Ramil Şeydayev

Ramil Şeydayev
Şeydayev 2019-cu ildə
Şeydayev 2019-cu ildə
Ümumi məlumatlar
Tam adı Ramil Teymur oğlu Şeydayev
Doğum tarixi (28 yaş)
Doğum yeri Sankt-Peterburq, Rusiya
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan[1]
Boyu 1.87 m
Çəkisi 77 kq
Mövqeyi Hücumçu
Əsas ayağı Sağ ayaqlı
Karyerası
Gənclik karyerası
Rusiya Zenit Sankt-Peterburq
Klub karyerası[* 1]
2013—2016 Rusiya Zenit Sankt-Peterburq 5 (0)
2014—2015   Rusiya Zenit 2 Sankt-Peterburq 31 (18)
2015   Rusiya Rubin Kazan 1 (0)
2016   Rusiya Zenit 2 Sankt-Peterburq 13 (10)
2016—2017. Türkiyə Trabzonspor 3 (1)
2017   Slovakiya Jilina 13 (5)
2017   Slovakiya Jilina B 5 (5)
2017—2018   Azərbaycan Qarabağ 14 (1)
2018—2019 Rusiya Krılya Sovetov 18 (4)
2019–2020 Rusiya Dinamo Moskva 9 (0)
2020–2021 Azərbaycan Sabah 28 (6)
2021—2023 Azərbaycan Qarabağ 60 (29)
2023—2024 Tailand Buriram Yunayted 10 (1)
2024—h.h Türkiyə Kocaelispor 10 (1)
Milli yığma[* 2]
2012—2013 Rusiya Rusiya (17 yaşlılar) 17 (7)
2014 Rusiya Rusiya (18 yaşlılar) 8 (6)
2014—2015 Rusiya Rusiya (19 yaşlılar) 11 (12)
2014—2016 Rusiya Rusiya (21 yaşlılar) 13 (8)
2018 Azərbaycan Azərbaycan U-21 3 (0)
2016—h.h Azərbaycan Azərbaycan 61 (10)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 14. 04. 2024 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 03. 04. 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramil Şeydayev (doğum 15.3.1996, Sankt-Peterburq, Rusiya) — Azərbaycan Milli Futbol Komandasının üzvü.[2] Hücumçu mövqeyində çıxış edir.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Ramil "Zenit" futbol akademiyasının yetirməsidir. İlk məşqçisi Yuri Aleksandrov olub. 2013-cü ilin may ayında "Zenit" ilə 3 illik peşəkar müqavilə imzalayıb.[3] 26 oktyabr 2014-cü ildə "Zenit" ilə "Mordoviya" komandaları arasında oynanılan görüşün 80-ci dəqiqəsində meydana çıxaraq əsas heyətdə debüt etmiş olub.[4] Əsas komandadan savayı Ramil klubun ikinci komandasının heyətində də çıxış edib. 2014-15 Milli Futbol liqa birinciliyində 16 qol vuraraq komandasının ikinci ən məhsuldar futbolçusu olub.[5]

7 avqust 2015-ci ildə Kazanın "Rubin" komandasına icarəyə verilib.[6] 5 iyul

2016-cı ildə "Zenit" ilə olan müqaviləsinin müddəti başa çatıb.[7] Azad agent statusunda olan futbolçu 12 iyul 2016-cı ildə Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Onunla 4 illik müqavilə imzalanıb.[8]

Müqavilə ilə "Trabzonspor"a məxsus olan Şeydayev 11 fevral 2016-cı ildə Slovakiyanın "Jilina" komandasına icarəyə verilib. O, daha sonra 2017-ci ilin avqustunda Qarabağ FK-na icarəyə verilib.

Qarabağla ilk oyununu 17 sentyabr 2017-ci ildə Kəpəzlə maçda keçirib[9].

31 oktyabr 2017 ildə Atletiko Madrid - Qarabağ (1:1) oyununda Çempionlar Liqasında debüt edib[10].

2018-ci ilin avqust ayında, Rusiyanın "Krılya Sovetov" klubuna transfer olunub.[11] Burada 18 oyuna 4 qol vurub.

2019-cu ilin iyul ayında Rusiyanın "Dinamo" Moskva klubuna transfer olunub.[12] Burada 9 oyuna 1 qol ötürməsi ilə yadda qalıb.

2020-ci ilin fevral ayında Azərbaycanın "Sabah" klubuna transfer olunub.[13] 2021-ci ilin yayında Ağdamın "Qarabağ" klubuna keçib. 2023-cü ilin yayında Qarabağ ilə müqaviləsi bitən Şeydayev müqaviləsini uzatmayaraq Taylandın Buriram Yunayted klubuna keçsə də, bu klubun heyətində möhkəmlənə bilmədiyi üçün 2024-cü ilin əvvəlində Türkiyənin birinci divizionundakı Kocaelispor klubu ilə 1,5 illik müqavilə imzalayıb. Şeydayevin klubda mövsümün sonuna qədər 250 min avro, yeni mövsüm üçün isə 450 min avro qazanc götürəcəyi bildirilib.[14]

Milli karyerası[redaktə | mənbəni redaktə et]

Rusiya[redaktə | mənbəni redaktə et]

Ramil 2012-ci ildə 17 yaşlılardan ibarət Rusiya milli komandasının heyətində ilk rəsmi görüşə çıxıb. 2013-cü ildə Slovakiyada keçirilən 17 yaşa qədər yeniyetmələr arasında Avropa çempionatı zamanı Ramil Rusiya komandasının heyətinə cəza səbəbindən sonradan qoşulub.[15] Ramilin də iştirak etdiyi final oyununda Rusiya millisi İtaliya komandasına oyunsonrası 11 metrlik cərimə zərbələri seriyasında qalib gələrək Avropa çempionu tituluna sahib olub.

