Saleh Məcidzadə

Saleh Məcidzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Nəsimikənd, Biləsuvar rayonu, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Daş Veysəlli Cəbrayıl, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2015—2020
Rütbəsi Əsgər
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Kəlbəcərin azad olunmasına görə" medalı

Saleh Nəriman oğlu Məcidzadə (16 iyul 1994; Nəsimikənd, Biləsuvar rayonu, Azərbaycan — 11 oktyabr 2020; Daş Veysəlli, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Saleh Məcidzadə 16 iyul 1994-cü ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. Saleh 2011-ci ildən universal idman növü ilə məşğul olmağa başlayıb. Ölkədə keçirilən qatıldığı bütün idman yarışlarının qalibləri cərgəsində olub. Ordu idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edib.[1]

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

2015-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Qusar rayonunda kəşfiyyat bölməsində xidmət edib. 2017-ci ildən xüsusi təyinatlı qüvvələrdə gizir kimi hərbi xidmətini davam etdirib. O, 2016-cı il Aprel döyüşlərində və Tovuzda düşmən diversiya qrupunun məhv edilməsində iştirak etdiyinə görə komandanlıq tərəfindən təltif edilib. 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin düşməndən azad olunması zamanı şəhid olub. 12 oktyabr 2020-ci ildə doğulub boya-başa çatdığı kəndlərində dəfn olunub.[1]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[3]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[6]

Təltifləri[redaktə | mənbəni redaktə et]

Haqqında yazılan şeirlər[redaktə | mənbəni redaktə et]

Tapdıq Əlibəyli "Şəhidliyin Saleh zirvəsi". ("Qəlbdən qələmə" kitab, 2021)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "MUROV FATEHİ-ŞƏHİD SALEH MƏCİDZADƏ". 01.01.2021. 2021-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  2. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". 24.12.2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  5. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  6. 1 2 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 24 iyun 2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2021.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.