Türkeş nekropolu

Türkeş nekropoluŞahbuz rayonunun Türkeş kəndindən şərqdə, yolun kənarında arxeoloji abidə.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Nekropol su kəməri çəkilərkən dağıdılmışdır. Qəbirlər daşqutu tiplidir. Onların yanları yastı sal daşlarla qurulmuş, üstü isə eyni tipli daşlarla qapadılmışdır. Qəbirlərin içərisində çürümüş skelet qalıqlarının olduğu müəyyən edilmişdir. Nekropoldan aşkar edilən keramika məmulatı 1–2 əsrlər üçün xarakterikdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.454.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]