Simurq PİK

Bu məqalə Simurq PİK haqqındadır. Digər mənalar üçün Simurq (dəqiqləşdirmə) səhifəsinə baxın.
Simurq PİK
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Ləqəb(lər) Simurq quşları, Qafqaz Əfsanəsi
Rəng(lər) sarı-qara
Yaranma tarixi 2005
Bağlama tarixi 2015
Stadionu Zaqatala şəhər stadionu
Tutumu 3500
Prezidenti Azərbaycan Anar Bəkirov
Baş məşqçisi Gürcüstan Georgi Çixradze
Liqa Topaz Premyer Liqasi
2013/2014 7.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Simurq — fəaliyyətini dayandırmış Azərbaycan futbol klubu.[1]

Yaranışı (2005-2008)[redaktə | mənbəni redaktə et]

2005-ci ildə təsis olunan Simurq Peşəkar Futbol Klubu isə elə ilk cəhddən birinci dəstədə 3-cü yeri tutaraq Güclülər dəstəsinə vəsiqə qazanıb. 2006-2007-ci illər mövsümündə 9-cu yeri tutaraq Simurq Futbol+ qəzetinin versiyasına görə "İlin sürpriz komandası" nominasiyasının qalibi olub. Ötən mövsüm isə komandamız daha böyük uğur əldə edib. İlk dövrədə turnir cədvəlində 1-ci pilləyə yüksələn Simurq mövsümü yüksək səviyyədə və sabit keçirərək bir il əvvəlki nəticəsini yaxşılaşdırıb və 6-7-ci pillələri bölüşdürüb. Bununla da, "Simurq" "Daşqın"ın uğurunu təkrarlayıb.
Öz meydançasında məğlubedilməz imici qazanan Simurq Peşəkar Futbol Klubunun rəhbərliyi infrastukturun inkişafına ciddi önəm verir. Ötən illərdə komanda öz oyunlarını qonşu ŞəkiQax rayonlarında keçirsə də, artıq 2008/2009 mövsümündən rəqiblərini Zaqatalada yerləşən müasir Simurq stadionunda qəbul edir. Stadionun 3500 azarkeş tutumuna malikdir.

Simurq (2013-2014)[redaktə | mənbəni redaktə et]

2012/13-cü il mövsümünü dördüncü pillədə tamamlayan “Simurq”, bu ilə də iddiasını ortaya qoyaraq başlamışdı. Avroliqaya düşməyi qarşısına hədəf qoyan Zaqatala təmsilçisi qısa istirahətdən sonra, gərgin iş rejiminə start verdi.

Çalışmalara heyətdə böyük dəyişikliklərlə başlanıldı. Demək olar ki, komanda yenidən kompleksləşdirildi. Bir çox futbolçu ilə yollar ayrıldı və yeni simalar dəvət olundu. 2012/13-cü il mövsümündə “Simurq”da forma geyinmiş 26 futbolçudan cəmi 10 nəfəri komandada qaldı.

Təlim-məşq toplanışı və keçirilən yoldaşlıq görüşləri

Təlim-məşq toplanışının planına uyğun olaraq məşqlərə iyunun 17-dən start verildi. Bakıda bir araya gələn “Simurq”, daha sonra Türkiyədə və Avstriyada hazırlıq keçdi.

Hazırlıq mərhələsi Mərdəkanda yerləşən “Karvan Palace” otelində məskunlaşaraq başlanıldı. İyunun 21-nə qədər burada fiziki gücün artırılmasında ibarət çalışmaları yerinə yetirən komandamız, iki günlük istirahətdən sonra təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşdü.

İyulun 8-nə qədər Kartepedə məskunlaşan Zaqatala təmsilçisi üç yoldaşlıq görüşündə gücünü sınaqdan keçirtdi. Əvvəlcə “Spartak-Nalçik”lə qaşılaşan və 1:0 hesabı ilə məğlub olan komandamız, iyulun 3-də və 7-də Gürcüstanın “Dila” klubu ilə üz-üzə gəldi. İlk görüş 3:3, ikinci matç isə 1:1 hesablı heç-heçə ilə başa çatdı. Bu mərhələdə 7 futbolçu baxışdan keçirildi və onlardan yalnız qapıçı Pavel Kapsa ilə müqavilə imzalandı.

