Rustavi

Wikipedia open wikipedia design.

Rustavi
gürc. რუსთავი
Rustavi Square.JPG
Bayraq Gerb
Bayraq Gerb

41°32′ şm. e. 45°00′ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 60 km²
Mərkəzin hündürlüyü 350 m
Saat qurşağı UTC+04:00
Əhalisi
Əhalisi
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (341)
Poçt indeksi 3700–3799[2]
rustavi.gov.ge
Xəritəni göstər/gizlə
Rustavi xəritədə
Rustavi
Rustavi
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Rustavi[3][4] (gürcücə: რუსთავი) — Gürcüstan Respublikasında Aşağı Kartli diyarının (tarixi Borçalı mahalı) mərkəz şəhəri. 1948-ci ildə şəhər kimi restrukturizasiya edilmiş Rustavinin tarixi adı Bostanşəhər olmuşdur.

Tarixi[redaktə | əsas redaktə]

1944-cü ildə hazırda Rustavi şəhəri adlanan ərazidə metallurgiya zavodu inşa edilməyə başlandı.[5] Zavodun inşası başa çatdıqdan sonra 1948-ci ildə bu yaşayış məntəqəsinə şəhər statusu verildi.[5]

Coğrafi mövqe[redaktə | əsas redaktə]

Respublika tabeli şəhər olan Rustavi Kür çayının sahilində, paytaxt Tiflisdən 25 km. cənub-şərqdə Qarayazı düzündə yerləşir. Coğrafi koordinatları 41° 33' şimal enliyi, 45° 2' şərq uzunluğudur. Rustavi (Bostandərə) şəhərinin sahəsi 61 km² - dir[6] .

Əhali[redaktə | əsas redaktə]

Rustavi şəhərinin əhalisi[7]
15.1.1959 sa. 15.1.1970 sa. 17.1.1979 sa. 12.1.1989 sa. 17.1.2002 sa. 1.1.2012 r.t.
62 395 98 210 129 084 158 661[8] 116 384 122 500[9]

2002-ci il Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Rustavi şəhərinin əhalisinin sayı 116.384 nəfər təşkil etmişdir. Ailələrin orta say tərkibi 3,4 nəfərdir. 4-nəfərlik ailələr say baxımdan cəmi ailələrin 28%-ni təşkil edir. Əhalinin 87,8%-i gürcülər, 3,1%-i ruslardır. Hal-hazırda Rustavi şəhərində buranın tarixən ən böyük etnik qrupu olan 4993 nəfər (şəhər əhalisinin 4,3%-i) azərbaycanlı yaşayır. Digər mənbələrdə isə rustavidə yaşayan azərbaycanlıların sayı 14.000 nəfər kimi göstərilir.[10] Statistikaya görə 2006-cı ildə şəhərin əhalisinin sayı 118,2 minə çatmışdır. Rustavi əhalisinin sayına görə TiflisKutaisidən sonra Gürcüstanda 3-cü yeri tutur.

İqtisadiyyatı[redaktə | əsas redaktə]

Rustavi Gürcüstanın iri ağır sənaye mərkəzi hesab olunur. 1991-ci ildə Gürcüstan dövlət müstəqilliyini elan etdikdən sonra dərin iqtisadi tənəzzül ilə əlaqədar olaraq burada fəaliyyət göstərmiş 118 sənaye müəssisəsindən hal-hazırda cəmisi 3-ü işləyir. Metallurgiya və kimya sənayesi, o cümlədən gübrə və sement istehsalı inkişaf etmişdir. 2010-cu ildə Rustavidə uzun müddət bağlı qalan boru istehsal edən metallurgiya zavodu yenidən fəaliyyətə başlayıb. Yeni istehsal obyektinə 152 milyon dollar sərmayə yatırılıb və Cənubi Qafqaz fəaliyyət göstərən yeganə bu tipli zavoddur.[11]

Mədəniyyəti[redaktə | əsas redaktə]

Şəhərdə hal-hazırda 25 orta, 2 orta ixtisas, Gürcüstan Texniki Universitetinin və Tbilisi Dövlət Universitetinin filialları, eləcə də 1994-cü ildə əsası qoyulmuş "Rustavi 2" teleşirkəti fəaliyyət göstərir.

İstinadlar[redaktə | əsas redaktə]

Mənbə[redaktə | əsas redaktə]

  1. 1,0 1,1 http://www.geostat.ge/
  2. 2,0 2,1 Georgian Post — 1805.
  3. Azərbaycan Respublikası: Atlas, səh. 14, 16, 26, 28, 34, 40, 44, 46, 48, 52 və 54.
  4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının FizikiSiyasi xəritəsi
  5. 5,0 5,1 Official website self-governing city of Rustavi: Recent History: New Construction
  6. http://www.statoids.com/yge.html
  7. Population statistics of Eastern Europe: Cities & towns of Georgia
  8. Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу
  9. Sitat səhvi: Yanlış <ref> teqi; Population by Municipalities for the Beginning of the Year (Thousands) adlı istinad üçün mətn göstərilməyib
  10. Rustavi Metallurgiya Zavodu Boru Istehsalını Yenidən Bərpa Edib
  11. Sitat səhvi: Yanlış <ref> teqi; Rustavi adlı istinad üçün mətn göstərilməyib


This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek