Türkiyə bayramları

Bu Məqalə Türkiyə Respublikasının bayramlarına aiddir.

Bayramlar və tətillər[redaktə | mənbəni redaktə et]

Yeni il Bayramı[redaktə | mənbəni redaktə et]

1 Yanvar Yeni il günü - Yeni ilin başlanğıcı. Dövlət İdarələri, Nazirliklər, ve digər ticarət mərkəzləri də yeni il səbəbi ilə qısa zaman ərzində çalışır.

Milli Müstəqillik və Uşaqlar günü[redaktə | mənbəni redaktə et]

Türkiyə Respublikasının tarixində xüsusi əhəmiyyətə malik gündür. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Milli Məclisinin (TBMM) qurulduğu gündür. Eyni zamanda Uşaqlar günü kimi də qeyd edilir. Rəsmi olaraq tətil 22 apreldə başladığı üçün dövlət idarələri 22 aprel günorta saatlarından başlayaraq tətilə çıxır.

İşçi və Fəhlə günü[redaktə | mənbəni redaktə et]

1 may tarixi Türkiyə Respublikasında işçi və fəhlə günü kimi düşmüşdür.

Atatürkü anma, Gənclik və İdman günü[redaktə | mənbəni redaktə et]

19 May 1919-cu il Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Samsuna gəlişi və Müstəqillik mübarizəsinin başladığı gün kimi qeyd edilir. Eyni zamanda İdman bayram kimi qeyd edilir. 18 May günortadan sonra bayram başlanğıcı kimi qəbul edilir. 18 may tarixində rəsmi dairələr günortaya qədər işləyir.

Qələbə günü[redaktə | mənbəni redaktə et]

Türkiyənin Azadlıq mübarizəsində qələbə qazandığı gündür. Dövlət idarələri 29 avqust tarixindən rəsmi tətilə çıxır. 30 avqust bütün gün tətil günü kimi qeyd edilir.

Respublika günü[redaktə | mənbəni redaktə et]

Respublika günü - Türkiyə Respublikasının 29 oktyabr 1923-cü ildə qurulmasından etibarən Respublika günü kimi qeyd edilir. Dövlət idarələri 28 oktyabrı günortadan sonra və 29 oktyabr bütün gün ərzində rəsmi tətilə çıxır.

Dini Bayramlar[redaktə | mənbəni redaktə et]

Ramazan bayramı[redaktə | mənbəni redaktə et]

Ramazan ayının sonunda qeyd edilən bayram. Bu bayram 3 gün qeyd edilir. Bu 3 gün ərzində dövlət idarələri, banklar, təhsil müəssisələri bağlı olur. Ramazan bayramının günləri hər il dəyişir.

Qurban bayramı[redaktə | mənbəni redaktə et]

Qurban bayramı 4 gün qeyd edilir. Bayram müddətində dövlət idarələri, banklar, təhsil müəssisələri bağlı olur. Qurban bayramının günləri hər il dəyişir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Türkiyədə rəsmi bayram və tətil günləri[ölü keçid]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]