Təlim-məşq toplanışının Avstriya mərhələsinə “Simurq” iyulun 13-də start verdi. “Kayzer”otelində məskunlaşan komandamız, dörd yoldaşlıq görüşü keçirtdi. İlk rəqib Yunanıstanın “Olimpiakos” klubu oldu və Gerogi Çixradzenin yetirmələri güclü rəqiblə görüşdə 2:1 hesabı ilə məğlub oldu. İkinci görüş "İstanbul Böyükşəhir Bələdiyyəspor"la oldu və oyun 1:1 hesablı heç-heçə ilə başa çatdı. İyulun 24-də Zaqatala təmsilçisi daha bir İstanbul nəhəngi ilə yoxlama oyunu keçirtdi. Komandamızın Avstriyadakı üçüncü rəqibi “Beşiktaş” klubu oldu və ilk hissəsi qolsuz heç-heçə ilə bitən görüşdə, Zaqatala təmsilçisi 2:1 hesabı ilə məğlub oldu. Sonuncu yoldaşlıq oyununda isə “Simurq” iyulun 27-də Macarıstan təmsilçisi "Zalaeqerseq"lə üz-üzə gəldi və minimal hesabla rəqibi məğlub edərək Avstriya hazırlığını tamamlayaraq, ölkəyə qayıtdı. Baxışdan keçirilmiş yeddi futbolçudan isə Patrik Osiako, Raul Kostin və Draqan Çeranla müqavilə imzalandı.

Mövsümün startı və nəticə[redaktə | mənbəni redaktə et]

“Zaqata şəhər stadionu”nun süni ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar “Simurq” XV tura qədər Bakıda məskunlaşmağa məcbur oldu və ev oyunlarını gah “Qəbələ şəhər stadionun”da, gah da “Şəfa stadionun”da keçirtdi.

2013/14-cü il mövsümünün startı avqustun 3-də verildi və “Simurq” Qəbələdə “Rəvan”ı 2:0 hesabı ilə məğlub etdi. Komandamızın ilk qolunun müəllifi isə Stepan Polyak oldu. Bunun ardınca Lənkəranda qolsuz heç-heçə edən “sarı-qaralar”, mövsümdəki ilk məğlubiyyəti III turda “Neftçi” ilə görüşdə qeydə alındı.

Dörd dövrədən ibarət olan Topaz Premyer Liqasının cari mövsümünün ilk mərhələsində komandamız 13 xal hesabına yazdıra bildi. İkinci dövrədə 3 turda məğlub olan, 3 turda heç-heçə edən və 3 turda qalib gələn “Simurq” fasiləyə hesabında 25 xalla yollandı.

Qış təlim-məşq toplanışı üçün Antalyaya yollanan komandamız yanvarın 8-dən 26-na qədər Side bölgəsində yerləşən “Sueno” otelində məskunlaşdı. Bundan sonra hazırlıqları Zaqatalada davam etdirən “sarı-qaralar”, III dövrəyə “Neftçi” ilə oyunla start verdi və 3:0 hesabı ilə məğlub oldu. Növbəti iki görüşdə də qələbəyə həsrət qalan komandamız, III dövrənin qalan 6 oyununda məğlub olmadan hesabına 14 xal əlavə etdi və Avroliqaya çıxmaq şanslarını sürdürdü.

Artıq növbəti matç Zaqatala təmsilçisi üçün son ümid, son şans idi. Ancaq növbəti “Bakı” və ardıyca “İnter” məğlubiyyəti komandamızın işini çətinləşdirdi. Üstəlik səfərdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə “Simurq”a ağır zərbə vurdu. Sonuncu dövrədə komandamız ilk qələbəsin artıq çempionluğun bir addımında olan “Qarabağ”la görüşdə qazandı. Bu üç xal və rəqiblərin büdrəməsi “sarı-qaraları” qarşıya qoyulmuş məqsədə çatmaq üçün yenidən ümidləndirdi. Ancaq “Qəbələ”ylə görüşdəki məğlubiyyət hər şeyin üstündən xətt çəkdi. Növbəti dörd oyunda da hesabına 3 xal yazdıran “Simurq” Topaz Premyer Liqasının 2013/14-cü il mövsümünü 7-ci pillədə tamamladı.[2]

Yeni tarixi (2008-2015)[redaktə | mənbəni redaktə et]

2008/2009 mövsümündə Simurq Roman Pokoranın rəhbərliyi altında Azərbaycan Premyer Liqasının bürünc mükafatlarını qazanır. Bu Simurqun bu günə qədər Premyer-liqada ən böyük uğuru olaraq qalır. Daha sonradan çempionatın bürünc mükafatçısı Azərbaycanı UEFA Avropa Liqası 2009/2010 da təmsil etmək hüququ qazanır. Buna baxmayaraq Simurqun avrokuboklarda debütü uğurlu alınmır və zaqatalalılar ilk mərhələdə İsrailin Bnei Yehuda klubunu evdə 0-1, səfərdə 0-3 hesabı ilə məğlub olur.

2010-cu ildə ardıcıl bir neçə oyunda məğlub olan Simurqda məşqçi dəyişikliyi baş verir və Roman Pokoranın yerinə makedoniyalı Goko Haciyevski gəlir. Simurq 2010/2011 mövsümünü 11-ci yerdə bitirir və yalnız Muğan Salyan klubunun maliyyə problemləri olduğuna və premyer-liqada mübarizəni davam etdirə bilmədiyinə görə Simurq premyer-liqada qalır.

2011/2012 mövsümünə komanda yeni məşqçi - rusiyalı Sergey Yuran ilə başlayır. Buna baxmayaraq bu məşqçi də Simurqa uğur qazandıra bilmir, beləki Simurq çempionatda ilk altılıqdan kənarda qalır, Azərbaycan Kubokunda isə ilk mərhələdən mübarizəni dayandırır. 2012-ci ilin yaz aylarında Sergey Yuran istefaya yollanır, Simurq isə mövsümü İqor Getmanın məşqçiliyi altında 9-cu pillədə bitirir. 2012-ci ilin yayında Simurq gürcüstanlı mütəxəssis Georgi Çixradze ilə müqavilə bağlayır.

Bağlanması[redaktə | mənbəni redaktə et]

2015-ci ildə "İnter" və "Simurq" klublarının sahibi Cahangir Haciyevin Azərbaycan Beynəlxalq Bankındakı vəzifəsini itirməsindən sonra Simurq klubu maliyyə problemləri ilə üzləşir. AFFA prezidenti Rövnəq Abdullayev də yaxın dostu Cahangir Hacıyevlə bu barədə söhbət edir. Abdullayev Hacıyevdən komandanı buraxmamağı xahiş edir. O, AFFA-nın "Simurq"a maliyyə dəstəyi verəcəyini də vəd edir. Rövnəq Abdullayev iddiasız durumda olsa belə, "Simurq"un fəaliyyətini davam etdirməsinə cəhd edir. Çünki Zaqatala təmsilçisi dağılacağı təqdirdə, növbəti mövsümdə Azərbaycan Premyer Liqasının təşkilində də problemlər yaranacaq. Hacıyev Abdullayevin xahişini nəzərə almır. O, Premyer Liqada klub saxlamağa maddi imkanlarının yetərli olmadığını bildirir.[3] Oyunçuların maaşının verilməsində problem yaranır. 2015-ci ilin yayında rəhbərlik klubu bağlamaq qərarını verir.2015-ci ildə klubu Zaqatala adı ilə yenidən yaratdılar.[4]

Saxur[redaktə | mənbəni redaktə et]

Baş məşqçiləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sport7.az-ın xəbəri təsdiqləndi: "Simurq"un rəsmən dağıldığı açıqlandı". 2016-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-18.
  2. "Geridə qalan mövsümə ümumi baxış". 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-04.
  3. ""Simurq"un dağılması ilə bağlı futbolçudan- Açıqlama".[ölü keçid]
  4. ""Simurq" dağılır - Futbolçulara "özünüzə yeni komanda tapın" xəbərdarlığı edildi - See more at: http://komanda.az/xeber/7601/#sthash.ts6U8SxQ.dpuf".[ölü keçid]

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]