Sankt-Peterburq
Sankt-Peterburq | |
---|---|
rus. Санкт-Петербург | |
59°57′ şm. e. 30°19′ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Aleksandr Beqlov[1] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 27 may 1703 |
Əvvəlki adları | Petroqrad 1914–1924 Leninqrad 1924–1991 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 3 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 812 |
Poçt indeksi | 190000–199406 |
Nəqliyyat kodu | 78, 98, 178, 198 |
Digər | |
gov.spb.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Sankt-Peterburq (rus. Санкт-Петербург; 1914-cü ildən 1924-cü ilədək Petroqrad, 1924-cü ildən 1991-ci ilədək Leninqrad) — Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəri, Rusiyanın Şimal-Qərb Federal dairəsinin inzibati mərkəzi, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin, MDB Parlament Assambleyasının, 1992-ci ildən Rusiya Leninqrad vilayətinin hakimiyyət orqanlarının yerləşdiyi şəhər.[3] XVIII–XX əsrlərdə — Rusiya İmperiyasının paytaxtı. SSRİ dövründən qəhrəman şəhər.
Şimali Avropada, Rusiyanın şimal-qərbində, Baltik dənizinin Fin körfəzinin sahilində , ora tökülən Neva çayının sahilində yerləşir.
Rusiyanın vacib iqtisadi, elmi, mədəni və tarixi şəhəri, böyük nəqliyyat qovşağıdır. Şəhər mərkəzindəki tarixi abidələr UNESCO-nun dünya mirası siyahısına daxildir.[4]
Adları
[redaktə | mənbəni redaktə et]- 27 may 1703-cü ildən 31 avqust 1914-cü ilədək Sankt-Peterburq (rus. Санкт-Петербург, azərb. Petresburğ / پطرسبورغ / Петресбург,[5] fin Pietari)
- 31 avqust 1914-cü ildən 26 yanvar 1924-cü ilədək Petroqrad (rus. Петроград, azərb. Petresburğ / پطرسبورغ / Петресбург)
- 26 yanvar 1924-cü ildən 6 sentyabr 1991-ci ilədək Leninqrad (rus. Ленинград azərb. Leninqrad)
- 6 sentyabr 1991-ci ildən Sankt-Peterburq (rus. Санкт-Петербург, fin Pietari)
Ayrıca, Çar Rusiyası vaxtında XX əsrin əvvəllərinə kimi azərbaycanlılar arasında bu şəhərə Fitilbörk deyilirdi və eyni şəkildə "Molla Nəsrəddin" jurnalında,[6] Cəlil Məmmədquluzadə,[7] Üzeyir Hacıbəyov[8] və s. yazıçıların əsərlərində də görünür.[9]
Tarixi
[redaktə | mənbəni redaktə et]1712–1918-ci illərdə Rusiya imperiyasının paytaxtı olub.
Əsası 27 may 1703-cü ildə çar I Pyotr tərəfindən qoyulmuşdur.
Şəhərdə üç böyük inqilab baş vermişdir: 1905–1907-ci illər, 1917-ci il Burjua-Demokratik fevral inqilabı, 1917-ci ildə Böyük Oktyabr Sosialist inqilabı. 1941–1945-ci illər Böyük Vətən Müharibəsi dövründə şəhər uzun müddət mühasirədə saxlanılmışdır. Bunun nəticəsində şəhərdə 1500000 nəfər insan ölmüşdür. 1965-ci ildə qəhrəman şəhər statusunu daşıyır. 1966-cı ildən başlayaraq şəhərin əhalisi də çoxalmağa başlamışdır. Şəhərdə yeni tikililər sürətlə artmağa başlamışdır. Böyük prospektlər-Yuri Qaqarin prospekti, Kosmonovatlar prospekti salınmışdır. 1967-ci il Okyabr İnqilabının yubileyində "Юбилейный" İdman Sarayı,"Октябрьский" Böyük Konsert zalı tikildi. 1979-cu ildə Fin körfəzinin sahilində bənd tikildi , hansı ki, şəhəri körfəzin suyundan müdafiə edirdi. 1982-ci ildə Vasilkoy adasında Dəniz Vağzalı tikdilər. 1988-ci ildə isə Sankt-Peterburq şəhərinin əhalisi 5 milyona çatdı. 1990-cı ildə YUNESKO-nun mədəni irs siyahısına daxil edilib.
