, orqanizmdə yeni əlamətin formalaşdırmasına səbəb olur.

Təkamülün dönməzlik qanunu (L.Dollo)[redaktə | mənbəni redaktə et]

Təkamülün dönməzlik qanunu- təkamül dönməzdir; orqanizm (populyasiya, növ) öz əcdadı sıralarına, əvvəlki vəziyyətinə qayıda bilməz.

Təkamülün istiqamətlənən qanunu[redaktə | mənbəni redaktə et]

Təkamülün istiqamətlənən qanunu-təkamülün ümumi gedişi həmişə geoxronoloji dəyişən yaşayış şəraitinə uyğunlaşmağa doğru istiqamətlənir və onunla məhdudlaşır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hall, Hallgrímsson, 2008. səh. 4–6
  2. "Evolution Resources". Washington, DC: National Academies of Sciences, Engineering, and Medicine. 2016. 2016-06-03 tarixində arxivləşdirilib.
  3. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]