Sakit Məmmədov

Sakit Məmmədov
Sakit Qulam oğlu Məmmədov
Doğum tarixi 5 avqust 1958(1958-08-05) (65 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Uşağı
Fəaliyyəti rəssam
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2018 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2007 "Vətən Övladı" ordeni
"Şərəf" ordeni — 2013[1]
sakitmammadov.art
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sakit Qulam oğlu Məmmədov (5 avqust 1958, Neftçala rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2018), professor (2018), YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

Sakit Məmmədov 1958-ci il avqust ayının 5-də Neftçala şəhərində anadan olmuşdur. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuş S. Məmmədov 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinə daxil olmuş, 1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirmişdir. RusTürk dillərini bilir. Ailəlidir 3 övladı, 3 nəvəsi var. Övladları Nizar Məmmədov, Cəsar Məmmədov və Aynur Məmmədova da rəssamlıq fəalliyəti ilə məşğuldurlar.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Çox maraqlı rəsm manerası və təkrarolunmaz yaradıcılıq texnikasına malik olan Sakit Məmmədov 30 ildən çoxdur ki, bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olmuşdur. O 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir. "Xatirə şəkli", "Oyun", "Məşq", "Falabaxanlar", "Ad günü", "Leninqrad xatirələri", "Yaşasın İstanbul", "Bayram", "Toy", "Metro", "13 nömrəli avtobus', "Həvəskar" və s. kimi əsərlərinin adlarını çəkmək olar.[2] Rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür. Sakit Məmmədov müsahibələrin birində demişdir:

" «İnsan dünyaya necə gəlir? Bax əsər də beləcə yaranır. Əgər hər hansı bir rəssam deyirsə ki, mən ağ kətana boyaları yaxmaqla əsər yaratdım, bu fikir gülməlidir. Kompozisiya üçün beyin işləməlidir. İnsanın dünyaya gəlməsi təbii, Allah tərəfindən düşünülmüş bir şeydir. Qulaq yeganə insan orqanıdır ki, ana bətnində ilk olaraq tam formasını alır. Allah bunu məlumatını ötürmək üçün belə yaradıb. Rəssamlıqda da eynən bu cürdür. Kompozisiyada rəssam ilk olaraq nəyi görmək istəyirsə, əvvəlcə onun üzərində işləyir…» "

1983-cü ildən müxtəlif sərgilərdə iştirak edən Sakit Məmmədovun əsərləri dünyanın məşhur qalereyalarında nümayiş olunur. Onların sırasında Puşkin muzeyi, Avropa Parlamenti, Fransanın Opera qalereyası, Türkiyənin Dolmabağça sarayının qalereyaları, İspaniya, Portuqaliya, İtaliya, Roma, Böyük Britaniya, ABŞ və dünyanın digər mötəbər qalereyalarında uğurla nümayiş olunur.

Görkəmli rus tənqidçisi Andrey Bajenov da rəssamın yaratdıqlarından heyrətlənərək, "Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir"- demişdir. Sənət haqqında Sakit Məmmədovun dediklərindən: "Rəssamlıq mənim aləmimdə böyük sənətdir. Məncə, bu sənətlə məşğul olmaq hər insanın işi deyil. Çünki bu, göz qabağında olan sənətdir. Deyərdim, incəsəntin ən çətin sahəsidir ki, tamaşaçı burada həm rəngi, həm obrazı, həm də hissələri görə bilir. Bu sənət insan kimi dünyaya gəlir, ömrünü yaşayır. Mən rəssamlığı qız övladına bənzədirəm. Kimsə rəsmi alıb aparırsa, məni onun taleyi maraqlandırır: o hansı evə düşəcək, onu orda nələr gözləyəcək? Rəssamların çoxuna elə gəlir ki, onlar nə vaxtsa yaşayıblar. Amma demək olmaz ki, yaradıcılıqları filan əsrə aiddir. Rəssam nəyi düşünürsə onu çəkməlidir. Təsəvvür edin, Allah neçə milyon illərdir ki, yer üzünü, insanları yaradıb, amma yenə də axtarışdadır. Axı bütün insanlarda göz, burun, ağız olduğu halda onlar yenə də bir-birinə bənzəmir. Eyni zamanda ümumi oxşarlıqlar var. Qəribə deyilmi? Bəzi rəssamlara elə gəlir ki, artıq hər şey çəkildiyi üçün təzə nə isə yaratmaq mümkün deyil. İntibah dövrünün rəssamlarından tutmuş bu günə kimi çərçivədən çıxmamaq şərtilə insanı olduğu kimi çəkirlər. Ona görə də ən böyük dahilik gündəlik gördüyün obrazlardan böyük bir əsər yaratmaqdır. Əsl sənətə xidmət edən yaradıcı insan üçün zaman anlayışı yoxdur. Sakit Məmmədovun "Günaydın" əsəri Tumblr sosial şəbəkəsində günün fotosu seçilmişdir. [8]

