Samirə Əfəndi

Samira Əfəndi
Samirə Əfəndiyeva
Ümumi məlumatlar
Ləqəbi Efendi
Doğum tarixi 17 aprel 1991(1991-04-17) (32 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2009-cu ildən
Janrlar caz, pop musiqisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Samirə Əfəndiyeva (Samira Əfəndi; 17 aprel 1991, Bakı) — Azərbaycanlı müğənni. O, 2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı. Və bu səfərdə "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil etdi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Samirə Əfəndiyeva Azər qızı 17 aprel 1991-ci ildə Bakı şəhərində hərbçi ailəsində anadan olmuşdur. 1994-cü ildən Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. Həmin illərdə "Cücələrim Rəqs Ansamblında" milli rəqs dərslərini alıb.

2001-ci ildə Bakı şəhəri K. Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi fortepiano ixtisası üzrə bitirmişdir.

2006-cı ildə Azərbaycan Milli Konservatoriyanın nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub.

2010-cu ildə "Estrada musiqi sənəti" ixtisası üzrə tam kursu bitirmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 2009-cu ildə Azad Azərbaycan telekanalında yayımlanan "Yeni Ulduz 2009" yarışmasında iştirak etmişdir.
  • 2014-cü ildə İctimai kanalında yayımlanan "Böyük Səhnə" musiqi yarişmasının finalçısı olub.[1]
  • 2014-cü ildə Monte-Karlo, Monako şəhərində keçirilən Rusiya Qastronomik Sezonunda "Azərbaycan" solo konsert proqramı ilə iştirak edib.
  • 2014-cü ildə "Baku Project" layihəsində solo ifaçı olaraq iştirak etmişdir.
  • 2014-cü ildə "Baku Project" ilə "Birlik üçün oxu" layihəsində "Göy Göl" mahnısını ifa edib.
  • 2015-ci ildə Azərbaycanda keçirilən Avropa oyunları idman yarışmasına həsr olunmuş konsert proqramında iştirak edib.
  • 2015–2016-cı illərdə AZTV kanalında keçirilen "Səs Azərbaycan" (TheVoiceAzerbaijan) yarışmasının finalçısı olub.
  • 2016-cı ildə "Baku Project" qrupu ilə Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin üç illiyinə həsr olunmuş gecədə konsertlə çıxış etmişdir.
  • 2016-cı ildə Azərbaycanda keçirilən Formula1 yarışmasında ifa edib.
  • 2016-cı ildə Şəmkir şəhərində Belorussiya Gənclər festivalının iştirakçısı olmuşdur.
  • 2016-cı ildə Bakıda keçirilən "ЖАРА" Beynəlxalq festivalında əməkdar artist Tünzalə Ağayeva ilə bərabər səhnə almışdır.
  • 2016-cı ildə Türkiyənin Alanya şəhərində keçirilən Beynəlxalq Caz festivalında Azərbaycanı uğurla təmsil edib, iki konsert proqramı ilə çıxış etmişdir.
  • 2016-cı ildə "Yarat Müasir İncəsənət Mərkəzində" solo konserti baş tutub . 2017-ci ildən etibarən Yarat Friends-in rəsmi üzvü olub.
  • 2016-cı ildə Azərbaycanda "Birgə və Sağlam birliyinin" keçirtdiyi Dünya Autizm Məlumatlandırma Günü aksiyasında "Fərqliyəm" adlı layihədə iştirak edib.
  • 2016-cı ildə Voleybol Üzrə Azərbaycan Çempionatının açılış mərasimində "Voleybol" adlı himni ifa edib .
  • 2016-cı ildə Azərbaycan Kukla Teatrında keçirilən "Qırmızı papaq" tamaşasında Qırmızı papağın vokal hissələrini səsləndirib.
  • 2016-cı ildə Formula1 üçün Tünzalə Ağayeva tərəfindən bəstələdiyi "Sürət" adlı mahnını ifa edib.
  • 2017-ci ildə Bakı İslam Həmrəlik Oyunları üçün Tünzalə Ağayevanın bəstələdiyi "SalamBakı" mahnısını da ifa edib.
  • 2017-ci ildə Ukrayna production "Art Media" ilə "Я Танцую" / "Dans Ediyorum" adlı mahnı və video çarxı işıq üzü görüb.
  • 2017-ci ildə Rumıniyanın Buxarest şəhərində, Seeya ilə bərabər layihə üçün səfər etmiş. "Tocame" adlı duet və video çarxı ərsiyyə gətirmişlər.
  • 2017-ci ildə Qazaxıstanın Almaata şəhərində keçirilən "SilkWayStar " yarışmasında Azərbaycanı təmsil edib . Yarışmanın ikinci həftəsində 53 xal ilə birinci olub. Yarışmanın üçüncüsü olub. "SarıGəlin" və "Laçın" xalq mahnısını ifa etmişdir.[2][3]
  • 2018-ci ildə Moskva şəhərində Crocus City Hall- da konsert proqramı ilə çıxış edib.
  • 2018-ci ildə Azərbaycanda keçirilən Formula1 yarışmasının bağlanış mərasimində Azərbaycanın Dövlət Himnini ifa edib.
  • 2018-ci ildə Ukraynanın Kiev şəhərində, Azərbaycan səfirliyi tərəfindən təşkil edilmiş Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin 95 illiyinə həsr olunmuş "Etno Jazz" festivalında konsert proqramı ilə çıxış edib.

Gənc müğənni Samirə Əfəndiyeva mütəmadi olaraq gənclər ilə bağlı olan dövlət tədbirlərində iştirak etdiyinə görə bir çox fəxri fərman diplomları ilə təltif olunmuşdur. 2017-ci ildən etibarən Beynəlxalq layihələrdə Samirə Əfəndiyeva "Efendi" ləqəbi ilə tanınır.

2020 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi, lakin yarışma ləğv edildi. Buna baxmayaraq, o, 2021 Avroviziya Mahnı Müsabiqəsində yenidən iştirak etmək hüququ qazandı və bu dəfə "Mata Hari" mahnısı ilə Azərbaycanı təmsil edərək yarışmanı 20-ci olaraq bitirmişdir.[4][5]

Videoqrafiya[redaktə | mənbəni redaktə et]

Say Klip Tarix
01 Sən Gələndə 2016
02 Tocame (duet Seeya) 2017
03 Sən, Mən Və O (duet Səfa Mehdi) 2018
04 Фальшивая Любовь 2019
05 Yolayrıcı 2019
06 Cleopatra 2020
07 Mata Hari 2021
08 Mi Momento 2023

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanı Eurovision-2020 müsabiqəsində təmsil edəcək Samirə Əfəndi kimdir?". BBC News Azərbaycanca (in Azerbaijani). 28 February 2020. Retrieved 28 February 2020.
  2. "Meet Azerbaijan's Eurovision 2020 artist Samira Efendi". Eurovision.tv. 28 February 2020. Retrieved 28 February 2020.
  3. Dyussembekova, Zhazira (5 October 2017). "Qazaqstan TV starts broadcast of Silk Way Star contest". The Astana Times. Retrieved 28 February 2020.
  4. Ismayilova, Laman (2021–05-24). "Efendi shines on Eurovision stage". AzerNews. Archived from the original on 2021–10-27.
  5. "Efendi — Azerbaijan — Rotterdam 2021". Eurovision.tv. European Broadcasting Union. Archived from the original on 2021–11-23.