Svala

Svala
isl. Svala Björgvinsdóttir
Svala Avroviziya 2017-nin açılış mərasimində
Svala Avroviziya 2017-nin açılış mərasimində
Ümumi məlumatlar
Doğum adı Svala Karitas Byörqvinsdouttir
isl. Svala Karitas Björgvinsdóttir
Ləqəbləri Svala Byörqvins
Kali
Doğum tarixi (47 yaş)
Doğum yeri Reykyavik, İslandiya
Vətəndaşlığı  İslandiya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 1984–h.h.
Janr
Musiqi aləti vokal
Albom şirkəti Priority Records
Əlaqələri Steed Lord, BLISSFUL
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Musiqi karyerası[redaktə | mənbəni redaktə et]

Erkən qazanılan şöhrət (1984-1998)[redaktə | mənbəni redaktə et]

Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir. Bundan başqa müğənninin həmin dövrdə daha bir neçə sevilən Milad bayramına həsr olunmuş mahnıları var idi.

16 yaşında ikən Svala iki DJ-dən və bir prodüserdən ibarət olan Scope qrupunu yaratmışdır. Onların əsasən house və disko janrında olan musiqi ilə çıxış etmişdirlər. Svalanın Scope qrupu ilə birlikdə ifa etdiyi "Was That All It Was" mahnısı 90-cı illərdə İslandiyada bir nömrəli hitə çevrilmişdir. Svala İslandiyanın ən böyük leybl şirkəti olan Skifan Records ilə anlaşma imzalamışdır. Scope qrupu ilə buraxdığı bir neçə mahnıdan sonra Svala qrupu tərk etmiş və Bubbleflies qrupuna qoşulmuşdur. O qrupun üzvü olduğu müddətdə qrup üçün bir neçə mahnı bəstələmiş və Bubbleflies heyəti ilə birlikdə İslandiyada turlarda çıxış etmişdir.

Priority Records şirkəti (1999-2002)[redaktə | mənbəni redaktə et]

18 yaşında ikən Svala eyni zamanda Şotlandiyalı prodüser İan Morrou ilə əməkdaşlıq etmişdir. İslandiyada kollecdə təhsil almasına baxmayaraq, o debüt albomuna mahnı yazdırmaq məqsədi ilə tez-tez LondonQlazqoya səyahət etməli olur. 1999-cu ildə Svala Britaniyanın EMI və ABŞ-nin Priority Records leybl şirkəti ilə uzun müddətli anlaşma imzalamışdır. Bu həmin zamanadək hansısa bir İslandiya ifaçısı ilə əldə edilən ən böyük musiqi anlaşması idi. Həmin anlaşmadan sonra müğənni 2000-ci ildə Los-Ancelesə köçmüş və həmin zamanların hit yaradan musiqiçiləri ilə birlikdə çalışmağa başlamışdır. Svalanın The Real Me adlı debüt albomu 2001-ci ilin payız ayında işıq üzü görmüşdür. Albomun əsas mahnısı olan "The Real Me" Billboard siyahılarında top 40-a daxil olmuşdur. ABŞ-da baş verən 11 sentyabr hadisələrindən sonra Priority Records leybl şirkəti fəaliyyətini davam etdirməyə çətinlik çəkmiş və daha sonra şirkət Capitol Records tərəfindən alınmışdır. Svala və şirkət ilə anlaşması olan digər ifaçılar Capitol Records şirkəti ilə fəaliyyətlərini davam etdirmişdirlər. Priority Records şirkətindən sonra Svalanın The Real Me albomu İslandiya, Almaniya, İspaniya və hətta Yaponiyada uğur qazanmışdır.

Azad layihələr (2005-2009)[redaktə | mənbəni redaktə et]

Svala 2005-ci ildə İslandiyaya geri dönmüş və uzun sürən hazırlıqlardan sonra müğənninin The Bird Of Freedom adlı ikinci studio albomu işıq üzü görmüşdür. Albom Svala və atasının iş birliyi sayəsində ortaya çıxmışdır. İslandiyada böyük uğur qazanan albomda yer alan mahnıların bir neçəsi Britaniya, Şotlandiya və Almaniya bəstəkarları tərəfindən yazılmışdır.