Şəhərin bayram və xatirə günləri
[redaktə | mənbəni redaktə et]Sankt-Peterburqda ümumrusiya və beynəlxalq bayramlarla yanaşı, şəhərin bayram və xatirə günləri də qeyd olunur:[10]
- 14 yanvar — Sankt-Peterburqun Nizamnaməsinin qəbul olunması günü; (1998-ci ildə qəbul olunub)
- 18 yanvar — Leninqrad blokadasının yarılması günü; (1943-cü ildə)
- 27 yanvar — Leninqradın faşist blokadasından tam azad olunması günü; (1944-cü ildə)
- 10 fevral — Aleksandr Sergeyeviç Puşkinin anım günü; (şair 1837-ci ildə vəfat etmişdir)
- 27 may — Sankt-Peterburq şəhərinin yaranma günü; (1703-cü ildə)
- 5 iyun — Leninqrad dəniz mina blokadasının yarılması günü; (1946-cı ildə) 2006-cı ildən qeyd olunur
- 9 iyun — Birinci Pyotrun doğum günü; (1672-ci ildə)
- 14 iyun — Müqəddəs İoann Kronshtadtın xatirə günü;
- 20 iyun — Sankt-Peterburq məktəblərində "Al yelkənlər" adlı məzunlar bayramı (1968-ci ildən 1979-cu ilə qədər və 2005-ci ildən qeyd olunur);
- 1 İyul — Yenidənqurma günü (2006-cı ildən qeyd olunur);[11]
- 12 iyul — Müqəddəs Pyotr və Pavel günü;
- 8 sentyabr — Leninqrad qurbanlarının xatirə günü (1941-ci ildə Leninqradın mühasirəsinin əvvəli);
- 10 sentyabr — Sankt-Peterburq Sənaye Günü (2016-cı ildən qeyd olunur);
- 12 sentyabr — Müqəddəs Şahzadə Aleksandr Nevski'nin qalıqlarının Sankt-Peterburqa köçürülmə günü (1724) — Nistad Sülh günü (1721);
- 30 oktyabr — Gəmi quruculuğu günü (2014-cü ildən qeyd olunur)
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Şimala yaxın olmasına baxmayaraq yaz aylarında istilik 30 dərəcəyə çatmaqdadır, qışları isə soyuq keçər, kanallar bu sırada donar, bol yağış yağar.
Şəhərin yayıldığı bütün sahələr boyunca dəniz səviyyəsindən ən yüksək nöqtə 14–15 m ətrafındadır. İyun — İyul arasında gündüzlər daha uzun olar və təxminən 2 həftə günəş haradasa heç batmaz. Bu vəziyyətə bəyaz gecələr adı verilmişdir.
