Sent-Heliyer

Sent Helier[1] (bəzən Sent-Helyer deyə qeyd olunur;[2] ing. Saint Helier, fr. Saint-Hélier, norm. Saint Hélyi, 49°11′ şm. e. 2°07′ q. u.) — şəhərliman, Böyük Britaniya taxt-tac ərazisi olan Cersinin paytaxtı, onun iqtisadi mərkəzi. Cersinin on iki dairəsindən biri.

Sent Helier Cersi adasının cənubundakı kiçik körfəzdə yerləşir.

Ərazisi — 10,6 кm². Əhalisi — 28,3 min nəfər (2001), bu isə ada əhalisinin üçdə biri deməkdir.

Şəhər burada VI əsrdə yaşamış və piratlar tərəfindən öldürülmüş xristianlıq tərəfdarı Müqəddəs Helierin şərəfinə adlandırılıb. Balta ilə öldürüldüyü güman eedildiyi üüçn Cersinin gerbində balta təsviri vardır.

Əsas görməli yerləri Yelizaveta qalası, Müqəddəs Helier kilsəsi və parlament binasıdır. Kral şəhər parkında II Georqun heykəli vardır, onun yanı «sıfır kilometr» hesab edilir. Adada hər nöqtənin məsafəsi həmin yerdən hesablanır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Норманд адалары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 295.
  2. "La-Manşda son 90 ildə ən güclü zəlzələ baş verdi". Azərbaycan (az.). 12 iyul 2014. 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.