Daha sonra o, 2015-ci ildə 19 yaşlılardan ibarət Rusiya milli komandasının heyətində 19 yaşadək futbolçulardan ibarət Avropa çempionatında iştirak edib. Bu yarışda Rusiya ikinci yeri tutub və beş görüşdə iki qol vuran Ramil turnirin ən yaxşı oyunçularından ibarət rəmzi komandasının heyətinə seçilib.

Azərbaycan[redaktə | mənbəni redaktə et]

2016-cı ilin yay aylarında Dünya Çempionatının seçmə mərhələsinin başlamağına qısa müddət qalmış AFFA tərəfindən Ramilə müraciət ünvanlanır və Şeydayev bir neçə dəfə cəhddən sonra Azərbaycan millisində oynamağı qəbul edir. Razılıq əldə olunandan sonra FİFA-ya müraciət olunur və ali futbol qurumu Ramilin Azərbaycan millisində oynamasına icazə verir.[16]

2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinin ilk oyununda səfərdə San-Marino millisi ilə oyuna 88-ci dəqiqədə daxil olan Şeydayev Azərbaycan millisində debüt etmişdir.[17] Qrupun II turunda Bakı Olimpiya Stadionuda Norveç seçməsi ilə keçirilən oyuna 80-ci dəqiqədə daxil olaraq 13 dəqiqə meydanda olmuşdur.[18] Norveç ilə oyundan 3 gün sonra Çexiya ilə Ostrava şəhərində keçirilən oyunda start heyətdən mübarizəyə qoşuldu.[19] Ramil Şeydayev AVRO-2020 Seçmə mərhələsində Xorvatiya ilə səfər oyununda komandamızın yeganə qolunun müəllifi oldu.[20] Şeydayev AVRO-2020 Seçmə mərhələsində komandamızın üçüncü oyununda Slovakiyanın qapısına vurulan yeganə qolun müəllifidir.[21]

Uğurları[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Rusiya Zenit Sankt-Peterburq
Rusiya çempionu (1)
2014-15
Slovakiya Jilina
Slovakiya çempionu (1)
2016-17
Azərbaycan Qarabağ
Azərbaycan çempionu (3)
2017-2018, 2021-2022, 2022-2023
Azərbaycan Kuboku (1)
2021-2022

Milli komanda[redaktə | mənbəni redaktə et]

Rusiya Rusiya (17 yaşlılar)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nationality: Russia, Azerbaijan Arxivləşdirilib 2020-10-21 at the Wayback Machine  (ing.)
  2. "Arxivlənmiş surət". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-20.
  3. Новоиспеченный чемпион Европы Рамиль Шейдаев подписал контракт с «Зенитом» Arxivləşdirilib 2018-10-11 at the Wayback Machine  (rus.)
  4. «Зенит» — «Мордовия»: Рамиль Шейдаев дебютировал в основном составе  (rus.)
  5. 2. DIVISION - West Zone Arxivləşdirilib 2022-05-26 at the Wayback Machine  (ing.)
  6. Рамиль Шейдаев перешёл в «Рубин» Arxivləşdirilib 2015-12-08 at the Wayback Machine  (rus.)
  7. "Дмитрий Богаев, Рамиль Шейдаев и Павел Киреенко покидают «Зенит»". fc-zenit.ru (Russian). 5 July 2016. 8 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2016.
  8. "Ramil Sheydaev Trabzonspor'da". www.ligtv.com.tr (Turkish). Lig TV. 12 July 2016. 11 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2016.
  9. http://www.uefa.com/european-qualifiers/season=2018/teams/player=250055133/domestic/
  10. "Arxivlənmiş surət". 2017-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-10.
  11. Рамиль Шейдаев: «Просто я захотел вернуться в Россию» Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine  (rus.)
  12. "Arxivlənmiş surət". 2020-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-23.
  13. "Ramil Şeydayev "Sabah"da!" (az.). Sabah FK. 17 February 2020. 6 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 February 2020.
  14. "Şeydayevin Türkiyə klubundakı gəliri açıqlandı". qol.az (az.). 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.
  15. "Юношеская сборная России заняла второе место на турнире памяти Банникова" (rus). football.kulichki.net. 2012-05-07. 2013-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-19. (#apostrophe_markup)
  16. "Ramil Şeydayevlə Emin Mahmudov Azərbaycan yığmasında" (az.). lent.az. 2012-05-07. 2016-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11. (#apostrophe_markup)
  17. "Emin Mahmudov və Ramil Şeydayev yığmamızda debüt etdi" (az.). qol.az. 2012-05-07. 2016-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11. (#apostrophe_markup)
  18. "AZERBAIJAN 1 - 0 NORWAY" (ingilis). soccerway.com. 2012-05-07. 2017-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11. (#apostrophe_markup)
  19. "CZECH REPUBLIC 0 - 0 AZERBAIJAN" (ingilis). soccerway.com. 2012-05-07. 2017-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-11. (#apostrophe_markup)
  20. "Arxivlənmiş surət". 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-29.
  21. "Arxivlənmiş surət". 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]