Sankt-Peterburq şəhərinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Mütləq maksimum, °C | 8,7 | 10,2 | 15,3 | 25,3 | 33,0 | 34,6 | 35,3 | 37,1 | 30,4 | 21,0 | 12,3 | 10,9 | 37,1 |
Maksimum orta, °C | −3 | −3 | 2,0 | 9,3 | 16,0 | 20,0 | 23,0 | 20,8 | 15,0 | 8,6 | 2,0 | −1,5 | 9,1 |
Orta temperatur, °C | −5,5 | −5,8 | −1,3 | 5,1 | 11,3 | 15,7 | 18,8 | 16,9 | 11,6 | 6,2 | 0,1 | −3,7 | 5,8 |
Minimum orta, °C | −8 | −8,5 | −4,2 | 1,5 | 7,0 | 11,7 | 15,0 | 13,4 | 8,8 | 4,0 | −1,8 | −6,1 | 2,7 |
Mütləq minimum, °C | −35,9 | −35,2 | −29,9 | −21,8 | −6,6 | 0,1 | 4,9 | 1,3 | −3,1 | −12,9 | −22,2 | −34,4 | −35,9 |
Yağıntı norması, mm | 44 | 33 | 37 | 31 | 46 | 71 | 79 | 83 | 64 | 68 | 55 | 51 | 661 |
Mənbə: "Sankt-Peterburq şəhərinin iqlimi". Hava və iqlimi. 2012-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-21.; Sankt-Peterburqda 19 may 2014-cü il ərzində hava arxivi, Peterburqda temperatur rekordu qırıldı, mayın 20-də daha bir gözləyirlər |
Sankt-Peterburqda doğulan tanınmış şəxsiyyətlər
[redaktə | mənbəni redaktə et]Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]
|
| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }}, Mançester (1962)
|
|
| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }}, Edinburq (1995) |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://lenta.ru/news/2018/10/03/poltavchenko/.
- ↑ 1 2 Шахрай С. М., Алексеев С. С., Собчак А. А., Конституционное совещание Российской Федерации, phaile Конституция Российской Федерации (rus.). // Российская газета Россия: 1993. Т. 102. С. 102. ISSN 1606-5484; 1560-0823
- ↑ "Закон Ленинградской области от 27 октября 1994 г. N 6-ОЗ". lenobl.ru. 2011-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-17.
- ↑ "UNESCO ümumdünya irsi siyahısı". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-04.
- ↑ https://vk.com/doc18066328_442700135 Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine Sultan Məcid Qənizadə, Rusca-Tatarca Sözlük: Петербургъ پطرسبورغ Петресбург
- ↑ http://calilbook.musigi-dunya.az/p/peterburg.html Arxivləşdirilib 2019-10-31 at the Wayback Machine Peterburq, Sankt-Peterburq… İstər "Molla Nəsrəddin" jurnalında çap edilmiş satirik teleqramlar içərisində, istərsə də yazıçının ayrı-ayrı personajlarının nitqində P. adına (bəzi mənbələrdə "Fitilbörk" şəklində) tez-tez təsadüf olunur.
- ↑ http://www.azerbaycandili.az/Synopsis/Download/3364/QULİYEVA%20ZÜLFİYYƏ%20BORİS%20QIZI.pdf Arxivləşdirilib 2019-08-19 at the Wayback Machine Ümumiyyətlə, C. Məmmədquluzadənin bədii əsərlərində və felyetonlarında rus və Avropa mənşəli toponimlər üslubi cəhətdən müxtəlif variantlarda verilmişdir. Məsələn, Rusiya/ Ruset/ Rusiyyə; Moskva /Moskov/Məskov ; Peterburq/Petroqrad/Fitilbörk; Firəngistan/Frəngistan/Fransa və s.
- ↑ http://anl.az/el/h/h001/h001004/mm002.htm Arxivləşdirilib 2019-06-05 at the Wayback Machine Ax gözəl Fitilbörk. Ey yerin behişti. Qurtar bizi bu cəhənnəmdən.
- ↑ http://teref.az/arasdirma/73495-baki-milyonchusunun-rus-imperatoru-nikolayla-maraqli-serguzeshti-tarx.html Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine … Əlim hər yerdən üzüldü, başladım Fitilbörk küçələrində hərlənməyə.
- ↑ "SANKT-PETERBURQUN QANUNLARI «Sankt-Peterburqda bayram və əlamətdar günlərin keçirilməsi»(14 aprel 2017-ci il dəyişikliklərinə əsasən) (1 iyul 2017-ci ildən fəaliyyət göstərən redaksiyası)". 2017-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-08.
- ↑ "Yenidənqurma günü" (rus). «Sankt-Peterburqun Yenidənqurma ittifaqı». 2006-07-02. 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-02.