2006-cı ilin fevral ayında Svala gələcək həyat yoldaşı Einar "Mega" Eqilsson və onun kiçik qardaşı Edvard "Eddie" Eqilsson ilə birlikdə elektronik musiqi qrupu olan Steed Lord-u yaratmışdır. Qrup bir neçə şoularda iştirakdan sonra İslandiyada böyük şöhrət qazanmış və daha sonra Avropa və Şimali Amerika turuna çıxmışdır. Amerikanın tanınmış maqazin jurnallarında, radiolarda qrup haqqında müsbət fikirlər səsləndirilmişdir. Onlar tanınmış DJ-lər Crookers, DJ Mehdi və Jack Beats ilə əməkdaşlıq etmiş və ifa etdikləri mahnıların remiks versiyalarını çıxarmışdırlar.

Svala Avroviziya 2017-nin açılış mərasimində

2008-ci ilin aprel ayında Skandinaviya ölkələrinə səyahət məqsədi ilə hava limanına yollanarkən qrupun üzvləri buzlu yolda avtomobil qəzasına uğramışdır. Svalanın atası avtomobili idarə edərkən qarşıdan gələn maşınla toqquşma nəticəsində qrupun əyləşdiyi maşın yolun kənarına sürüklənmişdir. Nəticədə Svalanın bir neçə sümüyü sınmış və iç orqanları zərər görmüşdür. Qrup heyətinin və Svalanın vəziyyəti yaxşılaşdıqdan sonra Steed Lord Kanadanın Chromeo qrupu ilə Amerika turunda çıxış etmişdir.

Svala 2009-cu ilin yayında yenidən Los-Ancelesə köçmüşdür. Onun Steed Lord qrupu ilə mahnıları bir çox televiziya şoularında və radiolarda səsləndirilmişdir.

Avroviziya Mahnı Müsabiqəsi (2015-hal-hazırda)[redaktə | mənbəni redaktə et]

Svala 2013-cü ildə ailə həyatı qurduqdan sonra musiqidən bir müddət uzaqlaşaraq vətəni İslandiyaya geri dönmüşdür. 2015-ci ildə müğənni İslandiyanın The Voice səs yarışmasına münsif olaraq iştirak etmişdir. 2016-cı ilin əvvəlində Svala həyat yoldaşı Einar ilə birlikdə BLISSFUL qrupunu yaratmışdır. Həmin ildə qrupun "Elevate" adlı ilk sinqlı dinləyicilərə təqdim edilmişdir. Mahnı İslandiyada hitə çevrilmişdir. 2017-ci ilin avqust ayında qrupun "Make It Better" ikinci sinqlı çıxarılmışdır.

İslandiyanın RÚV telekanalının 2017 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi "Söngvakeppni Sjónvarpsins 2017" müsabiqəsində qalib gələn Svala "Paper" mahnısı ilə İslandiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır[1]. Uzun məşqlərdən sonra Svala 9 may tarixində baş tutan yarımfinal mərhələsində 13-cü nömrə altında çıxış etmişdir. Nəticədə 60 xalla 15-ci yerdə qərarlaşaraq, final mərhələsinə adlaya bilməmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Svala Byörqvinsdottir 8 fevral 1977-ci ildə İslandiyanın paytaxtı Reykyavik şəhərində anadan olub. Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır. O, 7 il İslandiya Milli Balet Teatrında balet üzrə təhsil almışdır. Həmin zamanlarda Svala həm də təhsil aldığı məktəbdəki musiqi qrupu ilə mahnılar yazırdı.

2013-cü ilin 27 iyul tarixində Einar Eqilsson ilə ailə həyatı qurub.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Albomlar[redaktə | mənbəni redaktə et]

  • The Real Me (2001)
  • Birds Of Freedom (2005)

Sinqllar[redaktə | mənbəni redaktə et]

  • "The Real Me" (2001)
  • "Ég veit það" (2017)
  • "Paper" (2017)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Svala wins Iceland's ticket to Kyiv". eurovision.tv. Avropa Yayım İttifaqı. 2017-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-14.
Əvvəlki:
Qreta Saloume
"Hear Them Calling"
İslandiya Avroviziya Mahnı Müsabiqəsində

2017
Sonrakı:
Ari Oulafsson
"Our Choice"

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]