Opalizm və Sakit Məmmədov[redaktə | mənbəni redaktə et]

Opalizm[3] akademik rəssam Sakit Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində "gözqamaşdıran", latın dilində "valehedici görünüş", sanskrit dilində "qiymətli daş" kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir ki insanların zövgünü oxşamaqdadır. Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun gənclik illərindən marağına səbəb olub. Daşda olan rəng oyununa onun demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Sakit Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur.

Sərgiləri[redaktə | mənbəni redaktə et]

1987-ci ildən günümüzə qədər Sakit Məmmədovun bir sıra ölkələrdə sərgisi olmuşdur. Azərbaycanda, Türkiyədə, Rusiyada, Belorusiyada, İsveçdə, Ukraynada, Almaniyada, Fransada, Avstriyada, İtaliyada, Belçikada, Misirdə, Çində, Avstraliyada, İngiltərədə, Şotlandiyada, Gürcüstanda, Tatarıstan Respubilkasında, Sinqapurda, Portuqaliyada sərgiləri keçirilmişdir.

Sərgilərin xronoloji ardıcıllığı

  • Belarus 1989-cu ildə Minsk şəhərində Gənclər sərgisi.
  • Türkiyə 1991-ci ildə Ərzurum şəhərində azərbaycanlı rəssamların sərgisi.
  • Polşa 1993-cü ildə Krakov şəhərində sərgi.
  • Türkiyə 1994-cü ildə İstanbul şəhərində Art Fayr beynəlxalq sərgisi.
  • Türkiyə 1994-cü ildə İstanbul şəhərində fərdi sərgi.
  • Türkiyə 1995-ci ildə İstanbul şəhərində Taksimdə sərgi.
  • Rusiya 1996-cı ildə Moskva şəhərində sərgi.
  • Türkiyə 1996-cı ildə İstanbul şəhərində "Kış Müzayedesi" sərgisi.
  • İsveç 1997-ci ildə Stokholm şəhərində fərdi sərgi.
  • Ukrayna 1998-ci ildə Kiyev şəhərində azərbaycanlı rəssamların sərgisi.
  • Almaniya 1999-cu ildə Berlin şəhərində azərbaycanlı rəssamların sərgisi.
  • Avstraliya 2000-ci ildə Sidney şəhərində Olimpiadaya həsr olunmuş sərgi.
  • Fransa 2001-ci ildə Strasburq şəhərində Avropa Şurasının Binasında azərbaycanlı rəssamların sərgisi.
  • Belçika 2001-ci ildə Brüssel şəhərində Kunstbeurs sərgisi.
  • Azərbaycan 2002-ci ildə Bakı şəhərində fərdi sərgi.
  • Rusiya 2002-ci ildə Moskva şəhərində "Na Salyanke" sərgi salonunda fərdi sərgi.
  • Fransa 2004-cü ildə Paris şəhərində Fransa Senatının muzeyində 20 azərbaycanlı rəssamın sərgi.
  • Azərbaycan 2004-cü ildə Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş sərgi.
  • Cənubi Koreya 2005-ci ildə Seul şəhərində Beynəlxalq Ətraf Mühitin qorunmasına həsr olunmuş sərgisi.[4]
  • Azərbaycan 2005-ci ildə Bakı şəhərində "İtaliya Azərbaycanlı Rəssamların Gözü İlə" sərgisi.
  • Sinqapur 2007-ci ildə Sinqapurda Opera qalereyasında tanınmış rəssamların sərgisi, İştirak edən rəssamlar: Mark Şaqal, Yuri Qarbaçov, Yuri Kuper, Sakit Məmmədov
  • Türkiyə 2007-ci ildə İstanbul şəhərində "Akdenizlilik ve Gurbet" sərgisi.
  • Cənubi Koreya 2009-cu ildə Seul şəhərində keçirilən IV Beynəlxalq İpək yolu sərgisi.
  • Böyük Britaniya 2009-cu ildə Londonda Sothbey's sərgi salonunda keçirilən "Buta Festival"-ın təşkil etdiyi azərbaycanlı rəssamların sərgisi.
  • Belçika 2009-cu ildə Brüssel şəhərində Avropa Parlamentinin binasında fərdi sərgi.[5]
  • Azərbaycan 2010-cu ildə Bakı şəhərində "Gallery 1969" sərgi salonunda fərdi sərgi, "Vətən Övladı" ordeni və "Qorqud" mükafatı ilə təltif olunub.
  • Azərbaycan 2011-ci ildə Qəbələ şəhərində I Beynəlxalq İncəsənət Sərgisi.
  • Rusiya 2011-ci ildə Moskva şəhərində "Manej" qalereyasında beynəlxalq "Vera" festivalı çərçivəsində "Müasirlik və Ənənələr" sərgisi.[6]
  • Azərbaycan 2011-ci ildə Qəbələ şəhərində II Beynəlxalq İncəsənət sərgisi.
