Sorn Kyerkeqor

Sorn Kyerkeqor
dan. Søren Aabye Kierkegaard
Doğum tarixi 5 may 1813(1813-05-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 noyabr 1855(1855-11-11)[3][2][…] (42 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm, İflic[5]
Vətəndaşlığı
İstiqaməti Ekzistensializm
Əsas maraqları fəlsəfə
Təsirlənib Aristotel, Avreli Avqustin, Qothold Efraim Lessinq, Martin Lüter, Fridrix Şellinq, Georq Vilhelm Fridrix Hegel, Xristian Volf, İmmanuel Kant
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sorn Kyerkeqor (dan. Søren Kierkegaard; 5 may 1813[1][2][…], Kopenhagen, Danimarka-Norveç[4]11 noyabr 1855[3][2][…], Kopenhagen[4]) — ilk ekzistensialist filosof olaraq qəbul edilən danimarkalı sosial tənqidçi, dini yazıçı, şair, teoloq və filosof.[6][7]

Həyatı[redaktə | mənbəni redaktə et]

Kyerkeqor 1813-cü ildə Kopenhagendə varlı bir ailədə doğuldu.[8] Varlı tüccar olan atasının dindarlığı Kyerkeqora da təsir etmişdi. O, erkən yaşlarından dini mətinləri oxumağa başlamışdı. Dini araşdırmalar onu fəlsəfəyə doğru çəkirdi. Kyerkeqor gənckən Xristian Volf,[9] Lüdviq Holberq,[10] Yohan Georq Hamann,[11] Qothold Efraim Lessinq,[12] Eduard Yunq[13]Platonun əsərlərini oxuyurdu. 1830-cu ildə Kopenhagen Universitetinə daxil oldu və fəlsəfə sahəsində ixtisaslaşdı. Sonrakı illərdə Regina Olsenlə olan uğursuz münasibəti Kyerkeqora təsir etdi. O münasibəti davam etdirə bilməməsinə səbəb kimi öz melanxoliyasını göstərirdi.[14][15]

Sorn Kyerkeqor "Xristianlığa hücum" başlığı altında bir neçə məqaləsi üstündə işləyərkən onurğa vərəminə tutuldu və 11 noyabr 1855-ci ildə vəfat etdi.[16]

Fəlsəfəsi[redaktə | mənbəni redaktə et]

Kyerkeqor dindar atasının təsiriylə din təhsili almış və qatı bir dini atmosferdə böyümüşdür. Uşaqlığı boyunca yetişdiyi mühitin təsirini görmək mümkündür. Özü də dini düşüncələri olan biri olmaqla birlikdə davamlı din adamlarıyla, təşkilatlarıyla və düşüncələriylə qarşıdurma halında idi. Mövcud xristianlığın korlanmış olduğunu irəli sürdü və xristian inancının tamamilə yenilənməsinə istiqamətli tənqidlər inkişaf etdirdi. Kyerkeqor dintanrını tamamilə fərdi bir mövzu olaraq qiymətləndirdi.[17][18] Bu istiqamətdə gedərək sistematik fəlsəfənin fərdi gözardı edən holizm anlayışını rədd etdi. O, öz fəlsəfəsində fərdi mərkəzə qoymuşdu.

Kyerkeqor ekzistensializmin qabaqcıllarından sayılır.[19][20][21] O, müəyyən bir fəlsəfi sistem inkişaf etdirməsə də (Kyerkeqor bu mənada Fridrix Nitsşe kimi müstəqil və sistemsiz filosoflardandır), istifadə etdiyi anlayışlar və fəlsəfə etmə tərzi sonradan ekzistensial fəlsəfələrdə görülən xüsusiyyətləri özündə ehtiva edirdi. Kyerkeqorun etiraz etdiyi və davamlı tənqid etdiyi filosof Hegeldir.,[22] Hegelin rasionalist və sitematli fəlsəfəsi Kyerkeqor üçün qəbul edilməz idi.

