Rzaqulu mirzə Qovanlı-Qacar

Rzaqulu mirzə Qovanlı-Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 1837
Doğum yeri
Vəfat tarixi 1894
Vəfat yeri
Hərbi fəaliyyəti
Qoşun növü süvari
Rütbəsi general, general-mayor
Komandanlıq edib
Döyüşlər

Rzaqulu mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (1837, Təbriz1894, Şuşa) — Çar ordusunun generalı, Bəhmən mirzə Qovanlı-Qacarın oğlu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Rzaqulu mirzə Bəhmən mirzə oğlu 1837-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Rus ordusunda xidmət etmişdi. Xidmətə Qafqaz eskadronunun leyb-qvardiyasında kornet kimi başlamışdı. 1862-ci il, 1864-cü il dağlılar əleyhinə yürüşdə iştirak etmişdi.

Rzaqulu mirzə 1874-cü ildə Sırdərya yürüşünün iştirakçıları arasında idi. 1877–1878-ci illər rus-osmanlı savaşında dəstəsinin başında döyüşmüşdü.

Rzaqulu mirzə 1883-cü ildə general-mayor rütbəsinədə ehtiyata buraxılmışdı. O, 1894-cü ildə vəfat edib.

Rzaqulu mirzənin Əkbər mirzə Qovanlı-Qacar, Fətəli mirzə Qovanlı-Qacar adlı oğulları, Dilşad xanım adlı qızı vardı.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Rzaqulu mirzə Rusiyanın bir çox orden-medallarını almışdı. 1873-cü ildə tac ordeninə layiq görülmüşdü. Fransanın "Maarif qarşısındakı xidmətlərinə görə" ordenini almışdı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]