  • Azərbaycan 2013-cü ildə Qəbələ şəhərində III Beynəlxalq Qəbələ İncəsənət Festivalının qalibi.
  • Azərbaycan 2013-cü ildə Bakı şəhərində Heydər Əliyev Mərkəzində fərdi sərgi, UNESCO Rəssamlar birliyinin diplomu.[7]
  • Çin 2014-cü ildə Şanxay şəhərində "Sülh adına" keçirilən beynəlxalq sərgi.
  • Portuqaliya2014-cü ildə Lissabon şəhərində "Vera" beynəlxalq incəsənət festivalının qalibi, I yer.[8]
  • Azərbaycan 2015-ci ildə Bakı şəhərində Dünya Rəssamlıq Akademiyasının təşkil etdiyi sərgi, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzve və akademiyanın medalı ilə təltif edilmişdir.
  • Fransa 2015-ci ildə Paris şəhərində Luvr muzeyində Carusel de Louvre sərgisi , ATEA Cəngavərlər İttifaqının "Böyük Qızıl Ulduzu".[9]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Azərbaycan Respublikasının əməkdar rəssamı
  • Azərbaycan Azərbaycan Respublikasının xalq rəssamı (2018)[10]
  • Birləşmiş Millətlər Təşkilatı YUNESKO (UNESCO) və Azərbaycan Rəssamlar İttifaqının fəal üzvü
  • Avropa İttifaqı Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü
  • Avropa İttifaqı Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru[11]
  • Rusiya Rusiya İncəsənət Akademiyasının fəxri üzvü
  • İtaliya Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü[12]
  • Rusiya Dünya İncəsənət Akademiyasının həqiqi üzvü
  • Rusiya Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü
  • Rusiya Dünya İncəsənət Akademiyasının qızıl ordeni
  • Türkiyə "Türk Dünyası" Akademiyasının həqiqi üzvü
  • Türkiyə Beynəlxalq "Atatürk" medalı laureatı
  • Türkiyə "Qızıl Ulduz" Türk medalının qalibi
  • Serbiya Serbiya Kral Akademiyasının mükafatı "Gran pri" və "Qızıl Mələk" medalı laureatı
  • Malta Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçının sahibi
  • Azərbaycan "Vətən övladı" qızıl ordeni
  • Azərbaycan Beynəlxalq "Dədə Qorqud" mükafatı
  • İtaliya Leonardo da Vinçi medalı
  • Almaniya "Şpitsveq" medalı
  • Rusiya "Müqəddəs Qiorqi" medalı
  • Fransa "Qızıl Tac" ordeni
  • Avropa İttifaqı "Avropanın şərəfi" ordeni
  • Almaniya "Böyük Cəngavər Qızıl Ulduzu" ordeni
  • Rusiya Xidmətlərinə görə "İmperator I Aleksandr" ordeni
  • Almaniya Almaniya Dostluq ordeni
  • Rusiya Beynəlxalq "Vera" mükafatının qalibi — Moskva (2010)
  • Portuqaliya Beynəlxalq "Vera" mükafatının qalibi — Portuqaliya (2014)
  • Polşa "Beynəlxalq cəngavərlər ittifaqı" senatorunun ulduzu
  • Rusiya Rusiyanın nüfuzlu "Minilliyin adamı" mükafatı
  • Almaniya Albrext Dürer medalı
  • Almaniya "Alman ordeni"nin xatirə medalı
  • Azərbaycan Beynəlxalq "Qəbələ" Festivalının qalibi
  • Yaponiya "Tadaşi Qoino" medalı — Yaponiya
  • Niderland "Rembrandt" medalı
  • Qırğızıstan Çingiz Aytmatov adına Beynəlxalq mükafat
  • Almaniya Şərəf xaçı medalı
  • Avstriya Motsart medalı[13]
  • İtaliya İtaliyanın Qızıl ordeni
  • Çin Beynəlxalq "Sülh naminə" sərgisinin qalibi — Çin Xalq Respublikası
  • Azərbaycan "Vətənə xidmət" ordeni
  • Qırğızıstan Beynəlxalq "Sülh naminə" sərgisinin qalibi — Qırğızıstan
  • Birləşmiş Millətlər Təşkilatı BMT-nin Xoşməramlı Səfiri
  • Böyük Britaniya 2016–2019-cu illər ərzində Böyük Britaniya Kraliçası II Yelizavetlə dəfələrlə şəxsi görüşləri baş tutub
  • Vatikan Vatikan Zadəgan Heraldika Akademiyasının qraf titulu
  • Avropa İttifaqı Avropa İqtisadi Senatının Fəxri senatoru
  • Rusiya Dünya İncəsənət Akademiyası tərəfindən layiq görülən "Planetin sənətkarı" və "İlin sənətkarı" adları
  • Qazaxıstan Qazaxıstanın Turan medalı[14]
  • Özbəkistan Özbəkistan Rəssamlıq Akademiyasının qızıl medalı[15]

