Seyfi Mehrəliyev

Seyfi Mehrəliyev
Seyfi Seyid oğlu Mehrəliyev
Doğum tarixi
Doğum yeri Dəli Quşçu, Göyçay qəzası, Bakı quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Dəli Quşçu, Zərdab rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni

Seyfi Seyid oğlu MehrəliyevSosialist Əməyi Qəhrəmanı.

Həyatı[redaktə | mənbəni redaktə et]

1900-cü ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur[1].

1931-ci ildən 1971-ci ilədək Dəli Quşçu kəndində, o vaxtkı "Bakı fəhləsi" kolxozunda sıravi kolxozçu, çoban və briqadir işləmişdir.

1941–1945-ci illər müharibəsi dövründə gecə-gündüz çöllərdə çalışmış, faşizm üzərində qələbə naminə hər cür əziyyət çəkmiş, fədakarlıqlar göstərmiş, döyüşən ordunun ərzaq və geyimlə təchiz olunmasına böyük töhfələr vermişdir.

1977-ci il martın 8-də Dəli Quşçu kəndində vəfat etmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

1948-ci ildə qoyunçuluq sahəsində qazandığı çox yüksək nəticələrə və heyvandarlıq sahəsində göstərdiyi bacarıq və qabiliyyətə görə Seyfi Mehrəliyev 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. O, əmək cəbhəsində fədakarlığına görə Lenin ordeni və çoxlu medallarla da təltif edilmişdir.

1971-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sosialist Əməyi Qəhrəmanı, həmyerlimiz Seyfi Mehrəliyev". 2016-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.