Ekzistensial fəlsəfələrdə görülən anlayışların əksəriyyəti ilkin olaraq Kyerkeqorda görülür:axmaqlıq, böhrana düşmə, qorxu və qayğı. Kyerkeqorun fəlsəfi istiqaməti bir baxımdan mövcud xristianlıq içində və hətta qarşısında necə yaxşı bir xristian olunacağı məsələsi ilə də bağlıdır. Kyerkeqor fəlsəfə tarixinin mücərrəd məntiqi fantastikalarla inkişaf etdiyini və bu səbəblə fərdi, fərdin gerçək həyatını gözdən qaçırdığını düşünürdü. Onun üçün varlıq konkret və subyektiv bir insanın həyatıdır. Bu səbəblə fəlsəfə konkret düşünməyə, yəni varlıq məsələsinə yönəlməlidir.[23]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • 1841 — "İroniya anlayışı haqqında" (Om Begrebet Ironi med stadigt Hensyn til Socrates) (Kyerkeqorun magistr dissertasiyası)
  • 1843 — "Ya — ya da" (Enten-Eller)
  • 1843 — "İki düzəldici söhbət"
  • 1843 — "Qorxu və dəhşət" (Frygt og Bæven)
  • 1843 — "Təkrarlama" (Gjentagelsen)
  • 1844 — "Fəlsəfi qırıntılar" (Philosophiske Smuler)
  • 1844 — "Qorxu konsepsiyası" (Begrebet Angest)
  • 1845 — "Həyat yolu mərhələləri" (Stadier paa Livets Vei)
  • 1846 — "Fəlsəfi qırıntılar" üçün son elmi olmayan söz" (Afsluttende uvidenskabelig Efterskrift)
  • 1847 — "Fərqli bir ruhda ibrətamiz çıxışlar" (Opbyggelige Taler i forskjellig Aand)
  • 1847 — "Sahə zanbaqları və göydəki quşlar bizə nə öyrədir"
  • 1847 — "Sevgi məsələsi" (Kjerlighedens Gjerninger)
  • 1847 — "İki kiçik etik və dini traktat"
  • 1848 — "Xristian çıxışları" (Christelige Taler)
  • 1848 — "Baş keşiş" — "Zülmkar" — "Günahkar"
  • 1849 — "Ölümcül xəstəlik" (Sygdommen til Døden)
  • 1849 — "Tarla zanbağı və göy quşu: Üç ilahi söhbət" (Lilien paa Marken og Fuglen under Himlen)
  • 1850 — "Xristianlığa giriş" (Indøvelse i Christendom)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Bibliothèque nationale de France Søren Kierkegaard (1813-1855) // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Westphal M. Soren Kierkegaard // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 3 4 КЬЕРКЕГОР // Кьеркегор (rus.). Москва: Большая российская энциклопедия, 2004.
  5. https://biografieonline.it/biografia-kierkegaard.
  6. Swenson, David F. Something About Kierkegaard, Mercer University Press, 2000.
  7. Kierkegaard, Søren, A New View of the Relation Pastor–Poet in the Sphere of Religion // JP VI 6521 Pap. X2 A 157, 1849, Christianity has of course known very well what it wanted. It wants to be proclaimed by witnesses—that is, by persons who proclaim the teaching and also existentially express it. The modern notion of a pastor as it is now is a complete misunderstanding. Since pastors also presumably should express the essentially Christian, they have quite rightly discovered how to relax the requirement, abolish the ideal. What is to be done now? Yes, now we must prepare for another tactical advance. First a detachment of poets; almost sinking under the demands of the ideal, with the glow of a certain unhappy love they set forth the ideal. Present-day pastors may now take second rank. These religious poets must have the particular ability to do the kind of writing that helps people out into the current. When this has happened, when a generation has grown up that from childhood on has received the pathos-filled impression of an existential expression of the ideal, the monastery and the genuine witnesses of the truth will both come again. This is how far behind the cause of Christianity is in our time. The first and foremost task is to create pathos, with the superiority of intelligence, imagination, penetration, and wit to guarantee pathos for the existential, which 'the understanding' has reduced to the ludicrous..
  8. Bukdahl, Jorgen. Soren Kierkegaard and the Common Man. Eugene, Oregon: Wipf and Stock Publishers. 2009. 46. ISBN 9781606084663.
  9. Dorrien, 2012
  10. "See David F. Swenson's 1921 biography of SK, pp. 2, 13". İstifadə tarixi: 17 July 2013.
  11. Kierkegaard's indebtedness to the Anti-Enlightenment author is explained in this book by Smith G Hamann 1730–1788 A Study In Christian Existence (1960) by Ronald Gregor Smith
  12. Either/Or Part I Swenson, 1944, 1959 p. 1967ff Concluding Unscientific Postscript, Hong trans., p. 72ff
  13. Either/Or Part I title page, Stages on Life's Way, p. 150, 216, 339
  14. Garff, 2005
  15. Hannay, 2003
  16. Krasnik, Benjamin. "Kierkegaard døde formentlig af Potts sygdom" (danimarka). Kristeligt Dagblad. 2013. 13 October 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 October 2016.
  17. Duncan, 1976
  18. Concluding Unscientific Postscript to Philosophical Fragments, Hong trans., pp. 15–17, 555–610 Either/Or Vol II, pp. 14, 58, 216–217, 250 Hong
  19. McDonald, William. Søren Kierkegaard (1813—1855) // Internet Encyclopedia of Philosophy. 21 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2019.
  20. O'Grady, Jane. "Did Kierkegaard's heartbreak inspire his greatest writing?". The Daily Telegraph. 8 April 2019. 31 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 June 2019.
  21. Burgwinkle 1, William, redaktor The Cambridge History of French Literature. Cambridge: Cambridge University Press. 2011. 585–593. doi:10.1017/CHOL9780521897860.067. ISBN 9780511976322.
  22. Søren Kierkegaard 1846, Concluding Unscientific Postscript to Philosophical Fragments, Hong p. 310–311
  23. Gardiner, 1969

Mənbə[redaktə | mənbəni redaktə et]