Dünyada məşhur əsərləri[redaktə | mənbəni redaktə et]

Sakit Məmmədovun kataloqları[redaktə | mənbəni redaktə et]

Sakit Məmmədovun ev muzeyi[redaktə | mənbəni redaktə et]

Sakit Məmmədovun ev muzeyində 170-dən çox əsər nümayiş olunur. Dünyanın tanınmış şəxsiyyətləri həmin muzeydə dəfələrlə olub, şəkillərə böyük qiymət veriblər. Burada həmçinin məşhur müğənni Rilayanın "Saf" adlı mahnısına klip çəkilmişdir.[16]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Heydər Əliyev Mərkəzində Əməkdar rəssam Sakit Məmmədovun fərdi sərgisi açılıb
  2. [1] Arxivləşdirilib 2015-10-02 at the Wayback Machine,.
  3. "Turkey to open Arts Academy after Azerbaijani painter". www.news.az (ing.)). 11.07.2012. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11.07.2012.
  4. [2] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Seulda Ətraf Mühit İncəsənət Assosiasiyası tərəfindən keçirilən "Beynəlxalq Ətraf Mühit İncəsənəti EKSPO Koreya 2005" adlı sərgidə Sakit Məmmədovun əsərləri nümayiş olunub
  5. [3] [ölü keçid], KÜLTÜR-SANAT : AVRUPANIN KALBİNDE AZERBAYCAN RÜZGARI ESTİ.
  6. [4] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Sakit Məmmədov Moskva şəhərində beynəlxalq festivalın qalibi olub.
  7. [5] Arxivləşdirilib 2015-01-28 at the Wayback Machine, Heydər Əliyev Mərkəzində rəssam Sakit Məmmədovun "Rənglər aləmində" adlı fərdi sərgisi açılıb (FOTO).
  8. [6] Arxivləşdirilib 2014-12-06 at the Wayback Machine, Сакит Мамедов удостоен самой престижной награды VERA World Fine Art Festival: "Имя родины – АЗЕРБАЙДЖАН!".
  9. ressami-sakit-memmedovun-ve-onun-sagirdlerinin-eserleri-numayis-etdirilib--1726090 [ölü keçid], Luvrda "Carrusel du Louvre" sərgisində Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədovun və onun şagirdlərinin əsərləri nümayiş etdirilib.
  10. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  11. Sakit Məmmədov Avropa Təbiət Elmləri Akademiyasının akademiki adına layiq görülüb
  12. "Sakit Məmmədov Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib". 2017-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-20.
  13. "Rəssam Sakit Məmmədov "Motsart" medalı ilə təltif olunub". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-20.
  14. "Сакит Мамедов в Казахстане удостоен медали "TURAN" (ФОТО)". 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
  15. Sakit Məmmədov Özbəkistan Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif edilib — FOTO
  16. [7] Arxivləşdirilib 2015-11-04 at the Wayback Machine, Rilaya — Saf.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]