Sağsağan (pyes)

Sağsağan
Müəllif Abbas Zamanov

Sağsağan (pyes) — 1956-cı ildə Abbas Zamanov Azərnəşrdə çap etdirdiyi "Seçilmiş əsərləri" kitabına daxil edilmişdir.

Yazıçı Əbdürrəhim Bəy Haqverdiyev "Sağsağan" pyesini 1931-ci ildə yazmışdır. İki pərdə və beş şəkildən ibarət olan "Sağsağan" müəllifin uşaqlara hədiyyə etdiyi ilk səhnə əsəridir. Müəllifin bu pyesi didaktikdir və köhnə düşüncəli insanları tənqid etmək üçün yazılmışdır.

Pyesdə, Qədim adlı bir uşağın əvvəlcə anasının xurafatlarına inanıb atasının öldüyünü düşünərək əzab çəkməsindən, sonradan ətrafındakı təhsilli insanların köməyi ilə bu fikirlərindən dönməsindən bəhs olunur. O, dostlarının dəstəyi ilə atasının yaşadığına inanır və onu gözləyir. Atası qayıtdıqdan sonra onu məktəbə göndərməsini xahiş edir. Tamaşa Azərbaycan Sovet dövrü uşaq ədəbiyyatında yazılmış ilk və vacib əsərlərdən biridir. Əsər o dövrdə Azərbaycan teatr səhnəsində tez-tez nümayiş olunur[1].

Məzmunu[redaktə | mənbəni redaktə et]

Əsərdəki hadisələr Tanrıqulunun evində başlayır. Tanrıquludan başqa kənddə hamı səfərdən evə qayıdır. Tarıqulunun həyat yoldaşı Fatmanisə bu vəziyyətdən narahat olur və onunla gedən dostlarından yoldaşını soruşur. Dostları onun başqa bir kolxoza işləməyə getdiyini və sabah qayıdacağını söyləyirlər. Bu cavabdan məmnun olmayan Fatmanisə ağlına pis şeylər gətirir. Oğlu Qədimdan çöldən səsi eşidilən sağsağanın hansı tərəfdə olduğunu soruşur. Qədim, sağsağanın quyruğunu onların evlərinə tərəf döndərdiyini söyləyir. Fatmanisə, sağsağanın bu duruşunu həyat yoldaşının ölümünə bir işarə olduğunu düşünür və dərd çəkməyə başlayır. Qədim onunla birlikdə atasının öldüyünə inanır. Fatmanisənin ağladığını eşidən qonşusu Gülperi gəlir və birlikdə mollanın yanına getməyi məsləhət görür.

Molla Zaman onları evində qarşılayır, Quran açaraq dilinin altında bir şey söyləməyə başlayır və Tanrıqulunun çətin vəziyyətə düşdüyünü bildirir. Molla Zamanın sözlərindən sonra daha da sarsılmış Fatmanisə evinə qayıdır. Qonşu qadınlar Tanrıqulunun ölümü ilə bağlı müxtəlif şaiyələr uydurmağa başlayırlar. Fatmanisə, qonşuların məsləhəti ilə falçı Cahanı evinə çağırır. Cahan noxudla fala baxır və Tanrıqulunun çətinə düşdüyünü söyləyir. Bu vəziyyətdə Fatmanisə ağlamaqdan başqa bir çarə tapa bilmir və hər an həyat yoldaşının ölüm xəbərini eşitəcəyini gözləyir.

İkinci aktda hadisələr kənd meydanında başlayır. Hamı 1 Mayı Əmək Gününü qeyd edir. Ancaq atasının öldüyünü düşünən Qədim onlara qoşulmur. Komsomol onunla danışdıqdan sonra o da dostlarına qoşularaq əylənməyə başlayır. Bu vaxt Tanrıqulu kəndə qayıdır və Qədim onu ​​görüb çox sevinir. Qədim atasıyla birlikdə evə gedir və Fatmanisə həyat yoldaşının yaşadığını görüb təəccüblənir.

Tanrıqulu gec gəlməsinin səbəbini açıqlayır və arvadına xurafata inanmamağı tövsiyə edir. Fatmanisə də, bu gündən etibarən təhsil alacağını vəd edir[1].

Obrazlar[redaktə | mənbəni redaktə et]

Tanrıqulu – kəndli

Fatmanisə – оnun arvadı

Qədim – оğlu

Qurban – Fatmanisənin qоhumu

Kоmsоmоlçu – piоnеrlərin rəhbəri

Mоlla Zaman

Arvadı

Gülpəri, Sərəncam, Güləndam, Qızyеtər, Mahpəri, Həmşəri Cahan — qоnşu qadınlar

Kəndlilər, piоnеrlər, çalğıçılar, uşaqlar[2].

Fatmanisə surəti[redaktə | mənbəni redaktə et]

Fatmanisə kənddə yaşayan bir qadındır. Təsilsiz və cahil olduğu üçün xurafata inanır və sağsağanın onun həyat yoldaşının ölüm xəbərini gətirdiyini düşünür. Fatmanisə təhsilli insanları dinsiz və məzhəbsiz adlandıraraq belə deyir:

" Sizdə təqsir yoxdur,təqsir sizə tərbiyə verib dindən, məzhəbdən çıxardanlardadır. Camaatın üzü Allahdan dönüb. Uşaqları da xarab edirlər. "

Fatmanisənin düşüncəsində ağıllı və elmli insanlar sadəcə ruhanilərdir. Ancaq həyat yoldaşı sağ-salamat qayıtdıqdan sonra səhv etdiyini başa düşür və yoldaşına bir daha cahillik etməyəcəyinə söz verir.

Dil və üslub özəllikləri[redaktə | mənbəni redaktə et]

"Sağsağan" uşaqlar üçün yazılmış bir dram əsəridir. Əsərdə müəllif uşaq oxucularını nəzərə alaraq köhnəlmiş və xarici sözlərdən istifadə etməməyə çalışmışır. Ancaq əsərdə az da olsa rus skəlimələri istifadə edilmişdir. Bu da o dövrün şərtlərinə uyğun olaraq edilmişdir və bunlar hər kəs tərəfindən, yaş məhdudiyyəti olmadan başa düşülə bilən, gündəlik həyatda istifadəsinə üstünlük verilən sözlərdir. Belə sözlərin nümunələri: "Udarnik", "ispalkom", "malades" …

Müəllif əsərdə jarqon sözlərdən istifadə etməsə də, uşaqlar üçün əsər yazarkən demək olar ki, bütün pyeslərində rast gəlinən qarğışlara yer verir. Əsərdə qarğışlar əsasən Fatmanisə xarakterinin dilində söylənilir:

"Bu zamanın uşaqlarını Allah qırsın.", "Dilim ağzım qurusun.", "Zəhrimar yesin.", "Başıma daşdüşsün.", "Balaların qırılsın.", "Evin yıxılsın mənim evimi yıxan.", "Balam ölsün."

Əsərin daha maraq çəkici olması üçün müəllif ilk pərdənin əvvəlində Fatmanisənin dilindən bir mahnı səsləndirir:

" Sən gedən bir il oldu,

Viran bağlar gül oldu.

Vədə verdin gəlmədin,

Bu nə yaman dil oldu.

"

Əbdürrəhim bəy Haqverdiyev bu əsərdə də atalar sözləri və deyimlərə yer vermişdir. Onlara nümunə olaraq aşağıdakıları göstərmək olar:

"Dəyirmanın novundan salsan, donuzluğundan diri çıxar.", "Dəmirdən boğazı olsun.", "Başı əlində deyil.","Beynini yedilər.", "Yüyürən yıxılmağına baxmaz.", "Başını əkdilər."[1].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 "Abdurrahim Bey Hakverdiyev Hayatı-Sanatı ve Tiyatro Eserleri" (PDF). 2020-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-18.
  2. "ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV SЕÇİLMİŞ ƏSƏRLƏRİ İKİ CİLDDƏ I CİLD" (PDF). 2022-05-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-18.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV SЕÇİLMİŞ ƏSƏRLƏRİ İKİ CİLDDƏ I CİLD