Supramolekulyar kataliz

supramolekulyar ansambl

Supramolekulyar kataliz (ingil. supramolecular catalysis) – katalizatorun özünün və ya keçid vəziyyətinin supramolekulyar ansambl təşkil etdiyi reaksiyada sürət dəyişməsidir.

Təsvir[redaktə | mənbəni redaktə et]

Yüksək effektli və selektiv katalizatorların yaradılması supramolekulyar kimyanın mühüm məsələlərindən biridir. Supramolekulyar kataliz reaksiyalarında katalizatorun özü, eləcə də onun substratla kompleksi (keçid vəziyyət) – supremolekulyar hissəcik ola bilər. Supramolekulyar kataliz iki əsas mərhələdən ibarətdir: substratın (reaqentin) katolizatorla kompleks əmələ gətirməsi və substratın kompleks daxilində sonradan sərbəst katalizatorun ayrılması ilə gedən məhsullara çevrilməsi. Hər iki mərhələ üçün molekulyar müəyyənlik - başqa sözlə katalizatorun, substratın və məhsulların strukturları arasında supremolekulyar kimyanın metodları ilə əldə edilən həndəsi uyğunluq labüddür. Eləcə də energetik faktor, yəni katalizatorun və substratın reseptor mərkəzləri arasında güclü qarşılıqlı təsirin olması mühüm rol oynayır. Əgər katalizator özü reaksiya məhsuluna çevrilirsə, onda sistem bərpa bacarığına malikdir, başqa sözlə sistem DNT-nın(Dezoksiribonuklein turşusu) sintetik analoqunu təmsil edir. Təbii supramolekulyar katalizə ferment katalizini misal göstərmək olar. Sintetik supramolekulyar katalizatora sadə misal ATF-in(Adenozintrifosfat), ADF(Adenozindifosfat) və fosfata qədər hidrolizini nəzərə çarpan dərəcədə gücləndirən və bununla da ATF-aza fermentinin analoqu olan [24] – N6O2 makrotsiklini göstərmək olar.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Лен Ж.-М. Супрамолекулярная химия. Концепция и перспективы. — Новосибирск: Наука, 1998. Гл. 5.
  • Стид Дж. В., Этвуд Дж.Л. Супрамолекулярная химия. Т. 2. — М.: Академкнига, 2007. Гл. 7.9.