Radio

Wikipedia open wikipedia design.

Radio-əlaqənin yaradılması

Radio (lat. radio - şüalandırıram, şüa buraxıram; radius - şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır . Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır.

Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur.[1] Radioda əsas əyləncə növü musiqi, xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.

Tarixi[redaktə | əsas redaktə]

Radionun ilk ixtiraçılarından biri Eduard Brenlinin (Édouard Eugène Désiré Branly) əsas kəşflərindən biri radiokonduktorun yaradılmasıdır. Brenli “radio” termininin də müəllifidir.

Radionun ixtiraçılarından biri də italiyalı radiotexnik və sahibkar, Qulyelmo Markoni (Guglielmo Marchese Marconi) hesab edilir. 1909-cu ildə o, “simsiz teleqrafiya sahəsindəki xidmətlərinə görə” fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. [2]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Kütləvi informasiya vasitələri
  2. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.

Həmçinin bax[redaktə | əsas redaktə]

Vikianbarda Radio ilə əlaqəli mediafayllar var.



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek