Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı

Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı
YUNİDO
ing. United Nations İndustrial Development Organization
Loqonun şəkli
Növü BMT-nin ixtisaslaşdırılmış agentliyi
Yaranma tarixi 1966 (1985-ci ildə xüsusiləşdirilmiş agentliyə çevirilib)
Mərkəzi Vyana,Avstriya
Sədr Li Yonq
Üzvləri 171 dövlət
www.unido.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı (YUNİDO)(ing. United Nations İndustrial Development Organization (UNİDO) — BMT-nin sənaye inkişafına hərtərəfli köməyi əlaqələndirən mərkəzi orqanı;BMT-nin ixtisaslaşdırılmış agentliyi.

1967-ci ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılmışdır. Mənzil-qərargahı Vyanada yerləşir. Üzv ölkələrin sayı-171 (1 yanvar, 2014

YUNİDO-nun rəsmi məqsədləri[redaktə | mənbəni redaktə et]

YUNİDO-nun rəsmi məqsədləri sırasına inkişaf etməkdə olan ölkələrin sənayeləşdirilməsinə , sənayeyə kapital qoyuluşu sahəsində dövlətlər arasında əməkdaşlıq,ehtiyatların (əmək ehtiyatları, təbii ehtiyyatlar və s.)səmərəli tətbiqinə kömək daxildir. YUNİDO dövlətlərin təbii ehtiyatlar üzərində suverenlik hüququnu və xarici xüsusi kapitalın fəaliyyətinə nəzarət hüququnu tanıyır (Lima bəyannaməsi, 1975-ci il).

Rusiyada (Moskva) YUNİDO-nun Beynəlxalq Əməkdaşlıq Mərkəzi fəaliyyət göstərir. YUNİDO-nun fəaliyyətinə rəhbərlik Baş Konfrans, Sənaye İnkişafı Şurası, Baş Direktor və Katiblik tərəfindən həyata keçirilir.

İcraedici başçılar[redaktə | mənbəni redaktə et]

YUNİDO-nun İcraedici Direktorları
1967–1974 İbrahim Helmi Əbdül Rəhman (Misir Misir)
1975–1985 Əbdül Rəhman Xan (Əlcəzair Əlcəzair)
YUNİDO-nun İcraedici Baş Direktorları
1985–1992 Dominqo Siazon (Filippin Filippin)
1993–1997 Maurikiyo de Mariya y Kampos (Meksika Meksika)
1998–2005 Karlos Alfredo Maqariños (Argentina Argentina)
2006 – İyun 2013 Kandeh Yumkella (Syerra-Leone Syerra-Leone)
İyul 2013 – Li Yong (李勇) (Çin ÇXR)

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Böyük İqtisadi Ensiklopeiya Bakı 2012.

İstinadlar[redaktə | mənbəni redaktə et]