Salam

Wikipedia open wikipedia design.

Salam (ərəbcə السلام) sülh və əmin-amanlıq deməkdir. Müsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Əs-Səlam Allahın adlarından biridir - sülh, əmin-amanlıq bəxş edخةمظلوا وذس1€' ، *(¥₩¥&':#1ən mənasını daşıyır. Müsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Əs-Səlamu əleykum" (Allah sizə salamatlıq bəxş etsin!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir.

İslamda salam vermək müstəhəb, salamın cavabını almaq isə vacibdir.

Biri salam verdikdə cavabı ən azı onun salam verdiyi miqdarda qaytarmaq lazımdır. Bu barədə Qurani-Kərimdə buyurulur: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır."[1] "Səlamun əleykum", yaxud "Əs-Səlamu əleykum" deyə salam verildikdə cavabını ən azı "Əleykum əs-Səlam" (Sizə də Allah sülh və əmin-amanlıq bəxş etsin!) kimi almaq lazımdır. Daha yaxşı olar ki cavabı "Əleykum əs-Səlam və rahmətullah" (Allahın salamı və rəhməti sizin də üzərinizə olsun!) yaxud "Əleykum əs-Səlam və rahmətullahi və bərakətuh" (Allahın salamı, rəhməti və bərəkəti sizin də üzərinizə olsun!)

Salam "Əs-Səlamu əleykum və rahmətullahi və bərakətuh" (Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!) kimi verildikdə, yaxşı olar ki, cavabı "Əleykum əs-Səlam və rahmətullahi və bərakətuhu əbəda" (Allahın salamı, rəhməti və bərəkəti əbədi olaraq sizin də üzərinizə olsun!) kimi verilsin.

Burada bir xüsusu nəzərə almaq lazımdır. Namaz qılan zaman verilən salamın cavabını salamın miqdarında almaq lazımdır və cavab zamanı salam sözü əvvəldə işlədilməlidir. Məsələn, namaz qılana "Əssəlamu əleykum" deyilsə, cavabı "Aleykumus əssəlam" kimi almalıdır.

Mənbə[redaktə | əsas redaktə]

  • İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.100.

İstinadlar[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek